Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-83/2025 17.07.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X5 Sabir oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Pirallahı RPİ-nin İTŞ-nin sahə inspektoru Elnar Əmirullazadənin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1972-ci ildə Cəlilabad rayonu, Prişib kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər inzibati məsuliyyətə cəlb olunmuş, Mingəçevir şəh., H.Əliyev pr. Ev 88, m. 65 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin 3-cü PŞ-dən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrində Pirallahı RPİ-nin inzibati binasında polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Pirallahı RPİ-nin İTŞ-nin sahə inspektoru Elnar Əmirullazadə göstərdi ki, Pirallahı rayon məhkəməsinin xx.xx.2025ci il tarixli Qərarı ilə AR CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs Şəxs məhkəmə iclaslarına gəlmədiyinə görə barəsində məcburi qaydada gətirilməsi qərara alınmışdır və qərarın icrası Pirallahı RPİ-yə həvalə edilmişdir. Dəfələrlə onun evinə getmiş, lakin Şəxs xəstə olmağını bəhanə gətirərək qapını açmamışdır. xx.xx.2025-ci il tarixdə saat 11:00-da nəhayət Şəxs onun tərəfindən polis idarəsinə gətirilmişdir. Polis idarəsində Şəxs səs-küy salaraq narazılığını bildirmişdir, nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları dəfələrlə onu nizam-intizama dəvət etmiş, lakin o, buna tabe olmamışdır və qeyri-qanuni hərəkətlərini davam etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, xəstə olduğuna görə polisin çağırışına getməmişdir. xx.xx.2025ci il tarixdə onu Pirallahı RPİ-nə əməliyyat müvəkkili aparmışdır. Orada o, söyüş söyməmiş, lakin öz etirazını bildirmişdir. Əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, Pirallahı RPİ-də işləyir və X.H.Əhmədovu 10 ilə yaxındır ki, tanıyır. Xəqani içki qəbul edir, tez-tez içkili olanda polisə gətirilir. xx.xx.2025-ci il tarixdə məcburi gətirmə olub. İdarənin özündə səs-küy salıb, iş rejimini pozub. Dəfələrlə nizam-intizama dəvət olunmuşdur, lakin buna əməl etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirdi ki, Pirallahı RPİ-də işləyir. X1 ifadəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Şəxs öz əməlləri ilə uzun müddət polisin iş rejimini pozmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs xx.xx.2025-ci il tarixdə Pirallahı RPİ-də narazılığını bildirirək səs-küy salmış, nalayiq ifadələr işlətmiş, polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Polislər onu dəfələrlə nizam-intizama dəvət etsələr də o, buna məhəl qoymamışdır və öz əməllərini davam etdirmişdir. İş materiallarında olan Pirallahı rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, AR CM-nin 128-ci maddəsi ilə təqsiriləndirilən şəxs Şəxs dəfələrlə məhkəmə iclaslarına gəlmədiyinə görə barəsində məcburi qaydada gətirilməsi qərara alınmışdır. Qərarın icrası Pirallahı RPİ-yə həvalə olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Pirallahı RPİ-yə dəvət olunan zaman tabesizlik göstərmiş, idarənin inzibati binasında öz hərəkətlərini davam etməklə nalayiq sözlər ifadə etmişdir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halları müəyyən etmədi. Polis əməkdaşları tərəfindən Şəxs dəfələrlə nizam-intizama dəvət etmələrinə baxmayaraq o, əməllərini davam etdirmişdir. Məhkəmə hesab edir ki, Şəxs bu hərəkətləri AR İXM-nin 33.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran haldır. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, onun barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, Şəxs polis əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə saat 11:00-da saxlanılmışdır. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 33.1.1, 34.3, 40, 43, 115, 117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və 20 (iyirmi) gün müddətində inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 17 iyul 2025-ci il tarixdən saat 11:00-dan hesab edilsin. Qərarın icrası Pirallahı rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Pirallahı rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(094)-83/2025
Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-83/2025
17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver