Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-48/2023 11.07.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1997-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Yevlax rayonu Aşağı Bucaq Ə/D Gülövşə kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü (bundan sonra İXM-in) maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında İXP seriyalı ******* saylı, xx.xx.2023-cü il tarixli protokola əsasən Şəxs narkotik vasitələrdən istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi MERCEDES BENZ 816 D markalı, **-ON-*** nömrəli avtomobillə xx.xx.2023-cü il tarixdə saat 12:20 radələrində Bakı şəhəri Pirallahı qəsəbəsi “Nərə Kənd” adlanan yerin qarşısı ilə hərəkət edən zaman qarşıda hərəkət edən Xəzər markalı **-AP-*** nömrəli avtomobilin qarşısına qəflətən avtobus çıxmış, həmin avtomobil hadisənin qaşısını almaq üçün sola tərəf manevr etmişdir, Şəxs da Xəzər markalı **-AP-*** nömrəli avtomobilin arxasıca manevr etmişdir. Ara məsafəsi az olduğu üçün maşını saxlaya bilməyib həmin avtomobilin arxa hissəsinə dəymişdir. Bununla da Şəxs İXM-nin 327.1 və 333.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, vətən müharibəsi iştirakçısıdır, müharibədən sonra arada narkotik vasitə istifadə edir. xx.xx.2023-cü il tarixdə saat 12:20 radələrində MERCEDES BENZ 816 D markalı, **-ON-*** nömrəli avtomobillə Bakı şəhəri Pirallahı qəsəbəsində yerləşən “Nərə Kənd” adlanan yerin qarşısı ilə hərəkət edən zaman qarşıda hərəkət edən Xəzər markalı **-AP-*** nömrəli avtomobilin qarşısına qəflətən avtobus çıxmış, həmin avtomobil hadisənin qaşısını almaq üçün sola tərəf manevr etmiş, o da Xəzər markalı **-AP-*** nömrəli avtomobilin arxasıca manevr etmişdir. Ara məsafəsi az olduğu üçün maşını saxlaya bilməyib həmin avtomobilin arxa hissəsinə dəymişdir. Hadisədən bir neçə gün əvvəl narkotik vasitə istifadə etmişdir. Vətən müharibəsi iştirakçısı olduğunu, törətdiyi əməlindən peşman olduğunu bildirərək barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan 10 iyul 2023-cü il tarixli, 2538 nömrəli “Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədilə tibbi müayinənin keçirilməsi haqqında” aktdan görünür ki, Şəxs 10 iyul 2023-cü il tarixdə, saat 15:20 radələrində tibbi müayinədən keçirilərkən onda narkotik vasitə qəbul etməsi faktı müəyyən edilmişdir. Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş vəsiqələrin surətindən görünür ki, o Vətən müharibəsində iştirak etmiş və “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Şəxs İXM-in 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirlidir. Ona görə də onun barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. İXM-nin 333.3-cü maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və “Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədilə tibbi müayinənin keçirilməsi haqqında” aktı ilə və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini və Vətən müharibəsi iştirakçısı olmasını İXM-nin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İşin araşdırması zamanı müəyyən edildi ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair işə baxılması Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən Rayon (şəhər) məhkəmələrinin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs əməlinə həmin hissədə qiymət verilməsi üçün material Bakı şəhər Pirallahı Rayon Polis İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İXM-nin 43, 114 və 115ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətlərinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün material Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsinə göndərilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Faiq Qasımov
Məhkəmə qərarları › İş №3(094)-48/2023
Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-48/2023
11.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver