Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-6/2023 19.01.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X10 Adil oğlunun sədrliyi, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxxx 1987-ci ildə Neftçala rayonu Qırmızıkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Neftçala rayonu Qırmızıkənd kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşaxuna bağ evləri adlandırılan ərazidə ünvansız fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 272.3 və 590.2-ci maddələri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X7 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə içlasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs 14 dekabr 2022-ci il tarixdə, saat 16:30 radələrində Pirallahı rayonu istiqamətində Xəzər dənizində müvafiq icra hakimiyyəti orqanından xüsüsi icazə almadan X6 ilə birlikdə əldə etdiyi qanunsuz qeydiyyata alınmamış 12 kalibrli, «İJ-57» modelli, B- 01732 №-li silahdan istifadə etməklə 3 ədəd və dənizdə qurduqları tor vasitəsilə hər biri 5,50 manat təşkil edən ümumilikdə 13 ədəd adi qaşqaldaq quşlarını ovlamaqla təbiətə 88 manat məbləğində ziyan vurmaqla ov etmə qaydalarını kobud şəkildə pozmuşdur. Su NPİ-nin TQ-nun təhqiqatçısı X2 13 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da, Şəxs İXM-nin 272.3 və 590.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Su NPİ Abşeron XPM tərəfindən xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, xx.xx.2022-ci il arixdə saat 12:55-də Pirallahı SNB-nin 48-ci yanalma körpüsündə qeydiyyatda olan Famil Zöhrabova məxsus «PR-2056» bort nömrəli «Yamaha-48» markalı mühərriklə təchiz olunmuş taxta qayıqla X4 birlikdə dənizə çıxmışlar və saat 14:25-dək olan müddət ərzində ada yaxınlığında atası X3 məxsus ov tüfəngdən atəş açmaqla 3 ədəd, X5 dənizdə qurduğu tor vasitəsi ilə 13 ədəd qaşqaldaq quşları ovlayıb həmin gün saat 16:30-da sahilə çıxarkən sərhədçilər tərəfindən saxlanılmışlar. Əməlindən peşmandır. Məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxsun əməlində İXM-in 272.3 və 590.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarına əlavə olunmuş 13 yanvar 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikası İXM-nin 272.3 və 590.2-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti adiyyatı üzrə göndərilmişdir. İş materiallarına əlavə olunmuş 14 dekabr 2022-ci il tarixli 23 nömrəli Aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət Sərhət Xidməti Sahil X1 şöbənin “Pirallahı” SNB-nin rəisi mayor İsmayıl Axundov, “Pirallahı” SNB-in rəis müavini baş leytenant Edqar Hacıyev və nəzarətçi gizir Davud Əliyev bu aktı tərtib etdik ondan ötrü ki, xx.xx.2022-ci il tarixdə “Pirallahı" SNB-nin xidməti ərazisində 48-ci YK-də qeydiyyatda olan PR-2056 bort nömrəli qayığın etibarnamə əsasında xx.xx.1987-ci il təvəllüdlü Neftçala rayon Qırmızıkənd kənd sakini Şəxs və heyət üzvü xx.xx.1975-ci il təvəllüdlü Bakı şəhər Pirallahı rayon sakini X6 iştirakı ilə sərhəd naryadları tərəfindən üzmə vasitəsinə baxış keçirərkən qayığın bortunda olan 1 (bir) ədəd qoşa lülə ДO 700 AT B 01732 nömrəli sarı qundaqlı ov tüfəngi və 16 (on altı) ədəd qaşqaldaq adlı çöl quşunun, 1 (bir) ədəd kəmərli silah üçün palıdı rəngdə silah çantası götürülərək “Pirallahı” SNB-də saxlanılması üçün götürülmüşdür. İş materiallarında olan Su NPİ-nin TQ-nun təhqiqatçısı, polis baş leytenantı Orxan Həsənov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şəxs və X4 birlikdə ovçuluq bileti olmadan qanunsuz ov etmək məqsədi ilə qabaqcadan əlbir olub 14 noyabr 2022-ci il tarixdə saat 12:55-də Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gəlib «Yamaha-48» markalı mühərriklə təchiz edilmiş taxta qayıqdan isifadə etməklə dənizə çıxıb saat 14:25-dək olan müddət ərzində müvafiq icra hakimiyyəti orqanından xüsüsi icazə almadan əldə etdiyi qanunsuz qeydiyyata alınmamış «U-57» modelli 12 kalibrli B-01732 №-li silahdan istifadə etməklə 3 ədəd və R.T.Melikovla dənizdə qurduqları torların vasitəsilə hər biri 5.50 manat təşkil edən ümumilikdə 13 ədəd adi qaşqaldaq quşlarını 88 manat ziyan vurmaqla qanunsuz ovlayıb sahilə çıxarkən Azərbaycan Respublikası DSX-nin Sahil Mühafizəsinin «Pirallahı» sahil nəzarət bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Yoxlama zamanı onlardan 1 (bir) ədəd 12 kalibrli, «İJ-57» modelli B-01732 nömrəli ov tüfəngi, 16 ədəd adi qaşqaldaq quşları aşkar edilərək götürülmüşdür. İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. İXM-nin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsə qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlindən peşman olması, himayəsində iki azyaşlı uşağının olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) bir neçə inzibati xəta törətdiyindən, həmin xətalara dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan, bu halda həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edildiyindən məhkəmə hesab edir ki, Şəxs daha ciddi xətaya görə - İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunmuş normalarını əsas götürərək Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını, məsuliyyəti ağırlaşdıran halın müəyyən olunmamasını həmçinin İXM-nin 34.3-cü maddəsinin tələblərini nəzərə alıb, hesab edir ki, Şəxs İXM-nin 272.3-cü və 590.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli və ona İXM-nin 272.3-cü maddəsinin sanksiyası çərçivəsində inzibati xətanın törədilməsində istifadə olmuş alət müsadirə edilməklə ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü və 590.2ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyası çərçivəsində inzibati xətanın törədilməsində istifadə olmuş alət müsadirə edilməklə, bir il müddətinə ov hüququ məhdudlaşdırılsın. İş üzrə götürülmüş və X7 İdarəsində saxlanılan 1 (bir) ədəd 12 kalibrli, «İJ-57» modelli B-01732 nömrəli ov tüfəngi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Qərarın icrası X7 İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X11
Məhkəmə qərarları › İş №3(094)-6/2023
Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-6/2023
19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver