Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-6/2025 11.02.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X6 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Pirallahı Rayon Polis İdarəsinin sahə inspektoru Sinan Məmmədovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-ci il tarixdə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Astara rayonu, Şiyəkəran ərazi dairəsi, Şiyəkəran kəndində qeydiyyatda olan, Bakı şəhəri Zirə qəsəbəsi yeni sahədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsindən daxil olmuş materiala baxaraq m ü ə y y ə n e t d i: İnzibati xəta haqqında MN seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:00 radələrində polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsinin sahə inspektoru Sinan Məmmədov göstərdi ki, icraata daxil olmuş xx.xx.2025-ci il 3-13-56/1-758/25 nömrəli əməliyyat tapşırığı əsasında dələduzluqda adı keçən xx.xx.1994-cü il təvəllüdlü X2 tanışı, Şəxs Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evində gizləndiyi ehtimalı olduğundan Pirallahı RPİ-nin təhqiqat bölməsinin baş təhqiqatçısı polis polkovnik-leytenantı E.Məmmədovun tərtib etdiyi əməliyyat tapşırığı əsasında həmin ünvanda olmuşdur. Qeyd olunan ünvanda X2 olub-olmaması barədə Şəxs söz mübahisəsi yaratmaqla X3 məsuliyyətdən yayındırmağa çalışmışdır. Şəxs izahatı alınması üçün Pirallahı Rayon Polis İdarəsinə dəvət olunsada o, gəlməkdən qərəzli şəkildə imtina edərək, tabesizlik göstərmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polisin qanuni tələbinə tabesizlik göstərdiyini etiraf etdi. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək və iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, icraatıma daxil olmuş xx.xx.2025-ci il 3-13-56/1-758/25 nömrəli əməliyyat tapşırığı əsasında dələduzluqda adı keçən xx.xx.1994-cü il təvəllüdlü X2 tanışı, Şəxs Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evində gizləndiyi ehtimalı olduğundan Pirallahı RPİnin təhqiqat bölməsinin baş təhqiqatçısı polis polkovnik-leytenantı E.Məmmədovun tərtib etdiyi əməliyyat tapşırığı əsasında həmin ünvanda oldum. Qeyd olunan ünvanda X2 olub-olmaması barədə Şəxs söz mübahisəsi yaratmaqla X3 məsuliyyətdən yayındırmağa çalışmışdır. Bu zaman Şəxs tərəfimdən izahatı alınması üçün Pirallahı Rayon Polis İdarəsinə dəvət olunsada gəlməkdən qərəzli şəkildə imtina edərək tabesizlik göstərmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsə qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlində məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə, törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində inzibati həbs tənbeh tətbiq edilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdə saat 20:00-dan, yəni, Şəxs tutulduğu tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 30, 25, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 20:00-dan hesablansın. Qərarın icrası Pirallahı rayon Polis İdarəsinə və X4 X1 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Pirallahı Payon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X7
Məhkəmə qərarları › İş №3(094)-6/2025
Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-6/2025
11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver