Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-108/2024 18.10.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorunun böyük köməkçisi, ədliyyə mayoru X3, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili, X1 iştirakları ilə xx xxxxxx 2006-cı il tarixdə Şərur rayonunun Cəlilkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ümumi orta təhsilli, deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, yaşayış yeri üzrə Şərur rayonunun Cəlilkənd kəndində qeydiyyatda olan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin 4-cü taborunun 13-cü bölüyünün 1-ci taqımının 3-cü manqasında atıcı qumbaraatan vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən (hərbi bilet SX № 0798569) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Naxçıvan Hərbi Prokurorluğunun 18 oktyabr N4-cü il tarixli, 3-3-250/2-038159/N4 nömrəli məktubu ilə əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 18 oktyabr N4-cü il tarixli, 3-3-250/2- 038160/N4 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 18 oktyabr N4-cü il tarixli, 3-3-250/2-038160/N4 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, əsgər Nadirov X2 Nazirliyinin N nömrəli hərbi hissənin 4-cü taborunun 13-cü bölüyünün 1-ci taqımının 3-cü manqasında atıcı qumbaraatan vəzifəsində xidmət edərkən 01 oktyabr N4-cü il tarixdə, saat 21:50 radələrində taborun əsgər yataqxanasının sanitar qovşağına gedərək orada əl-üzünü yumağa başlamış, həmin vaxt taborun tank əleyhinə taqımında tuşlayıcı vəzifəsində xidmət edən, onunla aralarında tabelik münasibətləri olmayan əsgər Zərərçəkmiş şəxs da oraya gələrək əl-üzünü yumağa başlamış, həmin vaxt Zərərçəkmiş şəxs zarafat etmək məqsədi ilə əsgər Şəxs sifətinə su səpmiş, əsgər Şəxs da cavab olaraq eyni qaydada onun üzərinə su səpmişdir. Bundan sonra, əsgər Zərərçəkmiş şəxs yenidən Şəxs üzərinə su səpdikdə sonuncu əsəbiləşərək Zərərçəkmiş şəxs üzərinə gedib Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birlərinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozaraq sağ əli ilə onun boyun nahiyəsindən tutub özünə tərəf dartıb ona zor tətbiq etməklə qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Faktla toplanmış N №-li hissə komandanlığı tərəfindən aparılmış xidməti araşdırma materialları Naxçıvan Hərbi Prokurorluğunda öyrənilərkən əsgər Şəxs əməllərində inzibati xəta əlamətləri olduğundan onun barəsində 18 oktyabr N4-cü il tarixdə Naxçıvan Hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Aqil Axundov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs verdiyi izahatında göstərmişdir ki, o, 01 oktyabr N4-cü il tarixdə, saat 21:50 radələrində şəxsi gigiyena vaxtı sanitar qovşaqda əl-üz yuma yerinə getmiş, orada əlüzünü yuyarkən onunla eyni taborda xidmət edən əsgər Zərərçəkmiş şəxs də oraya gəlmiş, o, əlini yuyub sonra onun üzünə su səpmiş, onun həmin hərəkətinə görə eyni ilə özü də, əsgər Zərərçəkmiş şəxs üzünə su səpmişdir. Bundan sonra əsgər Zərərçəkmiş şəxs yenidən onun üzünə su səpməsinə əsəbiləşib onun üzərinə getmiş, sağ əli ilə Zərərçəkmiş şəxs boğazının ardından tutub özünə tərəf dartmış, Zərərçəkmiş şəxs də onun boğazından və belindən yapışıb özünə tərəf sıxdığından dartışmağa başlamışlar. Həmin vaxt əsgər Zərərçəkmiş şəxs onun başını qolu ilə sinəsinə sıxmış, hərəkət etdikcə onun sol almacıq nahiyəsi Zərərçəkmiş şəxs kitelinə sürtülmüş və sıyrılaraq xəsarət almışdır. Həmçinin əsgər Şəxs izahatında əsgər yoldaşına qarşı etdiyi əməlindən peşman olduğunu, hadisədən sonra onların bir-birindən qarşılıqlı şəkildə üzr istəyərək barışdıqlarını, zərərçəkmiş şəxsin onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, 01 oktyabr N4-cü il tarixdə, saat 21:50 radələrində şəxsi gigiyena vaxtı sanitar qovşaqda əl-üz yuma yerinə getmiş, orada əl-üzünü yuyarkən zarafat etmək məqsədi ilə onunla eyni taborda xidmət edən əsgər Şəxs üzünə su səpmiş, onun həmin hərəkətinə görə eyni ilə Şəxs da onun üzünə su səpmişdir. Bundan sonra yenidən Şəxs üzünə su səpdikdə o, həmin hərəkəti etməməsini demiş, lakin buna məhəl qoymayıb onun üzünə su səpdikdə Şəxs əsəbiləşib onun üzərinə gəlib boğazının arxasından yapışıb özünə dartmış, həmin hərəkətin qarşılığında o, da Şəxs boğazından və belindən tutub özünə dartaraq orada dartışmağa başlamışlar. Sanitar qovşaqda olan əsgərlər Şahid və Bilal Musayev onları aralaşdırmışlar. Həmçinin əsgər Zərərçəkmiş şəxs izahatında əsgər yoldaşına qarşı etdiyi əməlindən peşman olduğunu, hadisədən sonra onların bir-birindən qarşılıqlı şəkildə üzr istəyərək barışdıqlarını, özünün Şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. N nömrəli hərbi hissədə xidmət edən şahid-əsgər Şahid məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada müvafiq hərbi hissə komandiri vasitəsilə məlumat verilməsinə baxmayaraq, onun məhkəmə iclasında iştirakı N №-li hərbi hissə komandanlığı tərəfindən təmin edilməmiş və bu barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, şahid əsgər Şahid izahatının ittihamın həll edilməsində oynadığı rolu, yəni ittihamın yalnız və yaxud həlledici şəkildə məhkəmədə dindirilməyən Şahid ibtidai araşdırma zamanı verdiyi izahatına əsaslanmadığını nəzərə alaraq, onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini və onun izahatının elan edilməsini, o cümlədən qərarın əsaslandırılması zamanı onun izahatına istinad olunmasını müvafiq olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.3, 112.1.4 və 115-ci maddələrinə əsasən mümkün hesab etmişdir. Məhkəmə icasında izahatı elan olunaraq tədqiq olunmuş Şahid ibtidai araşdırma zamanı verdiyi izahatında göstərmişdir ki, o, 01 oktyabr N4-cü il tarixdə, saat 21:50 radələrində şəxsi gigiyena vaxtı N nömrəli hərbi hissənin 4-cü taborunun yataqxanasının sanitar qovşağında əl-üz yuma yerinə gedib yuyunmağa başlamış, həmin vaxt əsgər Şəxs və Zərərçəkmiş şəxs də orada olmuş, bundan sonra əsgər Zərərçəkmiş şəxslə Şəxs biribirilərinin üzərinə su atmışlar. Onların arasında nəsə baş vermiş, anidən Zərərçəkmiş şəxslə Şəxs bir-birilərinin boynundan tutub dartışmışlar. Həmin vaxt onlar bir-birilərini yerə yıxmağa çalışmışlar. Zərərçəkmiş şəxslə Şəxs bir-birilərindən möhkəm yapışdığına görə onları güclə ayırmış, onları ayırdıqda hər ikisinin üzü qızarmış vəziyyətdə olmuş, sonra Şəxsla Zərərçəkmiş şəxs sanitar qovşaqdan çıxıb getmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə yanaşı, iş üzrə ibtidai araşdırma dövründə dindirilmiş şahidin izahatını, müvafiq ekspert rəyini, o cümlədən inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: N №-li hərbi hissə komandirinin N iyun N4-cü il tarixli, 183 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Şəxs N №-li hərbi hissənin 4-cü motoatıcı taborun 1-cü bölüyünün 1-ci taqımının 3-cü manqasında atıcı-qumbaraatan vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin N sentyabr N3-cü il tarixli, 262 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs N №-li hərbi hissənin 4-cü motoatıcı taborunun tank əleyhinə taqımının 3-cü qumbaraatan manqasının tuşlayıcısı vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xx.xx.N4-cü il tarixli, 1313 №-li arayışdan görünür ki, əsgər Şəxs ilə əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətləri olmamışdır. N №li hərbi hissə komandanlığı tərəfindən təqdim olunan xx.xx.N4-cü il tarixli xidməti xasiyyətnamələrdə əsgər Şəxs mənfi, əsgər Zərərçəkmiş şəxs isə müsbət xarakterizə edilmişdir. X4 “Məhkəmə-Tibbi Ekspertizası”nın xx.xx.N4-cü il tarixli, 548 №-li ekspert rəyindən belə müəyyən olunur ki, əsgər Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsindən keçirilmiş, ekspert rəyində onun bədən səthində xx.xx.N4-cü il tarixdə törənməyə uyğun gələn hər hansı xəsarət və xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş əsgər Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əsgər Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarının tədqiqi nəticəsində əsgər Şəxs onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməsi ilə müşayiət olunan əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcud olduğu müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə «Siz» deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməyə görə- on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1 və 156.2-ci maddələrinin həmin Məcəllənin 30.2, 610-618-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 22 dekabr N1-ci il tarixli qərarında qeyd olunmuşdur ki, hərbi qulluqçulara münasibətdə inzibati tənbehin tətbiq edilməsi preventiv və mühafizə məqsədləri daşıyır. Preventiv məqsəd hərbi qulluqçular tərəfindən inzibati hüquq pozuntularının törədilməsinin qarşısının alınmasında, mühafizə məqsədi isə hərbi-hüquq münasibətlərinin subyektlərinin hüquq və azadlıqlarının təmin edilməsi, ictimai asayişin mühafizəsinin və müdafiəsinin, hərbi qulluqçuların hərbi xidmətkeçmə qaydalarının təmin olunmasında ifadə olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən isə inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq əsgər Şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək, onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinin müddəalarına uyğun olaraq əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əsgər Şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, eləcə də iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilərək, ona nəzərən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməməli, o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, əsgər Şəxs törətdiyi əmələ görə intizam məsuliyyətinə cəlb olunması üçün iş üzrə toplanmış materiallar xidmət etdiyi N №-li hərbi hissənin komandanlığına göndərilməlidir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. İş üzrə maddi sübut yoxdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin.
2. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh tətbiq edilməsin, onun intizam qaydasında cəzalandırılması xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına həvalə edilsin.
3. İnzibati xəta haqqında iş üzrə toplanmış materiallar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilsin.
4. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim İlham İbrahimov