Məhkəmə qərarları › İş №3(094)-57/2023

Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-57/2023

28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-57/2023 28.08.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin hakimi vəzifəsini icra edən hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Pirallahı Rayon İcra Şöbəsinin böyük icra məmuru X7, Tələbkar X2nın, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, (FİN: xxxxxxx) orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Pirallahı rayon İcra Şöbəsindən daxil olmuş materiala baxaraq m ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 18 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Pirallahı Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında Pirallahı rayon İcra Şöbəsinin böyük icra məmuru Oqtay İsayev göstərdi ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-591/2015 saylı, 25 noyabr 2015-ci il tarixli icra sənədinə əsasən Şəxs üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 108 manat olmaqla ümumilikdə 324 manat aliment tutularaq X1 verilməlidir. Hazırda uşaqlardan biri yetkinlik yaşına çatıb. Qeyd edilən icra sənədi xx.xx.2022-ci il tarixdə təkrar icraya yönəldilərək Pirallahı Rayon İcra Şöbəsinin icraatına daxil olmuşdur. Bundan sonra tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmiş, daha sonra o, bir neçə dəfə şöbəyə dəvət olunaraq proflaktik söhbətlər aparılmasına baxmayaraq o, tələbi icra etməmişdir. Borclunun bu günə olan aliment borcu 2376 manat təşkil edir. Qeyd etdiklərinin nəzərə alınaraq inzibati protokolun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, imkanı olmadığı üçün aliment borcunu ödəyə bilməmişdir. İş tapaması üçün müraciət etmişdir, lakin işlə təmin edilmir. Əvvəllər uşaqlara görüşəndə 5-7 manat pul veribdi, amma o. Məbləğlər nəzərə alınmamışdır. Qeyd etdiklərinin nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Bundan əlavə, Şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Məhkəmə iclasında iştirak edən tələbkar X2 bildirdi ki, o, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-591/2015 saylı, 25 noyabr 2015-ci il tarixli icra sənədinə əsasən Şəxs üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 108 manat olmaqla ümumilikdə 324 manat aliment tutularaq ona verilməlidir. Hazırda uşaqlardan biri yetkinlik yaşına çatıb. Bu günə olan aliment borcu 2376 manat təşkil edir. Şəxs sonuncu dəfə üç il əvvəl ödəniş edib. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada həbs tənbeh növünün tətbiq olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)- 591/2015 saylı, 25 noyabr 2015-ci il tarixli təkrara icra vərəqəsindən görünür ki, xx.xx.2015-ci il tarixdən başlayaraq xx.xx.2002-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları Şəxs hər ay hər uşaq üçün 108 manat məbləğində aliment tutularaq X1 verilməlidir. İş materiallarında olan Pirallahı Rayon İcra Şöbəsinin 18 oktyabr 2022-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-591/2015 saylı, 25 noyabr 2015-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Pirallahı Rayon İcra Şöbəsinin Şəxs ünvanladığı 18 oktyabr 2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün sonuncuya xəbardarlıq edilmiş, həmçinin icra sənədinin üzürsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan Pirallahı Rayon İcra Şöbəsinin Şəxs ünvanladığı Xəbərdarlıqlardan görünür ki, dəfələrlə o, icra sənədi üzrə tələbi təmin etməsi barədə xəbardar edilmişdir. Məhkəmə hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrası ilə bağlı borclu Şəxs mütəmadi olaraq alimenti ödəməkdən boyun qaçırması, bunun nəticəsi olaraq xeyli miqdarda aliment borcunun yığılması onun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İXM-in 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs uzun müddət ərzində tələbkara olan borcunu tam ödəməkdən müxtəlif bəhanələrlə indiyə qədər yayınmışdır. Borcun tam ödənilməməsinin borclunun maddi imkanı ilə əlaqədar olması barədə qeyd olunanlara dair məhkəmə qeyd edir ki, bu hal ötən müddət ərzində borclunun icra sənədini icra etməməsinə haqq qazandıra bilməz. Borclunun məhkəmə qərarını icra etməməsi ədalət mühakiməsinin nüfuzuna zərbə vurur. Məhkəmə hesab edir ki, məhkəmə qərarı qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun tam ödənilməsini təmin etməmiş şəxsin inzibati qaydada 500 manatdan 1000 manatadək miqdarda cərimə edilməsi ağlabatan və inzibati tənbeh tədbirinin məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməz. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli 28 avqust 2023-cü il tarixdən saat 15:55-dən hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs tətbiq edilsin. Həbsetmənin əvvəli 28 avqust 2023-cü il tarixdən saat 15:55-dən hesablansın. Qərarın icrası Pirallahı Rayon Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Pirallahı Payon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar