Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-4/2023 17.01.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X4 Adil oğlunun sədrliyi, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Pirallahı rayon Polis İdarəsinin sahə inspektoru, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, “SOCAR” Neftqaztikintidə rəngsaz işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 272.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə içlasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:15 radələrində Pirallahı rayonu Gənclik küçəsində dənizkənarı ətrafında özünə məxsus 12 kalibrlı “MR- 155” markalı, ********** nömrəli ov tüfəngi ilə qadağan olunmuş yerdə 1 (bir) ədəd yaşılbaş ördəyi ovlaması faktı aşkar edilmişdir. Şəxs İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədə barəsində Pirallahı rayon Polis İdarəsinin sahə inspektoru, polis leytenantı X2 göstərdi ki, Şəxs özünə məxsus olan 12 kalibrli “MR-155” markalı, ********** nömrəli ov tüfəngi ilə xx.xx.2023-cü il tarixdə Pirallahı rayonu Gənclik küçəsi dənizkənarı ərazisində qanunsuz olaraq ov etməsi faktı aşkar edildiyinə görə onun barəsində İXM-nin 272.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, özünə məxsus 12 kalibri, “MR-155” markalı, ********** nömrəli ov silahı ilə ov qaydalarını pozmuş və təyin olunmayan yerdə bir ədəd yaşılbaş ördəyi ovlamışdır. Polis əməkdaşları ona yaxınlaşaraq rayon polis idarəsinə dəvət etmişlər. O, da polis əməkdaşlarının dəvətini qəbul edib onlarla birlikdə RPİ-nə gəlmişdir. İstifadəsində olan 12 kalibri, MR-155 markalı, ********** nömrəli ov silahı özünə məxsusdur. O, qadağan edilmiş ərazidə ov etdiyini bilmirdi. Hazırda əməlindən peşmandır, səhv etdiyini başa düşür və gələcəkdə bir daha belə səhvlərə yol verməyəcəyinə söz verir. İş materiallarında olan xx.xx.2019-cu il tarixdə verilmiş 2328 saylı şəhadətnamənin surətindən görünür ki, 1 (bir) ədəd 12 kalibrli, “MR-155” markalı ********** nörməli ov silahı ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs adına qeydiyyata alınmış və şəhadətnamə verilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs özünə məxsus olan, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almaqla əldə edilmiş 1 (bir) ədəd ********** nömrəli, 12 kalibrli, “MR-155” markalı ov tüfəngi ilə xx.xx.2023-cü il tarixdə Pirallahı rayonu Gənclik küçəsində dənizkənarı ərazidə qanunsuz olaraq ov etmişdir. Məhkəmə proses iştirakılarını dinləyib və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçılarının izahatları və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-in 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarına əlavə olunmuş Pirallahı RPİ-nin PPXB-nün polis nəfərləri polis baş serjantı Ziya Səlimov və polis serjantı Əhməd İsmayılov tərəfindən tərtib edilmiş 02 yanvar 2023-cü il tarixli Raportdan görünür ki, 02 yanvar 2023-cü il tarixdə, Pirallahı RPİ-nin PPXB-nün polis nəfərləri polis baş serjantı Ziya Səlimov və polis serjantı Əhməd İsmayılovla birlikdə Pirallahı rayonu Gənclik küçəsində xidmətdə olan zaman xidmət etdikləri ərazdə dəniz kənarının ətrafında bir nəfər şəxsin ov tüfəngi ilə lazimi icazə almadan və ya qadağan edilmiş yerdə ov etməsi aşkar edilmişdir. Həmin şəxsin silahının açıq vəziyyətdə olmasını görüb ona məxsus ov tüfəngi və 1 (bir) ədəd ovlanmış yaşılbaş ördəklə birlikdə Pirallahı RPİ-nin NH-nə təhvil verilmişdir. İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 32-ci maddəsində göstərilir ki, inzibati xətaya görə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi və Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar məsuliyyəti yüngülləşdirən hallardır. Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. Şəxs əməlində İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, ailə vəziyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xətanın bilavasitə alət olmuş predmetlər müsadirə edilməməklə, ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 26, 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinib ov hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Pirallahı Rayon Polis İdarəsində saxlanılan iş üzrə inzibati xətanın bilavasitə aləti olmuş 1 (bir) ədəd 12 kalibrli, “MR-155” markalı, ********** nömrəli, ov tüfəngi, 17 (on yeddi) ədəd patron Şəxs qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X5
Məhkəmə qərarları › İş №3(094)-4/2023
Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-4/2023
17.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver