Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-47/2023 25.07.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X12 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Şikayət vermiş şəxs X5 iştirakı ilə, X6 tərəfindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin 18 aprel 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin 18 aprel 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsində göstərilmişdir ki, X6 qanuni olaraq balıq ovu ilə məşğul olur və sənədləri tam qaydasındadır. xx.xx.2023-cü il tarixdə qardaşı Muradla balıq ovlayarkən onlardan aralı uzaq məsafədən Çilov adası istiqamətində bir nəfərin əl işarəsi ilə onları səsləməsini görmüşlər. Həmin şəxsin kim olduğunu bilmədikləri üçün, onun nə istədiyini öyrənmək mıəqsədilə qayıqla ona yaxınlaşmışlar. Təxminən həmin şəxsə 150 metr məsafə qalmış onun Sərhəd Xidmətinin əməkdaşı olduğunu görmüşlər. Bu zaman həmin şəxsin onları telefon vasitəsilə çəkdiyini görüb təəcüblənmişlər. Həmin şəxsə yaxınlaşaraq nə istədiyini və nə üçün onları çağırdığını soruşduqda həmin şəxs onlara Çilov adasına yaxınlaşmağın qanun pozuntusu olduğunu bildirmişdir. Həmin gün onlar sahilə çıxanda sahil mühavizə xidmətinin əməkdaşı onları xidmət apardığı məntəqəyə dəvət edərək barələrində protokol tərtib olunacağı barədə məlumat vermişdir, daha sonra barəsində İXM-nin 571-ci maddəsi ilə protokol tərtib edilmişdir. Hesab edir ki, heç bir qayda pozuntusuna yol verilməyib. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X6 şikayətin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, Hövsan qəsəbəsində Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxsi balıqçılarla görüş zamanı bildirmişdir ki, onlar Çilov adasının ətrafında balıq ovlaya bilərlər. Bu səbəbdən də şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin rəisi Elçin Abuzərli tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, 15 mart 2023cü il tarixdə Döviət Sərhəd Xidmətinin X4 Sahil Nəzarəti bölməsinin 47-ci yanalma körpüsündən dənizə çıxış edərək X10 bölməsinin xidməti ərazisində Çilov adasının cənub qərb istiqamətində 1 ədəd PR-2023 bort nömrəli yamaha-40 mühərriklə təchiz olunmuş, taxta tipli qayığın Çilov adasına yaxınlaşması müşahidə olunmuşdur. Qayığın heyət üzvləri Pirallahı rayonu Gürgan qəsəbə sakinləri F.Y.Bayramov və M.Y.Bayramov qanunvericilikdə nəzərdə tutulmuş 2 mil məsafəni keçərək su sərhəd rejim qaydalarını pozduqları üçün AR İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsınə müvafıq olaraq, rejim pozucusu qismində sənədləşdirilərkən izahat verməkdən, həmçinin inzibati xəta haqqında protokol və digər sənədləri imza etməkdən imtina etmişdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-il 16 oktyabr tarixli qərarında sahildən 2 milə qədər aralanmaqla dənizə çıxmağa icazə verildiyi qeyd edilmişdir. F.Y.Bayramov və M.Y.Bayramov təyin olunmuş məsafəni (2 mil) 8 mildən çox məsafədə keçməklə AR İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdirlər. Həmçinin məktubda şikayətə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə sözügedən şikayətə Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 14:00 radələrində X3 dənizinin sahilindən 2 mil məsafəni keçmişdir. X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 250 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayət vermiş şəxs X5 izahatını dinləyib, şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 16 oktyabr tarixli, 560 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazi və daxili sularında özü hərəkət edən və özü hərəkət etməyən üzmə vasitələrin saxlanılması Qaydaları”nın: 12-ci bəndinə əsasən turistlərin və idmançıların dənizə çıxmasına günün işıqlı vaxtında sərhəd mühafizəsi orqanlarının verdiyi buraxılış əsasında qeydiyyatdan keçmiş özü hərəkət edən və özü hərəkət etməyən üzmə vasitələrdə, qaranlıq düşənə qədər müəyyən olunmuş körpüyə və baza məntəqəsinə qayıtmaq şərtilə icazə verilir. Sahildən 2 milə qədər aralanmaqla dənizə çıxmağa icazə verilir. 13-cü bəndinə əsasən Gecə-gündüz, gündəlik balıq tutma ilə məşğul olan rejim sularında digər işləri görməyə sərhəd mühafizəsi orqanlarının razılığı ilə, yalnız üzmə vasitəsi yola düşərkən məlumat verildiyi hallarda yol verilir. Ov rayonunun dəyişilməsi haqqında üzmə vasitəsinin kapitanı (böyük briqadir) yaxındakı sərhəd bölməsinə, yaxud sərhəd qayığına vaxtında məlumat verilməlidir. İXM-in 571-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sərhəd sularında, yəni sərhəd çaylarının, göllərin və başqa sututarların, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz başqa gəmilərin və digər üzən vasitələrin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülərindən dəniz və digər sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması qaydalarının pozulmasına, göstərilən sularda icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tədqiqat və axtarış fəaliyyətinin həyata keçirilməsinə görə gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimə edilir. X1 məhkəmə iclasında Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxsi tərəfindən ona sahildən 2 mildən artıq aralanmağa icazə verildiyini bildirsə də, məhkəməyə qeyd edilən icazə ilə bağlı sənəd təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-in 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin 18 aprel 2023-cü il tarixli, MN seriyalı ******* saylı qərarı qanuni və əsaslı olduğundan X5 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq qəraraaldı: X5 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin 18 aprel 2023-cü il tarixli, MN seriyalı ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Faiq Qasımov
Məhkəmə qərarları › İş №3(094)-47/2023
Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-47/2023
25.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver