Məhkəmə qərarları › İş №3(094)-85/2025

Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-85/2025

29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-85/2025 29.07.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X3 Sabir oğlunun sədrliyi Əbilov Ülvi Adişirin oğlunun katibliyi ilə İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1 iştirakı ilə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 347-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Bakı şəhər Pirallahı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs-nin mülkiyyətində və ya istifadəsində olan “NOOTEBOOM YARİMQOŞQU” markalı 99YG867 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqana bu barədə sorğusu daxil olduğu vaxtdan 05 (beş) gün müddətində verilməmişdir. Bu barədə Bakı şəhər Pirallahı rayon DYPŞ-nin polis mayoru X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2025-ci il tarixdə İXP ******* №-li protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 inzibati xəta haqqında protokolu müdafiə etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Şəxs-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Şəxs-nin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında müəyyən olunur ki, fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqana təqdim edilməsi barədə sorğu Şəxs-yə göndərilmiş və xx.xx.2025-ci il tarixdə çatdırılmışdır. Beləliklə, məhkəmədə müəyyən olundu ki, Şəxs fiziki şəxs haqqında məlumatı qanunla müəyyən edilmiş vaxtda Pirallahı rayon DYPŞ-nə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 347ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirildiyindən, Şəxs həmin maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsinə əsasən Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə –vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 gün muddətinə Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar