Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(094)-74/2023 01.12.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin hakimi X1, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 528.1-ci maddəsi ilə Bakı şəhəri Pirallahı rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: Şəxs Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-357/2017 saylı xx.xx.2017-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1306/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsini icra etməyərək icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Bununla bağlı Pirallahı rayon İcra Şöbəsinin icra məmuru Oqtay İsayev tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşdə olan Bakı şəhəri Pirallahı rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, borclu Şəxs xx.xx.2023-cü il tarixli axtarış qərarına əsasən Pirallahı RPİ tərəfindən tutularaq şöbəyə təhvil verilmişdir. İcra şöbəsində icra sənədlərinin təmin olunması borcludan tələb olunmuş, lakin o imtina etmiş, müxtəlif bəhanə gətirmişdir.Bundan sonra borclu barəsində protokol tərtib olunmuş və o, izahat verməklə yanaşı protokola imza etmişdir. Bundan sonra icra işlərindən çıxarış edilməklə məhkəmə baxışına protokola baxılmaq üçün gedərkən icra şöbəsinin inzibati binasının foyesində əlində tutduğu gödəkcəsini binada yerə ataraq giriş qapısını qaçıb açaraq, binada xidmət aparan polis əməkdaşının dur əmrinə tabe olmadan özbaşına qaçaraq gözdən itmişdir. Borclunun qaçdığı istiqamətdə gedərək axtarsalar da, tapa bilməmişlər. İş materiallarını araşdırıb hesab edirəm ki, protokol və ona əlavə edilmiş sənədlər natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Müəyyən olundu ki, Bakı şəhəri Pirallahı rayon İcra Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuş, lakin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məhkəməyə gətirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqdan, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıldığı Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında inzibati həbs tənbeh növü nəzərdə tutulmuşdur. Beləliklə, inzibati xəta haqqında materiala barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə baxılmalıdır. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına zidd olaraq Şəxs məhkəməyə təqdim olunmamışdır. Beləliklə, protokol natamam olduğundan, hazırkı inzibati xəta haqqında işə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburi olduğundan, sonuncu məhkəməyə təqdim olunmadığından inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Pirallahı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN № ******* saylı protokol və ona əlavə olunmuş sənədlər baxılmadan geri qaytarılsın. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №3(094)-74/2023
Pirallahı Rayon Məhkəməsi Qərardad — İş №3(094)-74/2023
01.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver