Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-68/2024 24.09.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X14 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbilov Ülvi Adişirin oğlunun katibliyi, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Hüquq İdarəsinin Məhkəmə mübahisələri ilə iş sektorunun baş məsləhətçisi X2 iştirakı ilə, X10 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X10 şikayət ərizəsini onunla əsaslandırılmışdır ki, o, “Respublika Təcili və X6 Mərkəzi” publik hüquqi şəxsin sabiq bölmə müdürü işləmişdir. Sabiq bölmə müdürü olduğu müddətdə xx.xx.2024-cü il tarixdə bölmənin işçisi X8 bölmənin həyətində yıxılaraq xəsarət almışdır. Buna görə ona Azərbaycan Respublikasının İXM 199-cu maddəsi ilə nəzərdə tutulan tənbeh cəzası verilmişdir. O, bildirir ki, bölmə müdürü olaraq qeyd etdikləri ilə əlaqədar əməyin mühafizəsi ilə bağlı vəzifə borcu yoxdur və o işə götürən məsul şəxs deyil. Müvafiq məsuliyyət, müəssisənin rəhbərlərinə aiddir. Bölmə müdiri olaraq, bu məsulliyyət onun səlahiyyətində deyil. O, əlavə olaraq iş materillarına Əməyin Mühafizəsi haqınada Bölmə Müdürünün vəzifə borcu haqqında təlimatın işə əlavə olunmasını xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Hüquq İdarəsinin Məhkəmə mübahisələri ilə iş sektorunun baş məsləhətçisi X3 göstərdi ki, İş üzrə xəsarət almış X8 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Kamil Rzayev küçəsində yerləşən müəssisənin inzibati binasının içərisində yıxılaraq xəsarət almışdır. Bölmə müdürünün vəzifə borcu barədə vəzifə qaydasının 15-ci bəndində göstərilir ki, bölmədə cari təmirin keçirilməsinə, binanın texniki cəhətdən düzgün istismarına nəzarət edir. Bu səbəbdən X10 bölmə müdürü olduğundan baş vermiş hadisədə məsulliyyət onun üzərində olmuşdur. O, əlavə olaraq iş materillarına iş üzrə əhəmiyyət kəsb edən sənədlərin işə əlavə olunmasını xahiş etdi. Şikayət ərizəsini araşdırıb, şikayətçinin izahatını və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Hüquq İdarəsinin Məhkəmə mübahisələri ilə iş sektorunun baş məsləhətçisi X2 izahatını, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X10 Azərbaycan Respublikası İXM-nin 199-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 900 (doqquz yüz) manat məbləğində cərimə edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 199-cu maddəsinə əsasən İşə götürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə - yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X7 Azərbaycan Respublikası İXM-nin 199-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı inzibati qanunvericiliyin tələblərinə uyğun şəkildə qəbul edilmiş və həmin qərarın ləğvi üçün əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, X7 həmin qərardan verdiyi şikayəti əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X7 şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən hakim Faiq Qasımov
Məhkəmə qərarları › İş №3(094)-68/2024
Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-68/2024
24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver