Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-5/2023 19.01.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X14 Adil oğlunun sədrliyi, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, X1 iştirakları ilə, xx xxxxxxx 1971-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ort təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 272.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X10 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə içlasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs 14 dekabr 2022-ci il tarixdə, saat 16:30 radələrində Pirallahı rayonu istiqamətində Xəzər dənizində müvafiq icra hakimiyyəti orqanından xüsüsi icazə almadan qanunsuz olaraq X4 ilə birlikdə əldə etdikləri qanunsuz qeydiyyata alınmamış «İJ-57» modelli 12 kalibrli B-01732 №-li silahdan istifadə etməklə 3 ədəd və dənizdə qurduqları tor vasitəsilə hər biri 5,50 manat təşkil edən ümumilikdə 13 ədəd adi qaşqaldaq quşlarını ovlamaqla təbiətə 88 manat məbləğində ziyan vurmaqla ov etmə qaydalarını kobud şəkildə pozmuşdur. Su NPİ-nin TQ-nun təhqiqatçısı X5 13 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da, Şəxs İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Su NPİ Abşeron XPM tərəfindən xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, xx.xx.2022-ci il arixdə saat 12:55-də Pirallahı SNB-nin 48-ci yanalma körpüsündə qeydiyyatda olan Famil Zöhrabova məxsus «PR-2056» bort nömrəli «Yamaha-48» markalı mühərriklə təchiz olunmuş taxta qayıqla X7 birlikdə dənizə çıxmışlar və saat 14:25-dək olan müddət ərzində ada yaxınlığında X7 atası X6 məxsus ov tüfəngdən atəş açmaqla 3 ədəd, onun dənizdə qurduğu tor vasitəsi ilə 13 ədəd qaşqaldaq quşları ovlayıb həmin gün saat 16:30-da sahilə çıxarkən sərhədçilər tərəfindən saxlanılmışlar. Hazırda əməlindən peşmandır, səhv etdiyini başa düşür və gələcəkdə bir daha belə səhvlərə yol verməyəcəyinə söz verir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-in 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarına əlavə olunmuş 13 yanvar 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti adiyyatı üzrə göndərilmişdir. İş materiallarına əlavə olunmuş 14 dekabr 2022-ci il tarixli 23 nömrəli Aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət Sərhət Xidməti Sahil X3 şöbənin “Pirallahı” SNB-nin rəisi mayor İsmayıl Axundov, “Pirallahı” SNB-in rəis müavini baş leytenant Edqar Hacıyev və nəzarətçi gizir Davud Əliyev bu aktı tərtib etdik ondan ötrü ki, xx.xx.2022-ci il tarixdə “Pirallahı" SNB-nin xidməti ərazisində 48-ci YK-də qeydiyyatda olan PR-2056 bort nömrəli qayığın etibarnamə əsasında xx.xx.1987-ci il təvəllüdlü Neftçala rayon Qırmızıkənd kənd sakini X4 və heyət üzvü xx.xx.1975-ci il təvəllüdlü Bakı şəhər Pirallahı rayon sakini Şəxs iştirakı ilə sərhəd naryadları tərəfindən üzmə vasitəsinə baxış keçirərkən qayığın bortunda olan 1 (bir) ədəd qoşa lülə ДO 700 AT B 01732 nömrəli sarı qundaqlı ov tüfəngi və 16 (on altı) ədəd qaşqaldaq adlı çöl quşunun, 1 (bir) ədəd kəmərli silah üçün palıdı rəngdə silah çantası götürülərək “Pirallahı” SNB-də saxlanılması üçün götürülmüşdür. İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 32-ci maddəsində göstərilir ki, inzibati xətaya görə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi və Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar məsuliyyəti yüngülləşdirən hallardır. Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. Şəxs əməlində İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, ailə vəziyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq baxımından onun barəsində İXM-nin 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan ov hüququnun məhdudlaşdırılması tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 26, 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinib ov hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X15
Məhkəmə qərarları › İş №3(094)-5/2023
Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-5/2023
19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver