Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-92/2025 02.08.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X3 Sabir oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Pirallahı rayon İcra şöbəsinin icra məmuru Oqtay İsayevin iştirakı ilə xx.xx.1982-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində birinci nikahdan 2 uşağı, ikinci nikahdan bir uşağı olan, 2019-2020-ci illərdə inzibati məsuliyyətə cəlb olunmuş, 500 manat cərimə və 15 gün inzibati həbs olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs haqqında Pirallahı rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Pirallahı rayon İcra şöbəsinin icra məmuru Oqtay İsayev tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN №0392810 inzibati xəta haqqında protokola əsasən borclu Şəxs cəmi 8 ədəd icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdi . Məhkəmə iclasında Pirallahı rayon İcra şöbəsinin icra məmuru Oqtay İsayev göstərdi ki, borclu Şəxs 2(004)-3466/22; 2(094)-31/24; 2(094)-316/24; 8İ-40909/24; 8İ- 501/25; 8İ-1334/25; 2(094)-33/25; 8İ-3286/25 saylı icra sənədləri üzrə cəmi 8 ədəd ümumilikdə 61.814,02 manat pul ödənilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Borclu əvvəllər icra şöbəsinə dəvət olunaraq izahatları alınmış və o, izahatlarında heç bir yerdə işləmədiyinə görə borcu ödəyə bilmədiyini və işə düzələndən sonra borclarını ödəməsini qeyd etmişdir. Sonradan o, icra şöbəsinə gəlməmiş və xx.xx.2025-ci il tarixli Qərarla barəsində axtarış elan edilmişdir. Bu gün xx.xx.2025-ci il tarixdə saat 10 radələrində polis tərəfindən saxlanılaraq icra şöbəsinə gətirilmişdir. Borclu Şəxs bu günə olan borcu 61.814,02 manat təşkil edir və tələbkarlar borclarını ödənilməsini tələb edir. Bununla da Şəxs qeyd olunan icra sənədlərinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, işə 2025-ci ilin iyul ayında düzəlmişdir. Əvvəllər işsiz olduğuna görə borcu ödəyə bilməyib. Barəsində cərimə növündə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli Qərarına əsasən, 2(004)- 3466/22 saylı xx.xx.2022-ci il tarixli; e-2(094)-31/24 saylı xx.xx.2024-cü il tarixli; 8İ- 40909/24 saylı xx.xx.2024-cü il tarixli; 2(094)-316/24 saylı xx.xx.2024-cü il tarixli; 8İ-501/25 saylı xx.xx.2025-ci il tarixli; 8İ-1334/25 saylı xx.xx.2025-ci il tarixli; e-2(094)-33/25 saylı xx.xx.2025-ci il tarixli icra sənədləri bir icraata birləşmişdir. İş materiallarına əlavə edilən xx.xx.2025-ci il tarixli Qərara əsasən, borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilən Şəxs izahatlarından görünür ki, o, işsiz olduğuna görə borclarını ödəyə bilmədiyini, işə düzələndən sonra ödəyəcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Pirallahı RPİ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Şəxs onlar tərəfindən saxlanılmışdır və icra şöbəsinə təqdim olunmuşdur. Məhkəmədə müəyyən olundu ki, Şəxs 8 ədəd icra sənədlərini heç bir üzrlü səbəb olmadan icra etməmiş və hazırda onun icra sənədləri üzrə olan borcu 61.814,02 manat təşkil edir. O, icra məmurunun çağırışlarından yayındığına görə barəsində axtarış qərarı qəbul edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs icra sənədlərini qəsdən icra etməmiş, onların icrasından qərəzli olaraq boyun qaçırmış və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs əməllərini etiraf edilməsini məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Şəxs əməlində məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə M.V. Hüseynovun şəxsiyyətini, icra sənədini heç bir üzürlü səbəb olmadan icra etməməsini, onun borcunun yüksək məbləğində, axtarışda olmasını nəzərə alıb hesab edir ki, onun barəsində cərimə cəzası tətbiq olunması məqsədə uyğun deyil, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə saat 10:00-da polis əməkdaşları tərəfindən saxlanılaraq Pirallahı rayon icra şöbəsinə gətirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həbsetmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 02 avqust 2025-ci il tarixdən, saat 10:00-dan hesab edilsin. Qərarın icrası AR DİN-ə bilavasitə tabe olan X2 X1 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət və ya protest verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(094)-92/2025
Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-92/2025
02.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver