Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-9/2024 23.04.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X9 Adil oğlunun sədrliyi Cabbarova Jalə Surxay qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Sərxoş oğlunun, Zərərçəkmiş şəxs iştirakı ilə, «Azneft» İstehsalat Birliyi «Abşeronneft» Neft-Qaz Çıxarma İdarəsinin 1 saylı neft və qazçıxarma sahəsinin rəisi Şəxs barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 198.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Azneft» İstehsalat Birliyi «Abşeronneft» Neft-Qaz Çıxarma İdarəsinin 1 saylı neft və qazçıxarma sahəsinin rəisi Şəxs tərəfindən əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsi, eyni zamanda işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsi inzibati xətasının törədilməsinə görə İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad toplanmış materiallarla birlikdə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsinə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, o, «Azneft» İstehsalat Birliyi «Abşeronneft» Neft-Qaz Çıxarma İdarəsinin 1 saylı neft və qazçıxarma sahəsinin rəisi vəzifəsində işləyir. Xəsarət alan şəxs onun işçisi deyil. Baş vermiş hadisədə özünü təqsirli bilmir. O, onların heç birinə cavabdeh deyil. O, zərərçəkmiş şəxsin təhlükəsizliyinə cavabdeh deyil, heç bir təlimat keçmir. Hadisədən 10 dəqiqə əvvəl onlar bir yerdə olmuş, söhbət etmişlər. Hadisə sonra baş verdi. O, zərərçəkmiş şəxsi tanıyır, həmişə münasibətləri yaxşı olub. Hadisə baş verən yer onun işlədiyi və nəzarətində olan yerdir, lakin zərərçəkmiş onun işçisi deyil, tabeliyində deyil. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs göstərdi ki, onun müdiri Əsgərov Niyazdır. O, xəsarət aldığı yerə quyuda işləmək üçün gəlmişdi. Ağır xəsarət alıb müalicə alır. Hadisədən 10 dəqiqə əvvəl Validlə söhbət edirdi, sonra hadisə baş verdi. Kabelləri yığanda qırılma nəticəsində xəsarət alıb. Məhkəmə iclasında şahid qismində ifadə verən X2 ifadəsində göstərdi ki, o, zərərçəkmiş şəxsin iş yoldaşıdır. Onlar quyuların əsaslı və yeraltı təmirində işləyirlər. Hadisə baş verən gün işlədikləri yer isə 1-ci mədənin 440 saylı quyusunda olub. Kabel qırılıb quyuya getdiyinə görə Vasif xəsarət alıb. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinin baş əmək müfəttişi X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli protokola əsasən «Azneft» İstehsalat Birliyi «Abşeronneft» Neft-Qaz Çıxarma İdarəsinin işçisi Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə iş vaxtı TT və ƏM başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş 1 saylı sahə rəisi Şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində sağlamlığa az ağır zərər vurulmasına dair xəsarət almışdır. İş materiallarında olan “Məhkəmə-tibbi ekspertiza və X4” PHŞ- nin xx.xx.2023-cü il tarixli 105 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində hər iki mil-bilək oynağının yumşaq toxumalarının əziyi, bədənin müxtəlif nahiyələrinin sıyrıqları, sağ dizin iç və yan bağların patellar tendonun rüptürü, ön və arxa çapraz bağların yırtığı, qopması, iç və bayır menisklərin qopması, qmış və incik sümüyünün yuxarı 1/3-nin qapalı qəlpəli sınığı aşkar edilmişdir. Qeyd olunan xəsarət küt əşya təsirindən Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə X8 müraciətindən birqədər əvvəl törənmişdir, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə cari təmir işləri aparılan zaman yıxılaraq sərt-küt əşyalara dəyməsi nəticəsində törənməsi istisna olunmur və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İşdə olan təhqiqat aktından görünür ki, təhqiqat komissiyası bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1-ci bəndinə əsasən “Azneft” İB “Abşeronneft” NQÇİ-nin qazmaçı köməkçisi Zərərçəkmiş şəxs ehtiyatsızlığının, 4.2-ci bəndinə əsasən “Azneft” İB “Abşeronneft” NQÇİ-nin “Quyuların əsaslı və yeraltı təmiri üzrə” böyük ustası X1 və 4.3-cü bəndinə əsasən “Azneft” İB “Abşeronneft” NQÇİ-nin 1 saylı Neft qazçıxarma sahəsinin rəisi Şəxs nəzarətsizliklərini müəyyən etmişdir. Toplanmış materialdan göründüyü kimi, “Abşeronneft" NQÇİ-nin qazmaçı köməkçisi Zərərçəkmiş şəxs xx.xx.2022 cü il tarixdə saat 07:00-da qazmaçı köməkçiləri Əmirov Ramil və Cavadov Əsgəri birlikdə 963 saylı quyuda işə başlayaraq həmin quyunu işə saldıqdan sonra 1 saylı neft qazçıxarma sahəsinin rəisi Şəxs tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarix tapşırıq-icazəyə uyğun olaraq 440 saylı quyuda təmir işinə başlamışlar. Belə ki, 16 saylı briqadanın üzvləri, o cümlədən Zərərçəkmiş şəxs qaldırıcını quyu ağzında mərkəzləşdib quraşdırmışlar, quyuda olan MEDN tipli nasos gərginlikdən çıxarılmış və həmin nasosu quyudan qaldırılması işinə başlanılmışdır. İşə rəhbərlik böyük usta Allahverdiyev Rasim tərəfindən həyata keçirilmişdir. 395 metr dərinlikdə olan 73 mm-lik borulardan təxminən 200 metr qaldırıldıqdan sonra MEDN tipli nasos quyuda birləşmiş hissəsindən qırılaraq quyudibi istiqamətinə getmiş, nasosun mühərrikinə bağlanmış elektrik kabeli nasosla birlikdə quyudibinə sürətlə hərəkət edən zaman quyuağzından təxminən 7-8 m aralıda torpaq üzərində dairəvi şəkildə yığılmış (xüsusi barabanın quraşdırılmamasına görə kabelin dartılması nəticəsində qazmaçı köməkçisi Zərərçəkmiş şəxs hərəkətdə olan kabeli üzərinə yıxılmış və baş vermiş bədbəxt hadisə nəticəsində sağ ayağından xəsarət almışdır. Azərbaycan Respublikası CM-nin 162.1 maddəsindən görünür ki, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurularsa iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla «Azneft» İstehsalat Birliyi «Abşeronneft» Neft-Qaz Çıxarma İdarəsinin 1 saylı neft və qazçıxarma sahəsinin rəisi Şəxs İXM-in 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. İXM-in 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə — min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən Bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Beləliklə, məhkəmə «Azneft» İstehsalat Birliyi «Abşeronneft» Neft-Qaz Çıxarma İdarəsinin 1 saylı neft və qazçıxarma sahəsinin rəisi Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş hüquqi şəxsin təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə alıb, hesab edir ki, «Azneft» İstehsalat Birliyi «Abşeronneft» Neft-Qaz Çıxarma İdarəsinin 1 saylı neft və qazçıxarma sahəsinin rəisi Şəxs barəsində İXM-in 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə növündə cəza təyin olunmalıdır. Zərərçəkmiş şəxsə qərar qanuni qüvvəyə mindikdən sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18.5, 25, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: «Azneft» İstehsalat Birliyi «Abşeronneft» Neft-Qaz Çıxarma İdarəsinin 1 saylı neft və qazçıxarma sahəsinin rəisi Şəxs İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Zərərçəkmiş şəxsə qərar qanuni qüvvəyə mindikdən sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №3(094)-9/2024
Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-9/2024
23.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver