Məhkəmə qərarları › İş №3(094)-7/2023

Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-7/2023

24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-7/2023 24.01.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X6 Adil oğlunun sədrliyi, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, 29 avqust 1979-cu ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, deməsinə görə məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 327.8-ci maddəsi ilə Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə içlasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında İXP ******* saylı, 05 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokola və iş materiallarına əsasən Şəxs 13 noyabr 2022-ci il tarixdə saat 18:39 radələrində idarə etdiyi “Opel Vectra ” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Pirallahı qəsəbəsində S.Vurğun küçəsində Gənclər parkının yaxınlığında, Qala qəsəbəsinə gedən 2 zolaqlı yolun sol zolağı ilə təxminən 90 km/saat sürətlə hərəkət etmiş, həmin vaxtı, qarşı tərəfdə X2 «Renault MEGANE» markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Qala qəsəbəsinə gedən 2 zolaqlı yolun sol zolağı ilə hərəkət edərək 1.11 üfüqü nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola dönmə işığını yandıraraq, sola 28-ci məhəllə yeni sahəyə dönmək istəyən zaman, Şəxs idarə etdiyi avtomaşınla onun sol arxa qanad hissəsindən vurmuş nəticədə X1 idarə etdiyi avtomaşın yolda aşmış, Şəxs idarə etdiyi avtomaşın isə hadisə yerindən 280 metr qarşıda yolun sol hissəsində səkinin üzərinə çıxaraq dayanmışdır. Hadisə nəticəsində “Opel Vectra ” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomaşında olan sürücü Şəxs alının əzilməsi yarası ilə müşayət olunan Yüngül bədən xəsarəti almış və «Renault MEGANE» markalı **- VT-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü X2 baş beyin sirkələnməsi halında olan qapalı kəllə beyin travması, alının, sağ çiyin oynağının dərialtı hematomaları ilə müşayət olunan Yüngül dərəcəli xəsarət almasına səbəb olmuşdur. Bununla da Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 13 noyabr 2022-ci il tarixdə o, öz işi ilə əlaqədar Pirallahı rayonuna gəlmişdir. Pirallahıda işini qurtarandan sonra tez evlərinə həyat yoldaşını xəsdəxanaya aparmaq üçün geri qayıtmışdır. Təxminən saat 18:30 radələrində Pirallahı rayonunda S.Vurğun küçəsində saatda 90 sürətlə hərəkətdə olarkən, Pirallahı rayonu Gənclər parkının yanında qarşı tərəfdə qoşa xəttin üzərində «Renault MEGANE» markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomaşının dönməsini görmüş, lakin sürətlə hərəkət etdiyi üçün avtomobili saxlaya bilməmiş və həmin avtomaşınla toqquşmuşdur. Hadisədən sonra maşında əyləc işləmədiyi üçün idarə etdiyi avtomaşın hadisə yerindən bir qədər uzaqlaşdığını, həmin vaxtı baş nahiyəsindən xəsarət aldığını, qan itirdiyini görən tanımadığı şəxs onu xəstəxanaya apardığını göstərmişdir. Hazırda törətdiyi əməli etiraf etmiş və əməlindən peşman olduğunu bildirərək ona yüngül cəzanın verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib və iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs idarə etdiyi “Opel Vectra ” markalı, **-CU- *** dövlət qeydiyyat nişanlı avtomaşınla Pirallahı qəsəbəsində S.Vurğun küçəsində Gənclər parkının yaxınlığında «Yol hərəkəti haqqında » Azərbaycan Respublikasının Qanunun 51-ci maddəsinin 2-ci hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq Renault MEGANE» markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə sürücü T.T.Həbibov bədən xəsarəti almışlar. Buna görə də məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-in 327.8-cı maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarına əlavə edilmiş Pirallahı RPİ-nin Təhqiqat Bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı X3 tərəfindən 28 dekyabr 2022-ci il tarixli qərarına əsasən, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət tərkibi olmadığından materail üzrə cinayət işinin başlanması rədd edilmişdir. İXM-in 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1, 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tədbiri tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Əməlini etiraf etməklə səmimi peşmançılığı, ilk dəfə olaraq inzibati məsuliyyətə cəlb olunması məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, habelə baş vermiş inzibati xəta hadisəsinin törətdiyi nəticələrin həddini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanunamüvafiq hesab edir. Qeyd olunanlara əsasən və İXM-in 114-cü, 115-ci, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs İXM-in 327.8-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar