Məhkəmə qərarları › İş №3(094)-77/2023

Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-77/2023

26.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-77/2023 26.12.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X5 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, deməsinə görə məhkum olunmayan, Bakı şəhəri, Pirallahı rayonu, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 327.8-ci maddəsi ilə Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında İXP ******* saylı, 12 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokola və iş materiallarına əsasən 24 oktyabr 2023-cü il tarixdə saat 18:20 radələrində “Hundai Avante minik” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən Şəxs tərəfindən 327.8 halına yol verilmişdir. Bununla da Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Pirallahı rayonu Su idarəsində mühəndis kimi işləyir. xx.xx.2023-cü il tarixdə saat 18:00-da iş saatı bitdikdən sonra idarə etdiyi “Hyundai Avante” **-LV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yaşadığı evin qarşısına gələrək Pirallahı rayonu S.Bağırov küçəsində ev 21, mənzil 2-nin qarşısında dayandığını, əks istiqamətdən gələn motosikla yol vermədən Tufan markalı M-50 modelli 99-G-541 dövlət qeydiyyat nişanlı motosikllın qarşısına çıxdığını və nəticədə motosikl onun idarə etdiyi “Hyundai Avante” **-LV-*** dövlət qeydiyyat nişanlı avtomaşın sağ ön buferi ilə toqquşduğunu və sürücünün yerə yıxıldığını bildirmişdir. Hazırda törətdiyi əməli etiraf etmiş və əməlindən peşman olduğunu bildirərək ona yüngül cəzanın verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə idarə etdiyi Tufan markalı M-50 modelli 99-G-541 dövlət qeydiyyat nişanlı motosiklla Pirallahı rayonu S.Bağırov küçəsində təxminən 18:20 radələrində hərəkətdə olan zaman əks istiqamətdə nömrəsini bilmədiyi ağ rəngli “Hyundai” markalı avtomaşının dayanmış vəziyyətdə olduğunu, lakin ona yaxınlaşan zaman anidən Ə.Cavadov isə idarə etdiyi motosiklla Hyundai markalı avtomaşının sağ ön buferi ilə toqquşmuş, zərbənin təsirindən yerə yıxıldığını və xəsarət aldığını, bu barədə X3 müraciət etmişdir. Əlavə etdi ki, Şəxs ilə barışmışlar, heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsinin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyib və iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs idarə etdiyi “Hyundai Avantre” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkət edən zaman yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin 9cu hissəsinin tələblərini pozaraq Pirallahı rayonu S.Bağırov küçəsində əks istiqamətdən gələn Ə.H.Cavadov oğlunun idarə etdiyi Tufan markalı M-50 modelli 99-G-541 dövlət qeydiyyat nişanlı motosikllın qarşısına çıxaraq toqquşmuş və nəticədə X1 qısa müddətə pozulmasına səbəb olan “yüngül” xəsarət almışdır. Buna görə də məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarına əlavə edilmiş Pirallahı RPİ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru Məmmədov Asif tərəfindən HK-1-380 saylı material üzrə Azərbaycan Respublikası CPM-in 86,39.1.2 və 212-ci maddələrinə əsasən, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İXM-in 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1, 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tədbiri tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Əməlini etiraf etməklə səmimi peşmançılığı, ilk dəfə olaraq inzibati məsuliyyətə cəlb olunması məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, habelə baş vermiş inzibati xəta hadisəsinin törətdiyi nəticələrin həddini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanunamüvafiq hesab edir. Qeyd olunanlara əsasən və İXM-in 114-cü, 115-ci, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs İXM-in 327.8-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar