Məhkəmə qərarları › İş №3(094)-54/2023

Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-54/2023

25.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-54/2023 25.07.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X7 Adil oğlunun sədrliyi, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Pirallahı Rayon Polis İdarəsinin polis sahə inspektoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsindən daxil olmuş materiala baxaraq m ü ə y y ə n e t d i: İnzibati xəta haqqında MN seriyalı ******* saylı, 21 iyul 2023-cü il tarixli protokola əsasən 07 iyul 2023-cü il tarixdə Şəxs Bakı şəhəri Pirallahı rayonu 28-ci məhəllədə X1 yüksək səslə nalayiq ifadələrlə tıhqir etmişdir. Bununla da Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsinin polis sahə inspektoru X5 göstərdi ki, xx.xx.2023-cü il tarixdə vətəndaş Nərminə Əliyeva ərizə ilə polis idarəsinə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Pirallahı qəsəbəsi 28-ci məhəllə ilə piyada hərəkət edərəkən özünü Vuqar kimi təqdim edən şəxs ətrafda insanların çox olduğu yerdə heç bir səbəb olmadan yüksək səslə onu nalayiq ifadələrlə təhqir etmişdir. xx.xx.2023-cü il tarixdə vətəndaş Şəxs izahatı alındıqdan sonra onun barəsində inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməlindən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid bildirdi ki, xx.xx.2023-cü il tarixdə oğlu Əzizov Maisin qeyri-rəsmi münasibətdə olduğu X2 ilə 28-ci məhəllədə piyada hərəkət edirmiş, o Nərminədən ayrılaraq çörək almaq üçün mağazaya girmişdir, mağazadan çıxdıqda Vuqar adlı şəxsin Nərminənin qarşısını kəsərək onu yüksək səslə təhqir etdiyini görmüşdür, o Vuqarı sakitləşdirməyə çalışsada Vuqar ona məhəl qoymayaraq hərəkətlərinə davam etmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, şahidi dinləyərək və iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs əməlində İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq müəyyən etdi ki, Şəxs həmin hərəkəti ilə xırda xuliqanlıq etmişdir, buna görə də onun hərəkəti İXM-in 510-cu maddəsi ilə tövsif olunmalı və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsə qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini İXM-nin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 30, 25, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətə inzibati həbs tətbiq edilsin. Həbsetmənin əvvəli 25 iyul 2023-cü il tarixdən saat 13:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Pirallahı Payon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar