Məhkəmə qərarları › İş №3(094)-90/2025

Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-90/2025

23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-90/2025 23.07.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X5 Sabir oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Pirallahı rayon DYPŞ polis mayoru Elmar Aslanovun, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1983-cü ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə evli, 3 uşaq atası, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağları ünvanında nömrəsini bilmədiyi fərdi evdə yaşayan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Pirallahı RPİ-dən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokola əsasən sürücü Şəxs xx.xx.2024-cü il tarixdə “VAZ 2106” markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə sərxoş halda Bakı şəhəri, Pirallahı rayonu, S.Vurğun küçəsi ilə Pirallahı qəsəbəsi istiqamətində hərəkətdə olaraq X2 idarə etdiyi “Dacia Logan” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə toqquşmuş, onun avtomobilində olan sərnişin X3 xəsarət almışdır. DİN məxsus olan Təhlükəsiz Şəhər kamerasına zərər vurmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində göstərilən inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən Pirallahı rayon DYPŞ polis mayoru Elmar Aslanov göstərdi ki, xx.xx.2024-cü ildə Şəxs sərxoş halda Pirallahı qəsəbəsində idarə etdiyi “VAZ 2106” markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə X2 idarə etdiyi “Dacia Logan” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə toqquşmuş, Ağayevin avtomobilində olan sərnişin Ağayeva Samirə dərəcəsi təyin olunmayan xəsarət almışdır. Eyni zamanda YNH nəticəsində Şəxs DİN-in təhlükəsizlik kamerasına zərər yetirmiş və 1405 manat zərər vurmuşdur. Barəsində xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul edilmiş və onlara protokol tərtib etmək üçün göndərilmişdir. Bu müddət ərzində Şəxs dəfələrlə bildiriş göndərilmiş, qardaşı ilə əlaqə saxlanılmış, lakin o, idarəyə gəlməmişdir. Bu səbəbdən xx.xx.2025-ci il tarixli qərarla inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. Bugün Şəxs digər avtomobili idarə edərək saxlanılmış və 13:00-da idarəyə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə sərxoş halda Pirallahı qəsəbəsində idarə etdiyi “VAZ 2106” markalı avtomobillə hərəkətdə olaraq digər avtomobillə toqquşmuş, nəticədə onun avtomobilində olan arvadı Ağayeva Samirə xəsarət almışdır. Ona yüngül cəzanın verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib və iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi nəticəsində zərərçəkmiş şəxslərə Əkbərov Elçinin avtomobilinə, X3 bədən xəsarəti almış və DİN-in təhlükəsizlik kamerasına zərər vurmuşdur. İş materiallarında zərərlərin ödənilməsi ilə bağlı heç bir sənəd yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 1/7306 nömrəli, xx.xx.2024-cü il tarixli tibbi müayinə protokolundan Şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu aşkar edilmişdir. Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Pirallahı rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 102 saylı rəydən görünür ki, S.M.Ağayevanın bədənində xəsarətlər var və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Sürücü Şəxs inzibati tənbeh tədbirinin həyata keçirilməsindən ötrü qərarın surəti Pirallahı RPİ-yə DYPŞ-ya göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Şəxs sərxoş halda inzibati xəta törətməsini AR İXM-nin 333.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən etdi. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs barəsində cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi əməlin ictimai təhlükəliliyini, məsuliyyətini ağırlaşdıran halı, uzun müddət DİN-in orqanlarından gizlənməsini nəzərə alıb məhkəmə hesab edir ki, Şəxs barəsində daha ciddi xəta hesab olunan Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, Şəxs xx.xx.2025-ci il tarixdə saxlanılmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115- 117, 128-130 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün inzibati həbs olunsun. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 13:00-dan hesab olunsun. Qərarın icrası AR DİN-ə bilavasitə tabe olan X4 X1 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Pirallahı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar