Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-61/2024 06.08.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin hakimi Qasımov Faiq Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Pirallahı RPŞ-nin polis sahə inspektoru X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1962-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri, Pirallahı rayonu, Gürgan qəsəbəsi, E.Hüseynov küçəsi, ev 9, mənzil 2-də qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Pirallahı rayon Polis şöbəsindən daxil olmuş materiala baxaraq m ü ə y y ə n e t d i: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 06 avqust 2024-cü il tarixli protokola əsasən Şəxs 19 iyul 2024-cü il tarixdə həyat yoldaşı X3 yaşadığı ünvan 1 ünvanında döyərək xəsarət yetirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 göstərdi ki, həyat yoldaşı Şəxs ilə 2007-ci il tarixdə ailə hayatı qurmuş, birgə nigahdan bir qız uşaqları olmuşdur. Həyat yoldaşı Oqtay 2014-cü ildə qardaşı oğlu ilə aralarında yaranmış dava dalaşa görə 10 il 1 ay azadlıqdan məhrum edilmişdir. Oqtay həbs edildikdən sonra sonuncunun qardaşı Hafis Nəsirov 5 il onunla bir yerdə yaşamış, evini təmir etdiməkdən ötrü 8 min manat bankdan kredit götürmüşdür. Oktay 2024-cü ilin iyul ayının 12-də azadlığa buraxılmış sonuncu evə gələndən sonra mütamadi olaraq evdə onunla söz söhbət yaratmış, nəyə görə kredit götürməsini, nəyə görə evi təmir etməsini ona bildirmişdir. xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində Oqtay evdə yemək yeyən zaman onun qardaşı Hafiz onlara gəlmiş Oqtay Hafizi də yeməyə dəvət etmişdir. Hafiz yemək yeyəndən sonra çölə çıxmış, Oqtay Hafizin bu gecə harada qalmasını ondan soruşmuş, o Hafizin onların evində qalacağını Oqtaya bildirəndə, onların arasında söz mübahisəsi yaranmış, mübahisə zamanı qızı Tamam onların yanına gəlmiş Oqtaya iradını bildirəndə, sonuncu stulu əlinə götürüb Tamamı vurmaq istəyəndə o araya girmişdir. O, Oqtayı sakitləşdirmək istəyəndə sonuncu stulu onun qoluna vurmuş, o qızı Tamamilə çölə çıxmış, Hafiz bunu biləndən sonra içəri girib Oqtayla söz mübahisəsi etmişdir. Ona görə o və Hafiz DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermiş, həmin vaxtı Oqtay ancaq onu vurmuş, Hafiz və qızı Tamamı vurmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, həyat yoldaşı X4 ilə 2007-ci ildə ailə həyatı qurmuşdur. Onların birgə nigahından bir qız uşağı olmuş, o, 2014-cü ildə qardaşı oğlu ilə aralarında yaranmış dava-dalaşa görə 10 il 1 ay azadlıqdan məhrum edilmiş, 2024-cü ilin iyul ayının 12 də azadlığa buraxılmışdır. O, evə gələndən sonra evin söküldüyünü və həyat yoldaşı İncinin bankdan 8 min manat kredit götürdüyünü biləndən sonra nəyə görə belə etməsini soruşanda onların arasında söz mübahisəsi yaranmışdır. xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində evdə yemək yeyən zaman qaynı Hafiz onlara gəlmiş o Hafizi yeməyə dəvət etmiş, bir yerdə yemək yeyəndən sonra Hafiz çölə çıxmış o həyat yoldaşı İncidən Hafizin harada qalmasını soruşmuş, sonuncu Hafizin onlarda qalacağını bildirəndə, o Hafizin onların evində qalmamasını çıxıb getməsini bildirmişdir. Onların arasında mübahisə olmuş, həmin vaxtı o həyat yoldaşı İncini, qızı Tamamı və qaynı Hafizi vurmadığını, Hafiz onun üstünə hücüm çəkəndə həyat yoldaşı İnci onların arasına girmişdir. O, etdiyi əməlindən peşmandır. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs həyat yoldaşı X3 döymüşdür. Buna görə də məhkəmə hesab edir ki, onun hərəkətləri İXM-in 157-ci maddəsi ilə tövsif olunmalı və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarında olan X2 bədənində nə kimi xəsarətlərin olub-olmamsı, həmin xəsarətlərin yetirlmə tarixi, yetirlmə mexanizimi və ağırlıq dərəcəsini müəyyən etmək ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, lakin MTE və PAB-nın Xəzər rayon şöbəsinin 74 saylı rəyindən görünür ki, müayinə zamanı X2 bədən üzərində müəyyən edilmiş xəsarətlər sol bazunun, sol saidin qançırları aşkar edilmişdir. Qeyd edilən xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibbi müayinəsindən 5-6 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixlə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Hadisə haqqında məlumatların, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, İ.İ.Cəfərovanın bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İ.İ.Cəfərovanın müayinəsi zamanı aşkar edilmiş xəsarətlər əlçatan nahiyələrdə yerləşməsinə, xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü və kənar şəxs tərəfindən yetirilməsi inkar edilmir. Bu məsələnin istintaq yolu ilə müəyyən edilməsi daha məqsədəmüvafiqdir İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsə qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halları müəyyən etmədi. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Qeyd olunanlara əsasən və İXM-in 25, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300,0 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Pirallahı Payon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X7
Məhkəmə qərarları › İş №3(094)-61/2024
Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-61/2024
06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver