Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-43/2024 16.07.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X5 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Zərərçəkmiş şəxs X1 İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsinin sahə inspektoru Bəxtiyar Əzizovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il təvəllüdlü, Bakı şəhərində anadan olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsinin sahə inspektoru Bəxtiyar Əzizov tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 16 iyul 2024-cü il tarixli protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati potokolu tərtib etmiş Bakı şəhəri Pirallahı rayon Polis İdarəsinin sahə inspektoru Bəxtiyar Əzizov inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə X2 məxsus evdə ev əşyalarını sındırmaqla sonuncuya ümumilikdə 3000 (üç min) manat ziyan vurmudur. Şəxs əməlində AR İXM-nin 232-1-cı maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə İlə inzibati qaydada tədbir görülməsini və qanunauyğun qaydada inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətanı etiraf edərək özünü Azərbaycan Respublikası İXM-nin 232-1-cı maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli hesab edərək, 2022-ci ilin oktyabr ayında bacısı X1 yaşadığı Pirallahı rayonu, Dübəndi qəsəbəsi 16-cı cənub küçəsi ev 18 H-də 2024-cü ilin iyun ayının 19-u tarixə kimi yaşamışdır. Həmin evdə müəyyən təmir işləri görmüş, idarə etdiyi Hyundai Geetz **-SY-*** d.q.n avtomaşınla Rübabəni müəyyən vaxtlarda işə aparmışdır. xx.xx.2024-cü il tarixdə Rübabə ona zəng vuraraq müxtəlif ünvanlara onu aparmasını xahiş etmiş, o həmin ünvanlara getsədə Rübabə orada olmamışdır. O, Rübabə ilə telefon əlaqəsi saxlamış aralarında söz mübahisəsi olmuşdur. Həmin vaxtı evin paltaryuyan maşınını, iran peçinin şüşəsini, paltar dolabının güzgü və qapılarını, buz dolabının hər iki qapılarını, mətbəx mebelinin qapılarını əl dəstəklərini, termonun güzgüsünü sındırmışdır. O, etdiyi əməlindən peşman olduğunu bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs X3 göstərmişdir ki, Pirallahı rayonu, Dübəndi qəsəbəsi 16cı cənub küçəsi ev 18 H-də ailəsi ilə birlikdə yaşamışdır. Təxminən 2022-ci ilin oktyabr ayının 20-də qardaşı Şəxs arvadı Qabunə ilə birlikdə onun yaşadığı Pirallahı rayonu, Dübəndi qəsəbəsi 16-cı cənub küçəsi ev 18 H-ə ad günü qeyd etmək üçün gəlmişlər. 2022-ci ilin oktyabr ayının 23-də Gülağanın onun yaşadığı evə gələrək evin mətbəx və yuyunma otağına kafel-metlax işləri görmüşdür. Təxminən 15 (on beş) gün iş gördükdən sonra Gülağa arvadı Qabunə ilə aralarında tez-tez mübahisə baş vermişdir. Sonuncunun nigahın pozulması üçün məhkəməyə müraciət etdiyini bildirərək həmin müddət ərzində onun evində qalmasını xahiş etmişdir. Lakin o hər gün işə gedən zaman Gülağa onu idarə etdiyi Hyundai Geetz **-SY-*** d.q.n avtomaşınla aparan zaman Gülağaya 3-4 manat benzin pulu verirdi. xx.xx.2024-cü il tarixdə Gülağa ilə vatçap vasitəsi ilə əlaqə saxlayaraq onu avtomaşınla Xətai rayonundan işə aparmasını xahiş etmişdir. Gülağa isə ona avtomaşının nasaz olmasını bildirdi. Onun istifadə etdiyi telefonunun enerjisi bitdiyində telefonu sönmüşdür.Təxminən bir saatdan sonra telefonu açan zaman Gülağanın onun mobil nömrəsinə dəfələrlə zəng etmişdir. O, isə onunla əlaqə saxlayan zaman Gülağa özünün kartına ondan 15 (on beş) manat pul göndərməsini, əgər göndəmədiyi halda evin əşyalarını sındıracağını bildirdi. O, evə gələn zaman Gülağanın evdə paltaryuyan maşının, iran peçinin şüşəsini, paltar dolabının güzgü və qapılarını əl dəstəklərini, termonun güzgüsünü sındırmaqla ona ümumlidə 3000 (üç min) manat maddi ziyan vurmuşdur. Dəymiş ziynın ödənilməsini xahiş edir. Məhkəmə proses iştirakılarını dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçılarının izahatları və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti şöbənin müvafiq əməkdaşına həvalə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-cı maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir.” Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXMnin 232-1-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan xx.xx.1987-ci il təvəllüdlü, Bakı şəhərində anadan olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində vurulmuş ziyanın 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №3(094)-43/2024
Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-43/2024
16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver