Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-105/2024 14.10.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Həsənli Elvina Yenibar qızının katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorunun böyük köməkçisi, ədliyyə mayoru X2, Zərərçəkmiş hüquqi N №-li hərbi hissə RAS xidməti üzrə rəis vəzifələrini şəxsin vəkalətli icra edən, baş leytenant Nümayəndə, nümayəndəsi: Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxx 2005-ci il tarixdə Ordubad rayonunun Dəstə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı (Fin:xxxxxxx), subay, tam orta təhsilli, deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, yaşayış yeri üzrə Ordubad rayonunun Dəstə kəndində qeydiyyatda olmaqla, Müdafiə Nazirliyinin N №li hərbi hissənin Kütləvi Qırğın Silahlarından Mühafizə bölüyünün Aerozol Maskalanma taqımının 3-cü Aerozol Maskalanma manqasında kimyaçı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən (Hərbi bilet SX № 0750542) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Naxçıvan Hərbi Prokurorluğunun 14 oktyabr 2024-cü il tarixli, 3-3-250/2-037504/202 №-li məktubu ilə əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.2ci maddəsi ilə təqsirləndirilməsinə dair 14 oktyabr 2024-cü il tarixli, 3-3-250/2-037497/2024 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 14 oktyabr 2024-cü il tarixli, 3-3-250/2-037497/2024 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, əsgər Şəxs 05 sentyabr 2024-cü ildə saat 09:N radələrində N Nsli hərbi hissənin Naxçıvan şəhəri ərazisində yerləşən “Kimya şəhərciyində” dərs planına əsasən dərs keçərkən 10 dəqiqə müddətində tənəffüs verildikdən sonra fərdi marağına görə kimya müşahidə yeşiyindən 0,32 azn dəyərində 1 ədəd RDQ-2 markalı tüstü şaşkası götürüb qəsdən onun hər iki tərəfində olan başlıqlarının iplərini dartaraq çıxarmış, şaşkanın fitilini alışdırıcısına sürtüb alışdırmaq istədikdə fitil alışmamış, bundan sonra üzərində olan alışqanla tüstü şaşkasının fitilini yandırıb şaşkanın qarşı tərəfindən tüstü çıxmaması üçün torpağa batırdıqda partlayış baş vermiş, nəticədə o, hərbi hissəyə məxsus-az miqdarda hərbi əmlakı qəsdən məhv etmişdir. İş materiallarından görünür ki, faktla bağlı toplanmış material üzrə Naxçıvan Hərbi Prokurorluğunda 04 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən , əsgər Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Əsgər Şəxs əməllərində inzibati xəta əlamətləri olduğundan onun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanması məsələsinə baxılması üçün araşdırma materiallarından müvafiq material ayrılmış, ayrılmış materiallar əsasında 14 oktyabr 2024cü il tarixdə Naxçıvan Hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Aqil Axundov tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs barəsində elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, 05 sentyabr 2024-cü ildə saat 08 radələrində dərs keçmək məqsədilə hərbi hissənin yaxınlığında yerləşən “Kimya şəhərciyinə” getmişlər. Üzərində dərs keçəcəkləri kimya müşahidə yeşiyi “Kimya şəhərciyində” Kimya Müşahidə postunda qalırmış. Dərs yerinə çatdıqdan sonra baş leytenant Şahid dərsi keçməyə başlamışdır. Baş leytenant Həsən Eyvazov da orada durmuşdur. Həmin vaxt kimya müşahidə yeşiyi Kimya Müşahidə postunun içərisində olmuşdur. Saat 08:30-da dərs başlanmış, dərsdə əsgər olaraq yalnız özü iştirak etmişdir. Çünki bölüyün digər əsgərləri həmin gün naryadda və məzuniyyətdə olmuşdurlar. Dərsdə mövzu Aerozol Maskalanma manqasının mühafizədə rolu olmuşdur. Baş leytenant Şahid tərəfindən mövzu çatdırıldıqdan sonra izahlı şəkildə dərs keçilməyə başlanılmışdır. Saat 09:20-də ilk dərs qurtardıqdan sonra 10 dəqiqəlik tənəffüs verilmişdir. Baş leytenant H.Eyvazovla baş leytenant Şahid yaxında olan çardağa kölgəliyə getmişlər. Özü Kimya Müşahidə postunun yanında qalmışdır. Həmin vaxt Kimya Müşahidə postunun içərisində olan kimya müşahidə yeşiyindən maraq üçün 1 ədəd RDQ-2 markalı, nömrəsi olmayan tüstü şaşkası götürmüşdür. Həmin şaşka sarı rəngli olmaqla, yumru, silindir formasında olmuşdur. Şaşkanı götürdükdən sonra bir qədər kənara yola tərəf çəkilmiş, orada yerə çökmüşdür. Həmin vaxt əynində yarımqol mayka olmuşdur. Kitelini hava isti olduğu üçün soyunmuşdur. Sonra şaşkanın hər iki tərəfində olan ipləri dartıb başlıqları yerindən çıxartmış, fitilini onun içərisində olan alışdırıcıya sürtsə də, lakin fitil alışmamışdır. Sonra özündə olan qırımızı rəngli alışqanı sağ əlində tutaraq sol əlində şaşkanı tutub onun fitilini yandırmışdır. Şaşkadan tüstü çıxmaması üçün baş hissəsini torpağa batırmışdır. Həmin vaxt sol əli ilə şaşkanı tutub baş tərəfini torpağa batırdıqda partlamışdır. Şaşka partladıqdan sonra hər iki əlləri, qolları, boğazı, sifəti nahiyəsi xəsarətlər almışdır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin (N №-li hərbi hissənin) nümayəndəsi qismində dindirilmiş baş leytenant Nümayəndə izahatında göstərmişdir ki, N №-li hərbi hissədə RAS xidməti rəisi vəzifəsi ştat üzrə nəzərdə tutulmadığından hərbi hissə komandirinin əmrinə əsasən ştatdan kənar həmin vəzifəni də o icra edir. Hərbi hissənin Kütləvi Qırğın Silahlarından Mühafizə bölüyündə xidməti zərurətlə əlaqədar RDQ- 2 markalı tüstü şaşkaları saxlanılır. Həmin tüstü şaşkaları tüstü pərdəsinin yaradılması, ərazinin maskalanması üçün istifadə edilir. Həmin şaşkalar sarı rəngli olmaqla, yumru, silindir formasındadır, bərk karton materildan düzəldilmişdir. Onun hər iki tərəfində parça materialdan iplər vardır, onu işə salmaq üçün hər iki ipi dartıb başlıqları çıxardıqdan sonra bir tərəfində olan fitili alışdırıb tullamaq lazımdır. 05 sentyabr 2024-cü ildə saat 12 radələrində X4 avtomobil parkından hərbi hissəyə gələndə eşitmişdir ki, Kütləvi Qırğın Silahlarından Mühafizə bölüyünün əsgəri Şəxs dərsdən sonra tənəffüs vaxtında RDQ2 markalı tüstü şaşkasının fitilini alışqanla yandırıb tüstü çıxmaması üçün torpağa basdırdıqda partlayış baş vermiş, xəsarət almış, hospitala aparılmışdır. Əvvəlcədən dərsdə tüstü şaşkasından və ya digər əmlakdan istifadə edilməsi nəzərdə tutulduqda sifariş (tələbnamə) əsasında bölmə xidmətdən həmin əmlakı qəbul edib istifadə edə bilər. Lakin həmin gün Kütləvi Qırğın Silahlarından Mühafizə bölüyündə keçirilən dərs məlumat və tanıtma xarakterli olduğu üçün bu hal nəzərdə tutulmamışdı, tüstü şaşkası atıla bilməzdi. Həmin tüstü şaşkası Rusiya Federasiyası istehsalı idi. Qeyd olunan tüstü şakası istifadəyə yararlı olmuşdur. İstifadəyə yarasız sursat, partlayıcı maddə, tüstü şaşkaları və digər əmlaklar istismardan çıxarılır, hərbi hissədə saxlanılmır. Həmin marka tüstü şaşkaları üçün istismar müddəti nəzərdə tutulmamışdır. Həmçinin baş leytenant Nümayəndə izahatında qeyd etmişdir ki, baş vermiş hadisə ilə əlaqədar olaraq N №-li hərbi hissəyə 0.32 manat dəyərində maddi ziyan dəymiş, lakin həmin maddi ziyan əsgər Şəxs tərəfindən hərbi hissəyə tamamilə ödənilmişdir. Bu səbəbdən də o, əsgər Şəxs qarşı şikayət və tələblərinin olmadığını bildirərək, onun barəsində qanunamüvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş baş leytenant Şahid oxşar məzmunlu izahat verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs və zərərçəkmiş hüquqi şəxsin (N №-li hərbi hissənin) nümayəndəsi qismində dindirilmiş baş leytenant Nümayəndə izahatlarında göstərilənləri təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidin izahatlarını, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: N №-li hərbi hissə komandirinin N sentyabr 2023-ci il tarixli, 277 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər X6 həmin tarixdən hərbi hissənin Kütləvi Qırğın Silahlarından mühafizə bölüyünün aerozol maskalanma taqımının 3-cü aerozol maskalanma manqasında kimyaçı vəzifəsinə təyin edilmişdir. “Məhkəmə-Tibbi Ekspertizası”nın 07 sentyabr 2024-cü il tarixli, 489 №-li rəyindən görünür ki, əsgər Şəxs almış olduğu xəsarətin-bədənin müxtəlif nahiyələrinin yanıqla müşayiət olunan əzilmiş-cırılmış yaralarının yüksək hərarətin və bərk küt əşyaların təsirindən törənməyə xarakterik olduğu, odlu silah-partlayış travması nəticəsində, yəni qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə törənməsinin istisna edilmədiyi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olduğu göstərilmişdir. “Məhkəmə Ballistik Ekspertizası”nın 27 sentyabr 2024-cü il tarixli, 3/1484; 3/1491 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd predmetin fərdi atəş nöqtələrini, kiçik bölmələri kamuflyaj etmək, tüstü zonaları yaratmaq, həmçinin vertolyotun eniş yerlərini təmin etmək və onlar üçün küləyin istiqamətini və gücünü göstərmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı, partlayıcı maddə və qurğu hesab edilməyən “RDQ-2” markalı qara tüstü qumbarasının gövdəsinin parçalanmış hissələri olduğu, təqdim edilmiş hissələrin üzərində istehsal ilinə dair hər hansı yazı-işarə olmadığından tüstü qumbarasının istehsal ilini müəyyən etməyin mümkün olmadığı, həmçinin “RDQ-2” markalı tüstü qumbarası artıq istifadə olunduğundan onun hadisə baş verməmişdən əvvəl texniki cəhətdən sazlığını müəyyən etməyin mümkün olmadığı, xüsusi ədəbiyyatlarda göstərilən texniki məlumatlara əsasən “RDQ-2” markalı tüstü qumbarasının gövdəsinin karton materialdan slindirik formada hazırlanmaqla uzunluğunun-215 mm, diametrinin-50 mm olduğu, qumbaranın-gövdə, tüstülənən maddə, mərkəzi kağız boru, alovlanma qurğusu, iki karton diafraqma və iki qapaqdan ibarət olduğu, qumbaranı işə salmaq üçün hər iki başlıq hissəsində olan qapaqların açılmalı olduğu, bir başlıq hissəsində yerləşdirilmiş fitilin alışdırıldığı, alışan qumbaranın hər iki başlıq hissəsindən yüksək təzyiqlə qara tüstü xaric olunduğu, bu proses ərzində qumbara gövdəsində hər hansı partlayış baş vermədiyi, tədqiqata təqdim edilmiş Şəxs məxsus bir ədəd sarı rəngli qısaqol maykanın üzərində odlu silahdan açılan atəş nəticəsində güllənin, mərminin partlaması nəticəsində yaranmağa xarakterik zədə olmadığı, tədqiqata təqdim edilmiş Şəxs məxsus bir ədəd sarı rəngli qısaqol maykanın üzərində partlayıcı maddənin izlərinin (trotilin) və atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri, his izləri aşkar edildiyi göstərilmişdir. N №-li hərbi hissədən Naxçıvan Hərbi Prokurorluğuna ünvanlanmış xx.xx.2024-cü il tarixli, 454 №-li məktubdan görünür ki, 1 ədəd RDQ-2 markalı tüstü şaşkasının qiyməti 0,32 manat təşkil olmuş, iş üzrə həmin məbləğ əsgər Şəxs tərəfindən hərbi hissəyə ödənilmişdir. N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xidməti xasiyyətnamədə əsgər Şəxs müsbət xarakterizə olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş əsgər Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əsgər Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.2-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarının tədqiqi nəticəsində əsgər Şəxs dəyəri 0.32 manat olan hərbi əmlakı qəsdən məhv etməsi ilə müşayiət olunan əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 614.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcud olduğu müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 138-cı maddəsinə əsasən hərbi işi vicdanla öyrənmək, komandirlərin (rəislərin) ona öyrətdiklərini möhkəm və səylə yadda saxlamaq; öz xidməti vəzifələrini nümunəvi yerinə yetirmək; hərbi nizamnamələrin tələblərini möhkəm bilmək və vicdanla yerinə yetirmək; .....;öz silahını, döyüş texnikasını və digər texnikanı mükəmməl bilmək; həmişə saz, təmiz və döyüşə hazır saxlamaq; .......;dövlət əmlakını qorumaq, geyimini və ayaqqabısını ehtiyatla geymək, onları vaxtında və səliqə ilə təmir etmək, hər gün təmizləmək və göstərilən yerdə saxlamaq; ....əsgərin vəzifəsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.2-ci maddəsinə əsasən silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğular və ya hərbi texnika istisna olmaqla sair hərbi əmlakı qəsdən az miqdarda məhv etmə və ya zədələməyə görə-on beş gündən iki ayadək müddətə inzibati həbs tətbiq olunur. X5 Məcəlləsinin 614.2-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 614.2-ci maddəsində “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1 və 156.2-ci maddələrinin həmin Məcəllənin 30.2, 610-618-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 22 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, inzibati Xətalar Məcəlləsinin 43.1 və 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara görə hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1 və 156.2-ci maddələrinin həmin Məcəllənin 30.2, 610-618-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 22 dekabr 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, hərbi qulluqçulara münasibətdə inzibati tənbehin tətbiq edilməsi preventiv və mühafizə məqsədləri daşıyır. Preventiv məqsəd hərbi qulluqçular tərəfindən inzibati hüquq pozuntularının törədilməsinin qarşısının alınmasında, mühafizə məqsədi isə hərbi-hüquq münasibətlərinin subyektlərinin hüquq və azadlıqlarının təmin edilməsi, ictimai asayişin mühafizəsinin və müdafiəsinin, hərbi qulluqçuların hərbi xidmətkeçmə qaydalarının təmin olunmasında ifadə olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq əsgər Şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, iş üzrə zərərçəkmiş hüquqi şəxsə dəymiş maddi zərərin ödənilməsini iş üzrə onun məsuliyyətini yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə müddəalarına uyğun olaraq əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törətdilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların mövcudluğunu və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.2-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Həmçinin həmin məcəllənin 156.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət qulluqçusunun inzibati həbs müddəti hərbi xidmət müddətinə daxil edilmir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
1. Əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.
2. Qərar dərhal icra olunsun.
3. İnzibati həbsin əvvəli 14 oktyabr 2024-cü il tarixdən hesablansın.
4. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxına həvalə edilsin.
5. Əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxına təhvil verilməsi onun xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilsin.
6. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim Abil Orucəliyev