Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-49/2025 03.06.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X12 Adil oğlunun sədrliyi Əbilov Ülvi Adişirin oğlunun katibliyi ilə, Pirallahı rayon prokurorluğunun nümayəndəsi X3, Zərərçəkmiş şəxslərin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1996-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhər Pirallahı rayon prokurorluğu tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə) qərara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhər Pirallahı rayon prokurorluğu tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə) qərara əsasən fiziki şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Qala-Pirallahı şossesi ilə Pirallahı qəsəbəsi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozması nəticəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş ehtiyyatsızlıqdan azyaşlılar X7 və X1 yüngül zərər vurulması inzibati xətasını törətmişdir. Hadisə ilə bağlı Bakı şəhər Pirallahı rayon prokurorluğu tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduğundan Şəxs barəsində başlanmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, y/n hadisəsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaqı aparılması ötrü icraata qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət təqibi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki,
1. Qərann təsviri hissəsində göstərilənlərə əsasən, Şəxs oğuna Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbin seçilmişdir”.
2. Şəxs oğlunun idarə etdiyi **-MT-*** dövlət qeydiyyat nişanlı, “Shacman Yük” markalı avtomobil maddi sübut kimi tanınmış, sahibində saxlanması nəzərə alınmışdır.
3. İş üzrə Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263-1.1, 263-1.3 və 264-cü maddələrinin tərkib əlamətləri olmadığından, barəsində həmin xüsusatlar üzrə cinayət təqibinin başlanması rədd edilmişdir.
4. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, X2 dəymiş maddi ziyanla bağlı xüsusatın ittihama daxil edilməməsi və onun zərərçəkən şəxs kimi tanınmaması nəzərə alınmışdır.
5. İş üzrə dindirmə, hadisə yerinin və avtomobilin baxışının aparılması protokolları, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri və materialların-məhkəmə ekspertizası sahəsində ekspertlərin rəyləri, eləcə də digər prosessual sənədlər sübut növü kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən, Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 53.1.7-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduğundan Şəxs barəsində başlanmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qəraraaldı:
Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Faiq Qasımov