Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-44/2023 04.07.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X13 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Bakı şəhəri Pirallahı rayon İcra Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1977-ci il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Masallı rayonu Təklə kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Pirallahı rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən icra vərəqəsinin icra edilməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Pirallahı rayon İcra Şöbəsinin icra məmuru X3 verdiyi izahatında bildirdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 avqust 2009-cu il tarixli, 2(003)-1451 saylı icra sənədinə əsasən 03 avqust 2002-ci il təvəllüdlü X4 və 24 sentyabr 2003-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 21 avqust 2009-cu il tarixdən başlayaraq Şəxs hər aylıq qazancının 1/3 hissəsi miqdarında aliment tutularaq X8 verilməlidir. xx.xx.2023-cü il tarixdə tələbkar X1 rayon İcra Şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, Şəxs həbs olunaraq işdən çıxdıqdan sonra onun bir uşağa görə 5 ay, digər uşağa görə isə 17 ay aliment borcu yaranmışdır. Bundan sonra borcluya borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmiş, lakin o, adı çəkilən qərarın icrasından heç bir üzrlü səbəb olmadan qəsdən boyun qaçırmışdır. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olduğundan onun tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Buna görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 2020-ci il tarixdə həbs olunduğu üçün işdən azad olunmuşdur. Həbsdə olduğu müddətdə aliment borcu yığılaraq 3464 manat olmuşdur. Həbsdən azad olduqdan sonra iş üçün bir neçə yerə müraciət etsədə nəticəsi olmamışdır. Hazırda işləmədiyi üçün yığılıb qalmış 3464 manat aliment borcunu ödəyə bilmir. Bu səbəbdən inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 avqust 2009-cu il tarixli 2(003)-1451/2009 saylı məhkəmə əmrindən görünür ki, 03 avqust 2002-ci il təvəllüdlü X4 və 24 sentyabr 2003-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 21 avqust 2009-cu il tarixdən başlayaraq Şəxs hər aylıq qazancının 1/3 hissəsi miqdarında aliment tutularaq X8 verilməlidir. Məhkəmə proses iştirakçılarının izahatlarını və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Şəxs tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 avqust 2009cu il tarixli, 2(003)-1451 saylı icra sənədinin icrası olunmaması ondan asılı olmayan səbəblərə görə baş verir, bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə iclasında işin araşdırılmış hallarından, iş materiallarından və işdə iştirak edən şəxlərin izahatlarından müəyyən olunur ki, Şəxs 2020-ci il tarixdə həbs olunduğu üçün işdən azad olunmuş, həbsdə olduğu müddətdə aliment borcu yığılaraq 3464 manat olmuşdur. Həbsdən azad olduqdan sonra iş üçün bir neçə yerə müraciət etsədə nəticəsi olmamışdır. Məhkəmə, iş üzrə müəyyən olunmuş halları nəzərə alaraq qeyd edir ki, Şəxs əməlində (hərəkət və ya hərəkətsizliyində) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud deyil. Belə ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirmək məqsədilə icra məmuru tərəfindən təyin oluna vaxtda və yerdə olmuş, yalnız həmin məbləğin ödənilməsi üçün madi imkanarının yetərsizliyi nəticəsində icra sənədinin icrası baş tutmamışdır. Bu inzibati işin məhkəmə iclasında araşdırılmış hallarındanda müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində inzibati xəta tərkibinin olması halı müəyyən edilmədiyindən, onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Faiq Qasımov
Məhkəmə qərarları › İş №3(094)-44/2023
Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-44/2023
04.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver