Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-107/2024 18.10.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri X3, Vəkil: XN, Zərər çəkmiş şəxsin səlahiyyətli nümayəndəsi: Baş leytenant Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Baş leytenant Şəxs iştirakları ilə xx xxxx 1997-ci ildə Tovuz rayonunun Bayramlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali hərbi təhsilli, 1 il ərzində inzibati xəta törətməmiş, Tovuz rayonunun Bayramlı kəndində qeydiyyatda olan, N №-li hərbi hissəsinin atəş dəstək bölüyünün snayper taqımının komandiri vəzifəsində xidmət etmiş, hazırda N №-li hərbi hissədə xidmət edən baş leytenant Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Naxçıvan Hərbi Prokurorluğunun 18 oktyabr N0N4-cü il tarixli, 3-3-N50/N- 038134/N0N4 №-li məktubu ilə baş leytenant Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 18 oktyabr N0N4-cü il tarixli, 3-3- N50/N-038130/N0N4 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, baş leytenant Şəxs N №-li hərbi hissənin atəş dəstək bölüyünün snayper taqımının komandiri vəzifəsində xidmət edərkən, snayper toplantısında iştirak etmək üçün xx.xx.N0N4-cü il tarixdə hərbi hissə komandirinin müvafiq əmri ilə tabelik münasibətlərində olan atəş dəstək bölüyünün snayper taqımının, 1-ci snayper manqasının baş snayperi vəzifəsində xidmət edən, MAHHXHQ əsgər Şahid1 ilə birlikdə N №-li hərbi hissəyə ezamiyyətə göndərilmiş, xx.xx.N0N4-cü il tarixdə “Snayper bölmələrinin azimutla hərəkəti və düşmən ön xəttindən sızma əməliyyatının icrası” məşğələsi zamanı gecə saat 00:15 radələrində Culfa rayonunun ərazisində yerləşən “Darıdağ” istiqamətində MAHHXHQ əsgər Şahid1 yorğun olduğunu və yeriməkdə çətinlik çəkdiyini görüb kömək etmək məqsədi ilə ondan 7,6N mm-lik SVD tüfəngini alaraq hərəkətə birlikdə davam etmiş, gecə saat 03 radələrində üzərindəki təchizatı yoxlayan zaman MAHHXHQ əsgər Şahid1 təhkim olunmuş 7,6N mm-lik SVD tüfənginin üzərinə baxdıqda tüfəngin komplekt hissəsi olan ******* №-li PSO-1 optik nişangahı itirdiyini bilmişdir. Bununla da, baş leytenant Şəxs xidməti istifadə üçün verilmiş silahın komplekt hissəsini itirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, baş leytenant Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs baş leytenant Şəxs izahatında göstərmişdir ki, snayper toplantısında iştirak etmək üçün xx.xx.N0N4-cü il tarixdə hərbi hissə komandirinin müvafiq əmri ilə N №-li hərbi hissəyə göndərilmiş, xx.xx.N0N4-cü il tarixdə gecə saat 00:15 radələrində Culfa rayonunun ərazisində yerləşən “Darıdağ” istiqamətində “Snayper bölmələrinin azimutla hərəkəti və düşmən ön xəttindən sızma əməliyyatının icrası” məşğələsi zamanı MAHHXHQ əsgər Şahid1 yorğun olduğunu və yeriyə bilmədiyini görüb kömək etmək məqsədi ilə ondan 7,6N mm-lik SVD tüfəngini alaraq hərəkətə davam etmiş, gecə saat 03 radələrində üzərindəki təchizatı yoxlayan zaman MAHHXHQ əsgər Şahid1 təhkim olunmuş 7,6N mm-lik SVD tüfənginin üzərinə taxılmış ******* №-li PSO-1 nişangahının olmadığını görmüş, geriyə qayıdaraq axtarsa da tapa bilməmiş, bu barədə səhər saat 07:15 radələrində N №-li hərbi hissənin qərargah rəisinə məlumat vermiş, xx.xx.N0N4-cü il tarixdə nişangah axtarış qrupu tərəfindən tapıldığını göstərmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin səlahiyyətli nümayəndəsi Nümayəndə izahatında baş leytenant Şəxs onunla eyni snayper taqımında xidmət edən MAHHXHQ əsgər Şahid1 ilə birlikdə xx.xx.N0N4-cü il tarixdə N nömrəli hərbi hissəyə ezam olunduqlarını, xx.xx.N0N4-cü il tarixdə gecə saatlarında Culfa rayonunun ərazisində yerləşən “Darıdağ” istiqamətində “Snayper bölmələrinin azimutla hərəkəti və düşmən ön xəttindən sızma əməliyyatının icrası” məşğələsi zamanı baş leytenant Şəxs MAHHXHQ əsgər Şahid1 təhkim olunmuş 7,6N mm-lik SVD tüfənginin PSO-1 optik nişangahını itirməsini N nömrəli hərbi hissənin qərargah rəisi mayor ŞahidN eşitdiyini, belə ki, xx.xx.N0N4-cü il tarixdə səhər saatlarında Şəxs optik nişangahı itirməsini N nömrəli hərbi hissənin qərargah rəisi mayor ŞahidN məlumat verdiyini, Şəxs optik nişangahı itirməsinə görə hərbi hissəyə maddi ziyan dəydiyini, xx.xx.N0N4-cü il tarixdə hərbi hissənin axtarış qrupu tərəfindən optik nişangahın tapıldığını və hərbi hissəyə dəymiş maddi ziyanın bərpa edildiyindən şikayətinin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş MAHHXHQ əsgər Şahid1 izahatında N №-li hərbi hissədə ezamiyyətdə olarkən xx.xx.N0N4-cü il tarixdə Culfa rayonunun Darıdağ” istiqamətində “Snayper bölmələrinin azimutla hərəkəti və düşmən ön xəttindən sızma əməliyyatının icrası” məşğələsi zamanı yorğun olduğu və yeriməkdə çətinlik çəkdiyi üçün ona kömək etmək məqsədi ilə 7,6N mm-lik SVD tüfəngini onun taqım komandiri baş leytenant Şəxs verərək arxasınca hərəkətə davam etdiyini, gecə saat 03 radələrində üzərindəki təchizatı yoxlayan zaman ona təhkim olunmuş 7,6N mm-lik SVD tüfənginin üzərinə taxılmış ******* №-li PSO-1 nişangahının olmadığını gördüyünü, baş leytenant Şəxsla geriyə qayıdaraq nişangahı axtarsalar da tapa bilmədiklərini, xx.xx.N0N4-cü il tarixdə nişangah axtarış qrupu tərəfindən tapıldığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş mayor ŞahidN izahatında xx.xx.N0N4-cü il tarixdə saat 07:30 radələrində taborun qərargah rəisi mayor X1 ona yaxınlaşaraq N №-li hərbi hissədə ezamiyyətdə olan atəş dəstək bölüyünün snayper taqımının komandiri baş leytenant Şəxs tərəfindən xx.xx.N0N4-cü il tarixdə, gecə saat 00:15 radələrində MAHHXHQ əsgər Şahid1 təhkim olunmuş snayper tüfənginin PSO-1 nişangahını itirdiyini bildirmiş, buna görə aidiyyəti üzrə hərbi hissə komandirinə raportla müraciət etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin səlahiyyətli nümayəndəsinin, şahidlərin izahatları ilə yanaşı, müvafiq ekspert rəyini, o cümlədən inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. İş materialına əlavə edilmiş məhkəmə ballistik ekspertizasının rəyində bir ədəd nişangah zavod üsulu ilə istehsal edilmiş 850N88 №-li “PSO-1” markalı “CBD”, “CBY”, “OCB- 96”, “TKB-0145K” markalı snayper tüfənglərin kiçik ölçülü və az müddətə görünən müxtəlif hədəflərə dəqiq tuşlaması üçün nəzərdə tutulmuş komplekt hissəsidir- optik nişangahıdır. İş materialına əlavə edilmiş N №-li hərbi hissə komandirinin N sentyabr N0N3-cü il tarixli 136 №-li əmri ilə baş leytenant Şəxs N №-li hərbi hissənin Atəş dəstək bölüyünün snayper taqımının komandiri, MAHHXHQ əsgər Şahid1 isə N №-li hərbi hissə komandirinin N3 yanvar N0N1-ci il tarixli N №-li əmri ilə N №-li hərbi hissənin Atəş dəstək bölüyünün snayper taqımının 1-ci snayper manqasının baş snayperi vəzifələrinə təyin edilmişlər. İş materialına əlavə edilmiş N №-li hərbi hissə komandirinin N avqust N0N4-cü il tarixli NN6 №-li əmrinə əsasən, baş leytenant Şəxs və MAHHXHQ əsgər Şahid1 1N gün müddətinə, 30 avqust N0N4-cü il tarixədək N nömrəli hərbi hissəyə ezamiyyətə göndərildiyi göstərilmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissənin raket artileriya silahları xidmətinin rəisinin köməkçisinin vermiş olduğu arayışa əsasən 7,6N mm-lik SVD silahının ******* nömrəli PSO-1 nişangahı hərbi əmlak sayıldığı göstərilmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, N №-li hərbi hissədə xidmət edən baş leytenant Şəxs Hərbi qulluqçulara xidməti istifadə üçün verilmiş silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın və ya sair hərbi əmlakın saxlanması qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsinə əsasən Hərbi qulluqçulara xidməti istifadə üçün verilmiş silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın və ya sair hərbi əmlakın saxlanması qaydalarını pozmaqla itirilməsi - on gündən bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1 və 156.N-ci maddələrinin həmin Məcəllənin 30.N, 610-618-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” NN dekabr N0N1-ci il tarixli qərarında qeyd olunmuşdur ki, hərbi qulluqçulara münasibətdə inzibati tənbehin tətbiq edilməsi preventiv və mühafizə məqsədləri daşıyır. Preventiv məqsəd hərbi qulluqçular tərəfindən inzibati hüquq pozuntularının törədilməsinin qarşısının alınmasında, mühafizə məqsədi isə hərbi-hüquq münasibətlərinin subyektlərinin hüquq və azadlıqlarının təmin edilməsi, ictimai asayişin mühafizəsinin və müdafiəsinin, hərbi qulluqçuların hərbi xidmətkeçmə qaydalarının təmin olunmasında ifadə olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən isə inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.N.N-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.N-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3N-ci maddəsinin müddəalarına müvafiq olaraq baş leytenant Şəxs əməlindən səmimi peşman olmasını, vurulmuş ziyanı tamamilə ödəməsini, həmçinin itirilmiş hərbi sursatın tapılmasını, zərərçəkmiş şəxsin səlahiyyətli nümayəndəsinin ona qarşı şikayət və tələbinin olmamasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə müddəalarına uyğun olaraq baş leytenant Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, baş leytenant Şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin səlahiyyətli nümayəndəsinin ondan şikayət və tələbinin olmamasını, eləcə də iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, baş leytenant Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilərək, ona nəzərən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməməli, o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, baş leytenant Şəxs törətdiyi əmələ görə intizam məsuliyyətinə cəlb olunması üçün iş üzrə toplanmış materiallar xidmət etdiyi N №-li hərbi hissənin komandanlığına göndərilməlidir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Qərar qüvvəyə mindikdən sonra iş üzrə məhkəmə -ballistik ekspertizasının dəyəri olan 60 manat baş leytenant Şəxs alinaraq X6 MR idarəsinin AZ88NABZ********************, VOEN ********** №-li hesaba ödənilməlidir. İş üzrə maddi sübut yoxdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 40, 43, 48, 114-115, 117, 1N8-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. N. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh tətbiq edilməsin, onun intizam qaydasında cəzalandırılması xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına həvalə edilsin.
3. İnzibati xəta haqqında iş üzrə toplanmış materiallar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilsin.
4. Qərar qüvvəyə mindikdən sonra iş üzrə məhkəmə -ballistik ekspertizasının dəyəri olan 60 manat baş leytenant Şəxs alinaraq X6 MR idarəsinin AZ88NABZ********************, VOEN ********** №-li hesaba ödənilsin.
5. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim İlham İbrahimov