Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-100/2024 27.09.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Məmmədova Nərmin Fərəməz qızının katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorunun köməkçisi, kiçik ədliyyə müşaviri XN, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxx N005-ci ildə Kəngərli rayon Qarabağlar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, həmin ünvanda qeydiyyatda olmaqla N saylı hərbi hissənin N-ci təlim taborunun, 5-ci təlim bölüyünün 4-cü taqımının 1-ci manqasında sürücü vəzifəsində xidmət edən əsgəri, həmin hərbi hissənin əsgər yataqxanasında yaşayan (Hərbi bilet SX № 0799513) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, əsgər Şəxs N №-li hərbi hissənin N-ci təlim taborunun 5-ci təlim bölüyünün 4-cü taqımının 1-ci manqasında, sürücü vəzifəsində xidmət edərkən, 04 sentyabr N0N4-cü il tarixdə, saat 15 radələrində N-ci taborun əsgər yataqxanasında olan ayaqyolunda yuyunma yerində növbə gözləyən, onunla eyni taborda xidmət edən, aralarında tabelik münasibəti olmayan əsgər Zərərçəkmiş şəxs əvvəl, növbəni pozaraq yuyunmaq istəyərkən aralarında mübahisə yaranmış, mübahisə zamanı əsgər Şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində təsbit olunan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələblərini pozaraq əsgər Zərərçəkmiş şəxs ağız nahiyəsindən sağ əli ilə bir yumruq zərbəsi vurmaqla ona sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən “üst dodağın selikli qişasının əzilmiş-cırılmış yarası” xəsarətini yetirərək, zor tətbiq etməklə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs izahatında 04 sentyabr N0N4-cü il tarixdə, saat 15 radələrində əsgər yataqxanasında yuyunma otağına gedib yuyunmaq istərkən orada əsgərlərin çox olduğunu görüb növbəsini gözlədiyini, həmin vaxt onunla eyni taborda xidmət edən əsgər Zərərçəkmiş şəxs da oraya gəlib ondan əvvəl yuyunma yerinə daxil olmaq istəyərkən aralarında mübahisə yarandığını, mübahisə zamanı sağ əli ilə əsgər Zərərçəkmiş şəxs ağız nahiyəsindən bir dəfə vurduğunu, nəticədə Zərərçəkmiş şəxs dodağının qanadığını, həmin vaxt orada olan əsgər Şahid1 onları aralaşdırdığını, bundan sonra bir-birindən uzaqlaşaraq yataqxanaya getdiklərini, sonra taborun şəxsi heyətinin düzülüş zamanı MAHHXHQ baş çavuş ŞahidN ondan ayaqyolunda kimlərin mübahisə etdiklərini soruşduqda hadisəni olduğu kimi ona danışdığını, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsdən üzr istədiyini, zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs onu bağışladığını göstərdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs izahatında 04 sentyabr N0N4-cü il tarixdə saat 15 radələrində əsgər yataqxanasında təmizlik ləvazimatlarını götürüb sanitar qovşağına getdiyini, orada yuyunmaq üçün bir ədəd duş yeri olduğundan həmin yerdə əsgərlərdən biri yuyunduğu üçün növbə gözlədiyini, həmin vaxt onunla eyni taborda xidmət edən əsgər Şəxs oraya gəlib növbədən kənar yuyunmaq istəyərkən aralarında mübahisə yarandığını, əsgər Şəxs ona “əgər sən birinci yuyunmağa girsən, yalan deyənin var-yoxunu belə-belə edim ki, o duşu qıracam” dediyini, Şəxs növbəsini gözləməsini bildirdikdə Şəxs anidən sağ əlinin üst hissəsi ilə onun ağız nahiyəsindən bir yumruq zərbəsi vuraraq “çıx get buradan” dediyini, lakin ona qarşı nalayiq ifadə işlətmədiyini, nalayiq ifadəni sanitar qovşağında ümumi formada işlətdiyini, həmin vaxt orada olan əsgər Şahid1 onları aralaşdırdığını, zərbənin təsirindən üst dodağı qanadığından əl-üzünü yuyub yataqxanaya getdiyini, sonra taborun şəxsi heyətinin düzülüş zamanı MAHHXHQ baş çavuş ŞahidN ondan ayaqyolunda kimlərin mübahisə etdiklərini soruşduqda hadisəni olduğu kimi ona danışdığını, əsgər Şəxs ondan üzr istədiyini, onu bağışladığını göstərdi. Məhkəmə iclasında iştirak edən şahidlər əsgər Şahid1 və MAHHXHQ baş çavuş ŞahidN da izahatlarında göstərilən xüsusatları təsdiq etdilər. Beləliklə, əsgər Şəxs qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs zor tətbiq etməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Əsgər Zərərçəkmiş şəxs xx.xx.N0N4-cü il tarixdə məhkəmə-tibbi ekspertizasından keçirilmiş, alınan 486 №-li müayinə aktında göstərilmişdir ki, əsgər Zərərçəkmiş şəxs almış olduğu xəsarət üst dodağın selikli qişasının əzilmiş-cırılmış yarası tinli bərk küt əşyanın təsirindən törənməyə xarakterikdir, şəxsin məhkəmə-tibbi müayinəsi zamanı göstərdiyi tarixdə və şəraitdə törənməsi istisna olunmur, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin olunmur. N №-li hərbi hissə komandirinin N avqust N0N4-cü il tarixli 168 №-li əmrinə əsasən, əsgər Şəxs həmin hərbi hissənin N-ci təlim taborunun, 5-ci təlim bölüyünün, 4-cü taqımının 1-ci manqasına sürücü, əsgər Zərərçəkmiş şəxs isə N-ci təlim taborunun, 5-ci təlim bölüyünün, N-ci taqımının 3-cü manqasına mexanik-sürücü vəzifəsinə təyin edilmişlər. N №-li hərbi hissə tərəfindən təqdim olunan arayışda əsgər Şəxs ilə əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. N №-li hərbi hissə komandanlığı tərəfindən təqdim olunan xidməti xasiyyətnamələ'cə əsgər Şəxs və əsgər Zərərçəkmiş şəxs mənfi xarakterzə olunmuşlar. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxsin və şahidlərin izahatları ilə yanaşı, iş üzrə istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən inzibati xəta haqqında işin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçatması və ya ona zor tətbiq etməsi - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1N-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin N1-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.N-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3N-ci maddəsinə əsasən əsgər Şəxs səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətməsini və zərərçəkmiş şəxsin onu bağışlamasını iş üzrə yüngülləşdirici hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törətdilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olması və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsinin sanksiyasının aşağı həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.N-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 1N8-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. N. Qərarın icrası əsgər Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın.
3. İnzibati həbs müddəti əsgər Şəxs hərbi xidmət müddətinə daxil edilməsin.
4. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına həvalə edilsin.
5. Əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N nömrəli hərbi hissənin komandirinə həvalə edilsin.
6. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim Səxavət Hüseynov