Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-73/2023 14.11.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X7 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, Bakı şəhəri Pirallahı rayon İcra Şöbəsinin icra məmuru X4, Zərərçəkmiş şəxs X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi S.Vurğun küçəsi ev 6 mənzil 2-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Pirallahı rayon İcra şöbəsinin icra məmuru X6 tərəfindən icra vərəqəsinin icra edilməməsinə görə Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Pirallahı rayon İcra şöbəsinin icra məmuru X6 verdiyi izahatında bildirdi ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(094)-90/2023 saylı icra sənədinə əsasən Şəxs 8700 manat borc, 107 manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 1000 manat pul alınaraq X2 ödənilməlidir. İcra sənədi icraata qəbul edildikdən sonra qanunla müəyyən olunmuş müddət ərzində icraata başlamaq haqqında qərar bildirişlə birlikdə borclunun olduğu ünvana göndərilmişdir. Lakin, borclu qanunla nəzərdə tutulmuş müddət ərzində tələbi könüllü icra etməmişdir. Belə ki, ilk vaxtlar borclunun əmək haqqına borcun yönəldilməsi olmuş, borclu sonradan işdən çıxmış, əmək haqqından tutulmaların olmadığını qeyrisəmimilik göstərərək icra məmuruna bildirməmişdir. Bundan sonra borcluya borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq göndərilmiş, lakin o, adı çəkilən qərarın icrasından heç bir üzrlü səbəb olmadan qəsdən boyun qaçırmışdır. Buna görə də Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olduğundan onun tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Buna görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 göstərdi ki, borclu qanuni qüvvədə olan icra sənədini heç bir üzrlü səbəb olmadan icra etmir. Bunun nəzərə alınaraq borclunun barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(094)-90/2023 saylı icra sənədinə əsasən ondan 8700 manat borc, 107 manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 1000 manat pul alınaraq X2 ödənilməlidir. Məhkəmə qərarının icrasından yayınmır. Hazırda heç bir yerdə işləmir və iş üçün müraciətlər etmişdir. Maddi vəziyyəti çətindir. Bu səbəbdən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(094)-90/2023 saylı icra vərəqəsinin surətindən görünür ki, Şəxs 8700 manat borc, 107 manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 1000 manat pul alınaraq X2 ödənilməlidir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş icra sənədi üzrə borclu Şəxsə xx.xx.2023cü il tarixdə təqdim edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə iclasında işin araşdırılmış hallarından, iş materiallarından və işdə iştirak edən şəxlərin izahatlarından müəyyən olunur ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(094)-90/2023 saylı icra sənədinə əsasən Şəxs 8700 manat borc, 107 manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 1000 manat pul alınaraq X2 ödənilməlidir. Daha sonra borclunun adına hər hansı bir əmlakın və banklarda borlcunun adına hər hansı bank hesabının olub-olmaması barədə sorğular verilsədə adına heç bir əmlak və bank hesabı mövcud olmamışdır. Bundan başqa borclu haqqında elektron məlumat sistemindən də görünür ki, Şəxs adına heç bir əmlak yoxdur. Məhkəmə, iş üzrə müəyyən olunmuş halları nəzərə alaraq qeyd edir ki, Şəxs əməlində (hərəkət və ya hərəkətsizliyində) İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud deyil. Belə ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirmək məqsədilə icra məmuru tərəfindən təyin oluna vaxtda və yerdə olmuş, yalnız həmin məbləğin ödənilməsi üçün madi imkanlarının yetərsizliyi nəticəsində icra sənədinin icrası baş tutmamışdır. Bu inzibati işin məhkəmə iclasında araşdırılmış hallarındanda müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı halda Şəxs əməlində inzibati xəta tərkibinin olması halı müəyyən edilmədiyindən, onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №3(094)-73/2023
Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-73/2023
14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver