Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-45/2023 18.07.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X8 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxxxx 1959-cu il tarixdə Naxçıvan MR Culfa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "AZNEFT" İstehsalat Birliyində quyuların əsaslı və yeraltı təmiri üzrə böyük usta vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü (bundan sonra İXM-in) maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında MN seriyalı ******* saylı, 23 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən “Abşeronneft” NQÇİ-də texniki təhlükəsizlik və ya əmək mühavizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş böyük usta Şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində qazmaçı X3 14 iyul 2021-ci il tarixdə sağlamlığına az ağır zərər vurulmasına dair xəsarət almışdır. Məhkəmə iclasında iştirak edən Şəxs bildirdi ki, o, “Abşeronneft” NQÇİ-də quyuların əsaslı və yeraltı təmiri üzrə böyük usta vəzifəsində işləyir və quyuların əsaslı və yeraltı təmiri üzrə işlərə rəhbərlik edir, o, əməyin mühavizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası, ətraf mühitin mühavizəsi qaydalarının yerinə yetirilməsi üzrə tədbirlər görür və həmçinin onlara riayət edilməsinə nəzarət edir. Quyuların əsaslı təmiri üzrə qazmaçısı X3 xx.xx.2021-ci ildə saat 07:00-da qazmaçı köməkçisi X7 ilə biriikdə 620 saylı özüldə yerləşən 677 saylı quyuda naryad-sifarişə uyğun olaraq təmir işinə başlamışdır. Belə ki, qazmaçı İskəndərov Havəmi 32 mm-lik qondarma dərinlik nasosunu quyuağzında yoxlayaraq quyuya endirmək istəmişdir. Onun iş yeri olan quyuağzı işçi meydançanın ölçüsü 2x3 m-dir, qəbul körpüsünün eni 1m, boru stellajının uzunluğu 11m; eni isə 4m-dir. İskəndərov Havəmi qondarma dərinlik nasosunun yoxlanılmasını quyuağzında deyil, stellajının üzərində quraşdırılmış qəbul körpüsünə çıxaraq icra etmişdir. Qəbul körpüsünün üzərinə çıxan zaman boru səthinin neft məhsulu ilə bulaşıqlı olmasına görə ayağı sürüşmüş və boruların üzərinə yıxılmışdır. Sol bud nahiyəsində güclü ağrı hiss etdiyindən ayağa qalxa bilməmiş, yaxındakı iş yoldaşlarını köməyə çağırmışdır. Qazmaçı köməkçisi X7 dərhal H.İskəndərova yardıma gəlmiş və digər yoldaşları ilə onu özüldəki yaşayış məntəqəsinə aparmışlar. H.İskəndərova yardıma gələn digər qazmaçı Bəbirov Rövşən ona zəng vuraraq hadisə barədə məlumat vermişdir. O isə sahə rəisi Niyaz Əskərova hadisə barədə bildirmişdir. “Abşeronneft” NQÇİ-nin rəhbərliyinin köməyi ilə zərərçəkən İskəndərov Havəmini dənizdən təxliyə edilərək müayinə üçün dərhal Mərdəkan qəsəbəsində yerləşən 26 saylı 5 Birləşmiş Şəhər Xəstəxanasına aparılmışdır. Müayinə zamanı X1 bud nahiyəsində qəlpəli sınıq olması müəyyən edilmişdir. Əməlindən peşmandır. Qeyd etdiklərinin nəzərə alaraq məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin X5 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. İXM-in 61.3-cü maddəsinə əsasən məhkəmə işə X5 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik Hüuqi şəxsin 40 nömrəli 25 may 2023-cü il tarixli rəyinə əsasən H.Ə.İskəndərovun bədəni üzərində sol bud sümüyünün yuxarı 1/3-nin qapalı, yerdəyişmiş, çoxqəlpəli sınığı aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyallar) təsirindən H.Ə.İskəndərovun 14 iyul 2021-ci il tarixdə Bakı Sağlamlıq Mərkəzinə müraciətindən bir qədər əvvəl törənmişlər, qərarda göstərilən 14 iyul 2021-ci il tarixdə 677 nömrəli quyuda cari təmir işləri aparan zaman yıxılaraq sərt-küt əşyalara dəyməsi nəticəsində törənməsi istisna olunmur və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-in 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. İXM-in 198.3-cü maddəsinə əsasən Bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuiyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olmasını və ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə alıb, hesab edir ki, Şəxs barəsində İXM-in 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə növündə cəza təyin olunmalıdır. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Faiq Qasımov
Məhkəmə qərarları › İş №3(094)-45/2023
Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-45/2023
18.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver