Məhkəmə qərarları › İş №3(094)-84/2025

Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-84/2025

18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-84/2025 18.07.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X1 Sabir oğlunun sədrliyi, Sadıqova Nərgiz Elşad qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Pirallahı rayon DYPŞ polis mayoru Elmar Aslanovun, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası (5 və 10 yaş), deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ki yaşayan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Pirallahı RPİ-dən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 10:00 radələrində “Toyota Prius” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Pirallahı rayonu, S.Vurğun küçəsində içkili vəziyyətdə idarəni itirmiş və avtomobili rabitə dirəyinə vurmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Pirallahı RPİ-nin əməkdaşı Elmar Aslanov göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 10:00 radələrində “Toyota Prius” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Pirallahı rayonu, S.Vurğun küçəsində içkili vəziyyətdə idarəni itirmiş və avtomobili rabitə dirəyinə vurmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 10:00 radələrində “Toyota Prius” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Pirallahı rayonu, S.Vurğun küçəsində içkili vəziyyətdə idarəni itirmiş və avtomobili rabitə dirəyinə vurmuşdur. Məhkəmə işdən iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, o, 29 iyun 2025-ci il tarixdə, sərxoş vəziyyətdə avtomobilin idarəetməsini itirərək rabitə dirəyinə vurmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkolji Mərkəzi” publik hüquqi şəxsin 29 iyun 2025-ci il tarixli, protokoldan görünür ki, Şəxs alkoqol sərxoşluğunun dərəcəsi -ORTA. Məhkəmə Şəxs əməlini etiraf etməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs hadisəni sərxoş halda törətdiyinə görə AR İXM-nin 333.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən etdi. Cəza təyin edərkən məhkəmə Şəxs evli, himayəsində 2 uşağının olmasını, ağırlaşdıran halı nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 33.1.1, 34.3, 40, 43, 115, 117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Pirallahı rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar