Məhkəmə qərarları › İş №3(094)-78/2023

Pirallahı Rayon Məhkəməsi Qərardad — İş №3(094)-78/2023

26.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(094)-78/2023 26.12.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X3 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi ilə, Bakı şəhər Pirallahı Rayon Polis İdarəsinin YPX-nin xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarından X1 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhər Pirallahı Rayon Polis İdarəsinin YPX-nin xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarına əsasən X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 3 bal olmaqla 80 manat cərimə edilmişdir. X1 həmin qərardan şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, X1 ərizə ilə müraciət edərək, şikayətini geri götürdüyünü bildirmiş və şikayət ərizəsinə mahiyyəti üzrə baxılmamasını xahiş etmişdir. Məhkəmə, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət ərizəsi mahiyyəti üzrə baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. İş üzrə müəyyən olunur ki, X1 barəsində qəbul edilmiş inzibati xəta haqqında qərardan şikayətlə məhkəməyə müraciət etmiş, lakin şikayət ərizəsinə mahiyyəti üzrə baxılmadan geri qaytarılmasını xahiş edir. Yuxarıda göstərilənlər nəzərə alınaraq məhkəmə hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 109, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Bakı şəhər Pirallahı Rayon Polis İdarəsinin YPX-nin xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarından X1 tərəfindən verilmiş şikayət geri qaytarılsın. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar