Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-101/2025 03.09.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Axundova Nərmin Fərəməz qızının katibliyi, 10-cu Təhqiqat bölməsinin baş təhqiqatçısı X1, nümayəndəsi: Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə 02 avqust 2006-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, (SX № 0862126) subay, orta təhsilli, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Daşkəsən rayonu Bayan kəndində qeydiyyatda olmaqla, N nömrəli hərbi hissənin N nömrəli əsgər yataqxanasında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair 10-cu Təhqiqat bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 20 iyul 2025-ci il tarixdə, saat 14:50 radələrində N №li hərbi hissənin əsgəri Şəxs həmin hərbi hissənin N №li əsgər yataqxanasında əsgər Zərərçəkmiş şəxs aralarında yaranmış mübahisə zamanı hər iki əli ilə yaxasından tutub başı ilə zərbə vurmaq istəyərkən əsgər Şəxs geriyə doğru çəkilmiş, həmin zərbə ona dəyməmişdir. Bundan başqa sanitar qovşaqda əsgər Şəxs sol üz nahiyəsinə bir yumruq zərbəsi vuraraq ona qarşı zor tətbiq edərək tabeçilik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, əsgər Şəxs izahatında 20 iyul 2025-ci il tarixdə, saat 14:50 radələrində N №li hərbi hissənin əsgər yataqxanasında əsgər Şəxslə aralarında baş verən sözlü mübahisə zamanı onun yaxasından hər iki əli ilə tutub başı ilə zərbə vurmaq istəyərkən əsgər Şəxs geriyə doğru çəkilmiş, bundan sonra sanitar qovşaqda mübahisəni davam etdirən zaman əsgər Şəxs sol üz nahiyəsinə yumruq zərbəsi vurub ona xəsarət yetirdiyini, tutduğu əməldən peşman olduğunu göstərdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs izahatında 20 iyul 2025-ci il tarixdə, saat 14:50 radələrində N №li hərbi hissənin əsgər yataqxanasında əsgər Şəxs ilə aralarında baş verən sözlü mübahisə zamanı əsgər Zərərçəkmiş şəxs onun yaxasından hər iki əli ilə tutub başı ilə zərbə vurmaq istəyərkən geriyə doğru çəklidiyini, bundan sonra sanitar qovşaqda mübahisəni davam etdirən zaman əsgər Zərərçəkmiş şəxs onun sol üz nahiyəsinə yumruq zərbəsi vuraraq ona xəsarət yetirdiyini, əsgər Zərərçəkmiş şəxs özündən kənarlaşdıran zaman sol qolundan yumruq zərbəsi vurduğunu göstərmişdir. Beləliklə əsgər Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs, zərərçəkmiş şəxs əsgər Şəxs, izahatları, məhkəmə tibb ekspert rəyləri və materiala əlavə edilən digər sənədlərlə təsdiq olunur. Materiala əlavə edilən arayışda N №li hərbi hissənin əsgərləri Şəxs ilə əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. N №li hərbi hissə komandirinin müvafiq əmrlərindən çıxarışdan görünür ki, əsgərlər Şəxs və Şəxs N №li hərbi hissədə xidmət edirlər. N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə Şəxs xidmət müddətində mənfi xarakterizə edildiyi göstərilmişdir. Əsgər Şəxs məhkəmə tibbi ekspertizadan keçirilmiş, alınan 407 №li ekspert rəyində əsgər Şəxs almış olduğu – hər iki göz ətrafı nahiyənin qançırları – küt mexanizimdən, məhdud səthə malik bərk küt əşyanın (əşyaların) təsirindən törənməyə xarakterik olduğu, qərarda göstərilən tarixdə (xx.xx.2025) törənməsinin inkar edilmədiyi, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. Əsgər Şəxs xx.xx.2025-ci il tarixdə məhkəmə-tibbi ekspertizasından keçirilmiş, alınan 406 №li ekspert rəyində əsgər Zərərçəkmiş şəxs bədən səthi üzərində sözügedən hadisə ilə bağlı hər hansı bir xəsarət və ya bunun görünən izi aşkar edilmədiyi göstərilmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edilməmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçatması və ya ona zor tətbiq etməsi - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətməsini və zərərçəkmiş şəxsin onu bağışlamasını iş üzrə yüngülləşdirici hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, Şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, eləcə də iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilərək, ona nəzərən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməməli, o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, MAHHXHQ-su baş çavuş Şəxs törətdiyi əmələ görə intizam məsuliyyətinə cəlb olunması üçün iş üzrə toplanmış materiallar xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №li hərbi hissə rəhbərliyinə göndərilməlidir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin.
2. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh tətbiq edilməsin, onun intizam qaydasında cəzalandırılması xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №li hərbi hissə komandanlığına həvalə edilsin.
3. İnzibati xəta haqqında iş üzrə toplanmış Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №li hərbi hissə rəhbərliyinə göndərilsin.
4. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Səxavət Hüseynov: