Məhkəmə qərarları › İş №3-1(092)-110/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-110/2024

23.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-110/2024 23.10.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Həsənli Elvina Yenibar qızının katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorunun köməkçisi, ədliyyə baş leytenantı XN, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxx N006-cı ildə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyatda olan, Müdafiə Nazirliyinin N №-li hərbi hissənin N-ci taborunun, 4-cü bölüyünün, N-ci taqımının, 1-ci manqasında qumbaraatan vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən (hərbi bilet SX № 08N8N30) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Naxçıvan Hərbi Prokurorluğunun N3 oktyabr N0N4-cü il tarixli, 3-3-N50/N- 038661/N0N4 №-li məktubu ilə əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair N3 oktyabr N0N4-cü il tarixli, 3- 3-N50/N-038657/N0N4 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan N3 oktyabr N0N4-cü il tarixli, 3-3-N50/N-038657/N0N4 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, əsgər Şəxs Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin N-ci taborunun, 6-cı təlim bölüyündə qumbaraatan vəzifəsində xidmət edərkən N8 sentyabr N0N4-cü il tarixdə, saat NN:55 radələrində yat komandasından sonra əsgər Zərərçəkmiş şəxs çarpayısına yaxınlaşıb özünə məxsus çaxmaqla sonuncunun saçının tükünü yandırmış, Zərərçəkmiş şəxs yuxudan oyanıb saçının kimin yandırmasını soruşması səbəbindən aralarında yaranmış mübahisə zəminində qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozaraq, sağ əli ilə Zərərçəkmiş şəxs boğaz nahiyəsindən tutub sıxaraq arxaya doğru itələməklə ona zor tətbiq etmişdir. Faktla bağlı əsgər Şəxs əməllərində inzibati xəta əlamətləri olduğundan onun barəsində N3 oktyabr N0N4-cü il tarixdə Naxçıvan Hərbi prokuroru, ədliyyə polkovnikleytenantı Aqil Axundov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs barəsində elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, o, Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin N-ci taborunun, 6cı təlim bölüyündə qumbaraatan vəzifəsində xidmət edərkən xx.xx.N0N4-cü il tarixdə, yat komandasından sonra yataqxana işçisi təyin edilmiş, yataqxana işçisi kimi yataqxananı səliqə-səhmana salmalı olmuş, xx.xx.N0N4-cü il tarixdə, saat NN:55 radələrində əsgər Zərərçəkmiş şəxs öz çarpayısında yatmış, Zərərçəkmiş şəxs çarpayısına yaxınlaşıb özünə məxsus çaxmaqla onun saçının tükünü yandırmış, bu vaxt Zərərçəkmiş şəxs yuxudan oyanmış və saçının yandığını hiss etmiş, o yerindən qalxaraq “saçımı kim yandırıb” deyə soruşmuş, Zərərçəkmiş şəxs “saçımı kim yandırıb desin yoxsa söyüş söyəcəm” demiş, həmin vaxt o, Zərərçəkmiş şəxs “mənə söyüş söyənin qeyrətini belə-belə edim” demiş, Zərərçəkmiş şəxs isə “mənə söyüş söyənin var-yoxunu belə belə edim” demişdir. Bundan sonra o, sağ əli ilə Zərərçəkmiş şəxs boğaz nahiyəsindən tutub sıxaraq arxaya doğru itələmiş, Zərərçəkmiş şəxs gedib məruzə edəcəyini bildirib yataqxananın çıxış qapısına tərəf getmiş, həmin zaman Zərərçəkmiş şəxs “məruzə etmə lazım deyil, gəl barışaq” demiş, sonuncu isə buna məhəl qoymayıb getmiş, Zərərçəkmiş şəxs yataqxanadan çıxmamış leytenant Rəhim Hüseynov gəlib onları görmüş və nə baş verdiyini soruşmuş, bundan sonra onları tabor növbətçisinin yanına aparmışdır. Həmçinin əsgər Şəxs izahatında əsgər yoldaşına qarşı etdiyi əməlindən peşman olduğunu, hadisədən sonra ondan üzr istəyərək barışdığını, zərərçəkmiş şəxsin onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində xidmət edərkən xx.xx.N0N4-cü il tarixdə yat komandasından sonra öz çarpayısında uzanaraq yuxuya getmiş, xx.xx.N0N4-cü il tarixdə, saat NN:55 radələrində saçının yandığını hiss edib yuxudan oyanmış və saç tükünün yanması qoxusunu hiss etmiş, həmin vaxt yataqxana işçisi əsgər Şəxs yaxınlıqda olmuş, saçının kimin yandırdığını soruşmuş, lakin heç kəs cavab verməmiş, növbəti dəfə isə “saçımı kim yandırıb desin yoxsa söyüş söyəcəm” demiş, əsgər Şəxs “mənə söyüş söyənin qeyrətini belə-belə edim” demiş, cavabında “mənim qeyrətimi söyənin var-yoxunu belə-belə edim” demiş, bundan sonra Şəxs sağ əli ilə onun boğazından tutaraq itələmiş, bu barədə məruzə etmək üçün yataqxananın çıxışına tərəf getmiş, həmin vaxt leytenant Rəhim Hüseynov yataqxanaya daxil olaraq onları görmüş, daha sonra ikisinidə tabor növbətçisinin yanına aparmışdır. Daha sonra olanlar barədə məruzə etmişdir. Həmçinin əsgər Zərərçəkmiş şəxs izahatında əsgər yoldaşı Şəxs hadisədən sonra ondan üzr istədiyini və onların barışdıqlarını bildirərək, əsgər Şəxs barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş əsgər Şahid oxşar məzmunlu izahat verərək, məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs və zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs izahatlarında göstərilənləri təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə yanaşı, iş üzrə dindirilmiş şahidin izahatını, müvafiq ekspert rəyini, o cümlədən inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: N №-li hərbi hissə komandirinin xx.xx.N0N4-cü il tarixli, N06 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, müddətli həqiqi hərbi xidmət keçmək üçün SHXÇDX-nin müvafiq qurumundan gəldiyinə görə Şəxs “əsgər” hərbi rütbəsi verilməklə, o həmin tarixdən N №-li hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmaqla, hərbi hissənin 3-cü təlim taborunun 8-ci təlim bölüyünün N-ci taqımının 1-ci manqasında xidmətə başlamışdır. N №-li hərbi hissə komandirinin N avqust N0N4-cü il tarixli, 168 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, müddətli həqiqi hərbi xidmət keçmək üçün SHXÇDX-nin müvafiq qurumundan gəldiyinə görə Zərərçəkmiş şəxs “əsgər” hərbi rütbəsi verilməklə, o həmin tarixdən N №-li hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmaqla, hərbi hissənin 3-cü təlim taborunun 8-ci təlim bölüyünün 3-cü taqımının 3-cü manqasında xidmətə başlamışdır. N №-li hərbi hissə komandirinin N avqust N0N4-cü il tarixli, 168 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs hərbi hissəsinin N-ci təlim taborunun, 6-cı təlim bölüyünün 3-cü taqımın 3-cü manqasında Artileriya SPQ-9 heyət nəfəri vəzifəsində, əsgər Şəxs isə N-ci təlim taborunun, 6-cı təlim bölüyünün N-ci taqımın N-ci manqasında qumbaraatan vəzifəsində ixtisas hazırlığı kursuna çəlb edilmişlər. N №-li hərbi hissə komandirinin xx.xx.N0N4-cü il tarixli, N84 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Şəxs həmin tarixdən N №-li hərbi hissənin N-ci motoatıcı taborununun 4-cü bölüyünün N-ci taqımının 1-ci manqasının qumbaraatanı vəzifəsinə təyin edilmişdir. N16 №-li hərbi hissə komandirinin xx.xx.N0N4-cü il tarixli, N87 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs həmin tarixdən N16 №-li hərbi hissənin tank əleyhinə bölüyünün 3-cü tank əleyhinə taqımının 1-ci manqasının heyət nəfəri vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xx.xx.N0N4-cü il tarixli, 13N №-li arayışdan görünür ki, əsgər Şəxs ilə Zərərçəkmiş şəxs arasında tabelik münasibətləri olmamışdır. X3 “Məhkəmə-Tibbi Ekspertizası”nın xx.xx.N0N4-cü il tarixli, 536 №-li ekspert müayinə aktından belə müəyyən olunur ki, əsgər Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsindən keçirilmiş, ekspert müayinə aktında onun almış olduğu xəsarətlərdən-sol gicgah nahiyəsinin tüklərinin ütülməsi – yüksək hərarətin yerli təsirindən, boyunun ön və sol yan səthinin qançırları – bərk küt əşyanın təsirindən törənməyə xarakterikdirlər, şəxsin məhkəmə-tibbi müayinəsi zamanı göstərdiyi tarixdə və şəraitlərdə törənmələri istisna olunmur, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin olunmur. N №li hərbi hissə komandanlığı tərəfindən təqdim olunan xx.xx.N0N4-cü il tarixli xidməti xasiyyətnamədə əsgər Şəxs mənfi xarakterizə edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş əsgər Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əsgər Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarının tədqiqi nəticəsində əsgər Şəxs onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməsi ilə müşayiət olunan əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcud olduğu müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə «Siz» deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməyə görə- on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1N-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1 və 156.N-ci maddələrinin həmin Məcəllənin 30.N, 610-618-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” NN dekabr N0N1-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, inzibati Xətalar Məcəlləsinin 43.1 və 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara görə hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1 və 156.N-ci maddələrinin həmin Məcəllənin 30.N, 610-618-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” NN dekabr N0N1-ci il tarixli qərarında qeyd olunmuşdur ki, hərbi qulluqçulara münasibətdə inzibati tənbehin tətbiq edilməsi preventiv və mühafizə məqsədləri daşıyır. Preventiv məqsəd hərbi qulluqçular tərəfindən inzibati hüquq pozuntularının törədilməsinin qarşısının alınmasında, mühafizə məqsədi isə hərbi-hüquq münasibətlərinin subyektlərinin hüquq və azadlıqlarının təmin edilməsi, ictimai asayişin mühafizəsinin və müdafiəsinin, hərbi qulluqçuların hərbi xidmətkeçmə qaydalarının təmin olunmasında ifadə olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.N-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3N-ci maddəsinin müddəalarına müvafiq olaraq əsgər Şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə müddəalarına uyğun olaraq əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların mövcudluğunu və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.N-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Həmçinin həmin məcəllənin 156.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun inzibati həbs müddəti hərbi xidmət müddətinə daxil edilmir. Azərbaycan Respublikası Müdafiə nazirinin NN fevral N0N3-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 1N8-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərar dərhal icra olunsun.

3. İnzibati həbsin əvvəli N3 oktyabr N0N4-cü il tarixdən hesablansın.

4. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxına həvalə edilsin.

5. Əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxına təhvil verilməsi onun xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilsin.

6. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar