Məhkəmə qərarları › İş №3(094)-68/2023

Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-68/2023

17.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-68/2023 17.10.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X8 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, X3 tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsində göstərilmişdir ki, o, Azərbaycan Respublikası İXM-nin 445.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 800,0 manat inzibati cərimə tənbeh növü tətbiq edilmiş və bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən, MN ******* nörməli 19 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərardan narazıdır. Hesab edir ki, zərərçəkmişlə barışıq əldə etdiyi üçün barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. İnzibati xəta haqqında işin faktiki halları ondan ibarətdir ki, Dübəndi balıq evi restoranında zərərçəkmişə təqdim edilmiş hesabda bəzi məhsulların restoranın menyusunda əks olunmaması və menyunun düzgün tərtib olunmamasıdır. Zərərçəkənlə barışdıqları üçün hesab edir ki, barəsində tərtib edilmiş inzibati tənbeh qərarı ləğv edilməli və işin icraatına xitam verilməlidir. Bu səbəbdən də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, “Dübəndi balıq evi” restoranında təqdim olunan hesabda göstərilmiş bəzi məhsulların adlarının (araq, pivə, çörək qara) restoranın menyusunda əks olunmamış və menyu düzgün tərtib edilməmişdir. X1 Azərbaycan Respublikası İXM-nin 445.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 800,0 manat məbləğində cərimə edilmişdir. İşdə olan X4 tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış ərizənin surətindən görünür ki, o, “Dübəndi balıq evi” restoranında hesabdan əlavə ondan alınmış məbləğ barədə ünvanladığı şikayətlə bağlı bildirmişdir ki, həmin vəsait ona ödəniləndən sonra restorana qarşı şikayəti yoxdur və gələcəkdə də heç bir iddia və tələbi olmayacaq. Məhkəmə şikayət vermiş şəxs X2 izahatını dinləyib, şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, İXM-in 445.1-ci maddəsinə əsasən qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Həmin Məcəllənin 39.1 və 39.2. maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 135.1. maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şikayət ərizəsindən görünür ki, şikayətçi zərərçəkmiş şəxslə barışdığını əsas gətirərək inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə şikayətin dəlillərinə münasibətdə ilk növbədə qeyd edir ki, hazırkı iş üzrə inzibati tənbeh vermə haqqında qərarın tərtib edilməsinin əsasını təşkil edən İXM-in 445.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta törətmiş şəxsin zərər çəkmiş şəxslə barışması əsası ilə xitam verilməsi, yaxud qəbul edilmiş qərarın ləğv edilməsi müvafiq qanunvericilikdə əks olunmamışdır. Eyni zamanda, qərarın ləğvinə əsas verəcək hallar işin araşdırılması zamanı aşkar edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, İXM-in 445.1-ci maddəsində göstərilən qiymət intizamının pozulması, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmaması və ya onların düzgün tərtib edilməməsi ticarət qaydaları əleyhinə inzibati xətadır. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün əsas vətəndaşın şikayəti olsa da, həmin vətəndaş sözügedən iş üzrə zərərçəkmiş şəxs deyildir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarı qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135, 136-cı maddələrini rəhbər tutaraq qəraraaldı: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar