Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-39/2024 23.07.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X9 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbilov Ülvi Adişirin oğlunun katibliyi, X1 iştirakı ilə, X6 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev 1952-ci məhəllə ünvanda qeyri yaşayış sahəsinin (obyekt) 3M-374 reystr nömrəli, xx.xx.2023-cü il tarixli Notarial İcra müqaviləsi əsasında icarəyə götürmüşdür. Hal-hazırda sözügedən obyekti gözəllik salonu (qadın saç və dırnaq kəsimi) kimi istifadə edir. Lakin, icarəyə götürdüyü gündən salona işçi tapa bilmədiyi üçün salon aktif fəaliyyət göstərməmişdir. O, mövcud qüvvədə olan qanunvericiliyə zidd olan və lisenziya tələb edən fəaliyyət növü ilə məşğul deyil, fiziki sahibkardır, fəaliyyət növünə uyğun xidmət göstərir. Dövlət vergi orqanından aidiyyəti üzrə qeydiyyatdan keçmişdir və vicdanlı vergi ödəyicisidir. 04 aprel 2024-cü il tarixdə kimliyi məlum olmayan iki şəxs obyektə daxil olaraq burada hansı fəaliyyət ilə məşqul olduğumu maraqlanmşılar. 04 aprel 2024-cü il tarixdə o obyektdə olmamış, obyekt bağlı olub fəaliyyət göstərməyib. Həmin gün obyektdə obyektin sahibəsi X3 olmuşdur. Obyektə aylıq baxış keçirmək üçün və sonuncuya məxsus anabar kimi istifadə etdiyi otaqdan şəxsi əşyasın götürmək üçün olmuşdur. Belə ki, Mehriban xanıma məxsus olan otqda onun saxlanc məqəsdi üçün qoyduğu elektrik cəryanına qoşulu olmayan köhnə Tatu silən foto aparatı olub və ona məxsus olan bir neçə sertifikat olmuşdur. Həmin iki şəxs obyektə baxış keçirtmiş və sonda icazəsiz anbar kimi istifadə olunan otağa icazəsiz daxil olmuşlar və orada köhnə Tatu silən foto aparatı eləcədə sertifikatları götürmüşlər. Onların şəkli çəkilmiş və obyektdə AKT tərtib etmişlər və Mehriban xanıma imazalatdırmaq istəmişlər. Lakin Mehriban xanım imzalamamış və bütün bu olanlar barədə ona telefon vasitəsi ilə məlumat vermişdir. Vergi işçisi tərtib etdiyi akt-da Mehriban xanımı kosmetoloq kimi və obyektdə lazer fəaliyyətinin olduğunu qeyd etmişdir. Amma bütün bunlar əsassızdır və yalandır. Qeyd edir ki, tərtib olunan AKT və Qərara imza çəkməmişdir. Bildirmək istəyir ki, Mehriban xanımın 1 ildir ki, oğlu vəfat etmişdir, buna görə Mehriban xanım heç yerdə işləməmişdir və bütün əşyaların və aparatın ona verdiyi anbar kimi istifadə etdiyi otağa saxlanc məqsədi ilə yığmışdır. Mehriban xanım heç vaxt onun obyektində işləməmiş heç bir lazer aparatı işlətməmişdir. Onu, xx.xx.2024-cü il tarixdə Səhiyyə Nazirliyinin Analtik Ekspertiza Mərkəzinə dəvət etmişlər, o da həmin mərkəzə getmiş, orada mərkəzin işçisi olaraq təqdim edən 22-24 yaşlarında bir oğlan qarşılamışdır. O, orada qeyd etmişdir ki, yazılan akt qanunsuzdur. O, ondan akt-la bağlı Ekspertiza təyin olunmasını xahiş etmişdir. Həmin oğlan ona bu barədə araşdıracağını bildirmişdir. Bu səbəbdən də Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəsini X2 yazdığını yalnız bildirdi. İşdə yazılan ərizəsi onun tərəfindən ancaq imza etmiş, indi verdiyi ifadəsi düzgündür və vermiş olduğu ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında X3 da X4 eyni məzmununa uyğun ifadə verdi. Qərarından şikayət verilən orqana - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına Səhiyyə Nazirliyinin nümayəndəsi gəlməmişdir, məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini, şikayət olunan qərarın qüvvədə qalması və ya ləğv edilməsi ilə bağlı heç bir etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Şikayət ərizəsini araşdırıb, şikayətçinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə edilmişdir; 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə-fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı inzibati qanunvericiliyin tələblərinə uyğun şəkildə qəbul edilmiş və həmin qərarın ləğvi üçün əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, X4 həmin qərardan verdiyi şikayəti əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X4 şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən hakim Faiq Qasımov
Məhkəmə qərarları › İş №3(094)-39/2024
Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-39/2024
23.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver