Məhkəmə qərarları › İş №3(094)-49/2023

Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-49/2023

11.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-49/2023 11.07.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.4-cü (bundan sonra İXM-in) maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında İXP seriyalı ******* saylı, 10 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs 10 iyul 2023-cü il tarixdə, saat 12:00 radələrində İSUZU SAZ NP 37 Avtobus markalı, ** RY *** dövlət nömrə nişanlı avtomaşını narkotik vasitənin təsiri altında sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə etməklə İXM-nin 333.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs bildirdi ki, 10 iyul 2023-cü il tarixdə saat 12 radələrində yol vərəqəsi əsasında idarə etdiyi İSUZU SAZ NP 37 Avtobus markalı, ** RY *** dövlət nömrə nişanlı avtobusla Pirallahı qəsəbəsi Nərəkənd istirahət mərkəzinin qarşısı ilə hərəkət edən zaman anidən idarə etməni itirərək qarşı zolağa çıxmış, dərhal manevr edib öz yoluna qayıdaraq hərəkətə davam etmişdir. Sonradan Pirallahı RPİ-nin DYPB-nin əməkdaşları onu müayinədən keçməyə dəvət etmişlər. Müayinə zamanı sidiyindən narkotik vasitə aşkar olunmuşdur. O, hadisədən bir neçə ay əvvəl narkotik vasitə qəbul etmişdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. İş materiallarında olan 10 iyul 2023-cü il tarixli, 2537 nömrəli “Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədilə tibbi müayinənin keçirilməsi haqqında” aktdan görünür ki, Şəxs 10 iyul 2023-cü il tarixdə, saat 15:15 radələrində tibbi müayinədən keçirilərkən onda narkotik vasitə qəbul etməsi faktı müəyyən edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Şəxs İXM-in 333.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirlidir. Ona görə də onun barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. İXM-nin 333.4-cü maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə-nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 333.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və “Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədilə tibbi müayinənin keçirilməsi haqqında” aktı ilə və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 10 iyul 2023-cü il tarixdən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar