Məhkəmə qərarları › İş №3(094)-68/2025

Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-68/2025

17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-68/2025 17.06.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X9 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Pirallahı Rayon İcra Şöbəsinin böyük icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, BAKİ ŞƏHƏRİ, PİRALLAHİ RAYONU, PİRALLAHİ QƏSƏBƏSİ, Xanlar küçəsi, ev 29, mənzil 24 ünvanında qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Pirallahı rayon İcra Şöbəsindən daxil olmuş materiala baxaraq m ü ə y y ə n e t d i: Şəxsnın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Pirallahı Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında Pirallahı rayon İcra Şöbəsinin icra məmuru X8 göstərdi ki, Astara Rayon Məhkəməsinin 2(018)-616/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 02 oktyabr 2010-cu il təvəllüdlü X2 və 01 yanvar 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 24 may 2019-cu il tarixindən başlayaraq cavabdeh Şəxs hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 verilməlidir. Tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmiş, buna baxmayaraq o, tələbi tam şəkildə icra etməmişdir. Şəxs 2020-ci ildə Pirallahı Rayon Məhkəməsinin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmiş, daha sonra o, Pirallahı Rayon Məhkəməsinin 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəza çəkdiyi müddətdə müəssisə tərəfindən ondan aliment borcu üzrə 552 manat tutma aparılmışdır. xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş və icra vərəqəsi üzrə fasilələrlə borcundan ödənişlər etmişdir. Sonuncu dəfə o, xx.xx.2025-ci il tarixdə 450 manat ödəniş etmişdir. Hazırda onu borcu 8600 manat təşkil edir. Borclu hal-hazırda fərdi əmək fəaliyyəti ilə məşğul olur, onun əmlakı və rəsmi gəlir mənbəyi müəyyən edilməmişdir. Tələbkar onun məsuliyyətə cəlb edilməsini tələb edir. Qeyd olunanları nəzərə alınaraq inzibati protokolun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, o, fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla fəhləlik edir. Onun aylıq qazancı 300-400 manat təşkil edir. Onun rəsmi iş yeri, sabit aylıq gəliri və başqa əmlakı yoxdur. Belə ki, fəhlə olduğuna görə iş olduğu zaman işləyir. O, anasına məxsus evdə yaşayır. Borc əsas olaraq pandemiya vaxtına təsadüf etdiyinə görə yığışmışdır. Belə ki, həmin vaxt o, karantin rejimi ilə əlaqədar işləyə bilməmişdir. Lakin hazırda alimenti ödəməklə yanaşı borcundan da ödənişlər edir. Borcunu qaytarmaqdan yayınmır. Qeyd etdiklərinin nəzərə alınaraq barəsində inzibati tənbeh tədbiri tətbiq edilməməsini xahiş etdi. Bundan əlavə, Şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Astara Rayon Məhkəməsinin 2(018)-616/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, Şəxs 02 oktyabr 2010-cu il təvəllüdlü X2 və 01 yanvar 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 24 may 2019-cu il tarixindən başlayaraq cavabdeh Şəxs hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 verilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında qərarın surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə icra vərəqəsi üzrə icraata başlanılmışdır. İş materiallarında olan bildirişlərin surətindən görünür ki, Şəxs tələbin könüllü icrasi barədə bildirişlər göndərilmişdir. İş materiallarında olan Pirallahı Rayon Məhkəməsinin qərarından görünür ki, xx.xx.2020-ci il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan Pirallahı Rayon Məhkəməsinin qərarından görünür ki, xx.xx.2020-ci il tarixdə Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Pirallahı Rayon Məhkəməsinin hökmündən görünür ki, xx.xx.2020-ci il tarixdə Şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan PX Həbsxananın xx/xx-1725 saylı məlumatından görünür ki, Şəxs həbsxana briqadasında işlə təmin olunmuş, onun aylıq əmək haqqısından 552 manat aliment tutularaq onun keçmiş həyat yoldaşı S.Qambayevanın ünvanına köçürülmüşdür. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Astara Rayon Məhkəməsinin 2(018)- 616/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 02 oktyabr 2010-cu il təvəllüdlü X2 və 01 yanvar 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 24 may 2019-cu il tarixindən başlayaraq cavabdeh Şəxs hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 verilməlidir. Məhkəmə aktı qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. İcra şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə icra vərəqəsi üzrə icraata başlanılmışdır. xx.xx.2020-ci il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmiş, daha sonra məhkəmənin hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəza çəkdiyi müddətdə Şəxs həbsxana briqadasında işlə təmin olunmuş, onun aylıq əmək haqqısından 552 manat aliment tutularaq tələbkarın ünvanına köçürülmüşdür. Məhkəmə iclasında izahatı alınmış Şəxs borcun yığılma səbəbini karantin vaxtına təsadüf etdiyi, işsiz olması, hazırda isə sabit iş yerinin və aylıq qazancının olmaması ilə əlaqələndirmiş, hazırda isə o, alimentlə yanaşı borcdanda ödəniş etdiyini qeyd etmişdir. Məhkəmə iclasında icra məmuru verilən suallara cavab olaraq bildirmişdir ki, fərdi əmək fəaliyyəti ilə məşğul olsa da, Şəxs rəsmi iş yeri, adına əmlakı yoxdur. O, cəza çəkdiyi müdətdə 552 manat, həbsdən çıxdıqdan sonra fasilələrlə aliment borcundan ödəniş etmişdir. Şəxs xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 1800 manat, xx.xx.2024-cü il tarixdə 150 manat, xx.xx.2024-cü il tarixdə 150 manat, xx.xx.2024cü il tarixdə 150 manat, xx.xx.2024-cü il tarixdə 150 manat, xx.xx.2024-cü il tarixdə 150 manat, xx.xx.2024-cü il tarixdə 150 manat, xx.xx.2024-cü il tarixdə 150 manat, xx.xx.2024cü il tarixdə 150 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2025-ci il tarixdə 250 manat, xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 450 manat aliment borcundan ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə hesab edir ki, Şəxs icra sənədlərinin icrasından qərəzli şəkildə boyun qaçırmamış və onun hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Belə ki, Şəxs borc məbləğinin ödənilməsi üçün maddi imkanlarının yetərsizliyi nəticəsində icra sənədinin icrası baş tutmamışdır. Onun icra sənədini üzrsüz səbəbdən icra etməməsi faktı öz təsdiqini tapmamışdır. Bu inzibati işin məhkəmə iclasında araşdırılmış hallarından da müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Pirallahı Payon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar