Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-75/2023 08.12.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X10 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Pirallahı Rayon Polis İdarəsinin sahə inspektoru, polis leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1960-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Pirallahı rayonu Əzizbəyov küçəsi ev 53 mənzil 1-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsindən daxil olmuş materiala baxaraq m ü ə y y ə n e t d i: İnzibati xəta haqqında MN seriyalı ******* saylı, xx.xx.2023-cü il tarixli protokola əsasən xx.xx.2023-cü il tarixdə Şəxs Bakı şəhəri Pirallahı RPİ-nin inzibati binasında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsinin sahə inspektoru, polis leytenantı X6 göstərdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 10:00 radələrində X1 müraciəti ilə əlaqədar Pirallahı RPİ-nin əməliyyat işi üzrə rəis müavini, polis polkovniki Elman Kazımovun xidməti otağında olarkən, Şəxs heç bir səbəb olmadan şəhid atası X1 ünvanına uca səslə nalayiq ifadələr işlədərək onu təhqir edən zaman idarə rəisinin müavini polis polkovniki Elman Kazımov və polis əməkdaşları Şəhriyar Zahidli, Elxan Abdullayev və Bayram Rəhimov onu sakitliyə dəvət etsə də, vətəndaş Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə bildirdi ki, özünü günahkar görmür. Şəkər xəstəsi olduğuna görə əsəbidir. X2 uzun müddətdir tanıyır, ondan şikayət etməsinə görə əsəbiləşmiş və qarşılıqlı olaraq bir-birilərinə söyüş söymüşlər. Məhkəmədən inzibati tənbeh tətbiq edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Pirallahı rayon Polis İdarəsinin əməliyyat işi üzrə rəis müavini, polis polkovniki Elman Kazımov bildirdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 10:00 radələrində X1 müraciəti ilə əlaqədar onun xidməti otağında olarkən, Şəxs heç bir səbəb olmadan şəhid atası X1 ünvanına uca səslə nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. O, hər iki tərəfi sakit olmağa dəvət etsə də, Şəxs sakitləşməmiş, onların otaqdan çıxmaq barədə qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs səs-küy salmaqla polis idarəsində iş prosesinə maneə yaratmışdır. Əlavə etdi ki, onun xidməti otağında kamera yoxdur, videomüşahidə aparılmır. Bundan başqa, Şəxs barəsində 2022-ci ildə də şikayət daxil olmuşdur. Həmin şikayətlə bağlı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılmış, sonda cinayət təqibinə xitam verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Pirallahı rayon Polis İdarəsinin polis mayoru Bayram Rəhimov məhkəməyə bildirdi ki, o, öz xidməti otağında olarkən aşağı mərtəbədən gələn səs-küyü eşidib hadisə baş verən yerə getmişdir. Şəxs səs-küy salmaqla polisin iş rejimini pozurdu. Şəxs yüksək səslə nalayiq ifadələr işlətmiş və ona otaqdan çıxmaq təklif olunsa da, müqavimət göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 məhkəməyə bildirdi ki, Şəxs uzun illərdir tanıyır. Dünən gecə Nazimin mağazasına getmiş, Nazim isə onu itələmiş və qohumunun yas mərasimində qızıl boyunbağı oğurlandığını bildirmişdir. O da öz növbəsində belədirsə məsələni polisə bildirməli olduqlarını demişdir. Səhər Şəxs ona şərböhtan atmasına və təhqir etməsinə görə polis idarəsinə gəlmişdir. Polis əməkdaşları Şəxs polis idarəsinə dəvət etmiş, bundan sonra Nazim idarədə ona nalayiq sözlər deyərək yüksək səslə söyüş söymüş və polis əməkdaşlarının ondan sakit olub otaqdan çıxmaqla bağlı tələblərinə məhəl qoymamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Pirallahı rayon Polis İdarəsinin polis baş leytenantı Şəhriyar Zahidli digər şahidlərin ifadəsindəki xüsusatları təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Pirallahı rayon Polis İdarəsinin polis sahə rəisi, polis polkovnik leytenantı Elxan Abdullayev digər şahidlərin ifadəsindəki xüsusatları təsdiq etdi. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, şahidləri dinləyərək və iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarında olan Pirallahı Rayon Polis İdarəsinin sahə inspektoru, polis leytenantı X6 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə X1 müraciəti ilə əlaqədar Pirallahı RPİ-nin əməliyyat işi üzrə rəis müavini, polis polkovniki Elman Kazımovun xidməti otağında olarkən, Şəxs heç bir səbəb olmadan şəhid atası X1 ünvanına uca səslə nalayiq ifadələr işlədərək onu təhqir edən zaman idarə rəisinin müavini polis polkovniki Elman Kazımov və polis əməkdaşları Şəhriyar Zahidli, Elxan Abdullayev və Bayram Rəhimov onu sakitliyə dəvət etsə də, vətəndaş Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsə qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlində məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmur. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində inzibati həbs tənbeh tətbiq edilməlidir. Məhkəmə İXM-in 31.4 və 34.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, barəsində 1 ay müddətində inzibati həbs təhbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli şəxsin faktiki hüquqlarının məhdudlaşdırıldığı andan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 30, 25, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) ay müddətə inzibati qaydada həbs edilsin. Şəxs məhkəmə iclas zalından həbs edilsin və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın icrası X9 X4 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Pirallahı Payon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X11
Məhkəmə qərarları › İş №3(094)-75/2023
Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-75/2023
08.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver