Məhkəmə qərarları › İş №3-1(092)-110/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-110/2025

23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-110/2025 23.09.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Axundova Nərmin Fərəməz qızının katibliyi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili, Vəkil iştirakları ilə xx xxxxxx 1999-cu il tarixdə Şərur rayonu Danyeri kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmayan, Şərur rayonu Danyeri kəndində qeydiyyatda olmaqla yaşayan, N №-li hərbi hissənin manqa komandiri vəzifəsində xidmət edən MAHHXHQ Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Şərur rayon Polis İdarəsinin İbadulla polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 13 avqust 2025-ci il tarixdə Şərur rayon sakini vətəndaş Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, əsgər Şəxs izahatında, 13 avqust 2025-ci il tarixdə saat 11 radələrində Şərur şəhərində parkın qabağında özümə məxsus “Hundai” markalı avtomobili ilə hərəkət edərkən əks istiqamətdən gələn qara rəngdə olana “Mercedec” markalı avtomobilin sürücüsü saxlatmış, onun ünvanına nalayiq ifadələr işlətmiş, ona əli ilə “gəl gedək səninlə kənarda söhbət edək” deyə işarə vermiş, Şərur şəhərindən uzaqlaşaraq Tənənəm kənd ərazisində yerləşən Cinlər dərəsində mübahisə etmiş, həmin şəxs onun üzərinə yerimiş, o da qarşılıq olaraq onun sifət nahiyəsindən iki yumruq zərbəsi vurmuş, ona qarşı zor tətbiq etmişdir. Törətdiyi əməldən peşman olduğunu göstərdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında Şəxs onun həyat yoldaşını bir neçə dəfə mobil telefonla zəng edərək narahat etmiş, o da Şəxs barəsində Şərur rayon Polis Bölməsinə şikayət vermiş, daha sonra şikayətini geri götürmüş, bir müddət keçdikdən sonra yenidən həmin şəxsi Şərur rayon ərazisində yaşadığı evin və yoldaşının iş yerinin ətrafında görmüş, daha sonra onu yolda hərəkət edərkən görmüş, onunla danışmaq istədiyini söyləmiş, Şərur rayonundan uzaqlaşıb Tənənəm kənd ərazisində yerləşən Cinlər dərəsində hər ikisidə avtomobilində düşmüş, Şəxs avtomobildən düşən kimi onun sifət nahiyəsindən iki yumruq zərbəsi vurmuş, bu hadisədən əvvəl də Şəxs onun barəsində DİN-in 102 xidmətinə zəng edərək yalan şikayətlər vermişdir. İş materialına əlavə edilmiş məhkəmə tibb ekspertizasının 28 avqust 2025-ci il tarixli 454 nömrəli rəyində bildirilir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsindən keçirilmiş, bədən səthi üzərində aşkar edilmiş xəsarət sağ alın nahiyəsində qançır küt mexanizimdə bərk küt əşyanın təsirindən törənmişdir. Sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin olunmadığı göstərilmişdir. Bu fakt, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs izahatları, məhkəmə tibb ekspert rəyi və materiala əlavə edilən digər sənədlərlə təsdiq olunur. Beləliklə, əsgər Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də inzibati xəta törətmiş şəxs Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsinin surətindən görünür ki, Şəxs sifət nahiyəsindən yumruq zərbəsi vurması barədə Şərur rayon Polis İdarəsinə şikayət vermişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətməsini iş üzrə yüngülləşdirici hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.8-ci maddəsinin tələbinə əsasən qanunla müəyyən edilmiş hallar istisna olmaqla, inzibati cərimə Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərarın icrası Şərur rayon İcra Pobasiya şöbəsinə həvalə edilsin.

3. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.8-ci maddəsinin tələbinə əsasən inzibati cərimə Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin.

4. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar