Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-97/2025 05.08.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X11 Sabir oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Pirallahı Rayon Polis İdarəsinin polis sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsindən daxil olmuş materiala baxaraq m ü ə y y ə n e t d i: İnzibati xəta haqqında MN seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli protokola əsasən Şəxs qərəzli olaraq polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Pirallahı Rayon Polis İdarəsinin polis sahə inspektoru X4 göstərdi ki, xx.xx.2025-ci il tarixdə X6 və X7 Pirallahı RPİ-yə etdikləri müraciətində Şəxs ictimai qaydanı pozduğu qeyd olunmuşdur. Müraciət ilə əlaqədar xx.xx.2025-ci il tarixdə Şəxs izahatının alınması üçün Pirallahı RPİyə dəvət olunan zaman o, polis əməkdaşlarına tabesizlik göstərmiş, həmçinin Pirallahı Rayon Polis İdarəsinin inzibati binasında yenə öz hərəkətlərinə davam etməklə nalayiq sözlər ifadə etmişdir. Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polisin qanuni tələbinə tabesizlik göstərmədiyini bildirdi. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək və iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə X6 və X7 Pirallahı RPİ-yə etdikləri müraciətində Şəxs ictimai qaydanı pozduğu qeyd olunmuşdur. Müraciət ilə əlaqədar, xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanında olan zaman Şəxs izahatının alınması üçün Pirallahı RPİ-yə dəvət olunan zaman tabesizlik göstərmiş, həmçinin Pirallahı Rayon Polis İdarəsinin inzibati binasında yenə öz hərəkətlərinə davam etməklə nalayiq sözlər ifadə etmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsə qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlində məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə, törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində inzibati həbs tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclas zalından həbs edilməli və həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 30, 25, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilsin. Şəxs məhkəmə iclas zalından həbs edilsin və həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərarın icrası Pirallahı rayon Polis İdarəsinə və X10 X3 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Pirallahı Payon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X12
Məhkəmə qərarları › İş №3(094)-97/2025
Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-97/2025
05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver