Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-116/2024 14.11.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə mayoru X1, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakları ilə xx xxx 2005-ci il tarixdə Tovuz rayonunun Düz Cırdaxan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, tam orta təhsilli, deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, xx xxx 2005-ci il tarixdə Tovuz rayonunun Düz Cırdaxan kəndində qeydiyyatda olan, N nömrəli hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün 1-ci taqımının 2-ci manqasında qumbaraatan vəzifəsində xidmət edən əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Naxçıvan Hərbi Prokurorluğunun 14 noyabr 2024-cü il tarixli, 3-3-250/2-041021/2024 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 14 noyabr 2024-cü il tarixli, 98 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 14 noyabr 2024-cü il tarixli, 98 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, əsgər Şəxs (SX № ******* hərbi bilet) N nömrəli hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün 1-ci taqımının 2-ci manqasında qumbaraatan vəzifəsində, Babək rayonunun Aşağı Buzqov kəndi istiqamətində yerləşən şərti olaraq “Karyer 3” adlanan mövqeyində xidmətdə olarkən 15 oktyabr 2024-cü il tarixdə, saat 18 radələrində su götürmək üçün mövqenin odun anbarına getmiş, həmin vaxt mövqeyə səngərləri bərkitmə işlərinə cəlb edilmiş, hərbi hissənin 3-cü taborunun 9-cu bölüyünün 1-ci taqımının 3-cü manqasında tuşlayıcı vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxs hərbi səhra gödəkcəsini anbarda görüb ciblərini axtarmış, əsgər Zərərçəkmiş şəxs aid 22 manat pulu onun cibindən gizli yolla götürərək özgənin əmlakını oğurlamaqla talamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs izahatında 2024-cü ilin oktyabr ayının 15-də 2-ci növbə döyüş növbəsindən çıxıb yataqxanaya gəldiyini, silah sursatını təhvil verdikdən sonra saat 18 radələrində su götürmək üçün odun damına getdiyini, orada taxtanın üzərində iki ədəd səhra gödəkcəsi olduğunu gördüyünü, həmin gödəkcələrin 9-cu bölüyün əsgərlərinə aid olduğunu bildiyini, gödəkcənin ciblərini yoxladıqda üst ön cibində olan dəftərçəni götürdüyünü, içinə baxdıqda 22 manat pul görüb götürdüyünü, bu barədə kiməsə heç nə demədiyini, 22 manat pulu Şahid verib ona Yuxarı Buzqovda yerləşən kənd mağazasından su və siqaret alıb gətirtdirməsini dediyini, Şahid həmin pula 3 qutu “Keno” markalı siqaret, 2 ədəd yandıran və 1 ədəd “Bizon” markalı enerji içkisi alıb mövqeyə gətirtdirib ona verdiyini, oğurladığı pulun sonradan əsgər Zərərçəkmiş şəxs aid olduğunu bildiyini, həmin pulu ona qaytarmadığını, ona vurduğu ziyanı ödəmədiyini, etdiyi hərəkətdən peşman olduğunu göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs izahatında N nömrəli hərbi hissənin 3-cü taborunun 9-cu bölüyünün 1-ci taqım 3-cü manqasında xidmət edərkən 2024-cü ilin oktyabr ayında hərbi hissə komandirinin müvafiq əmri ilə “Karyer 3” mövqeyinə səngər bərkitmə işlərinə cəlb edildiyini, orada işləyərkən səhra gödəkcəsini mövqenin odun damına qoyduğunu, gödəkçəsinin cibində cib dəftərçəsinin içində 22 manat pulu olduğunu, həmin gün işləri bitirib hərbi hissəyə qayıtdıqda gödəkçəsini mövqenin odun damında unutduğunu, bir neçə gün sonra onun gödəkcəsi özünə verildiyini, cibinə baxdıqda 22 manat pulunun gödəkcənin cibində olan dəftərçənin içində olmadığını gördüyünü, sonradan həmin pulu “Karyer 3” mövqeyində xidmət edən əsgər Şəxs oğurladığını bildiyini, Şəxs şikayət və tələbi olmasada, o, oğurladığı pulu geri qaytarmadığını, ona vurulan ziyan ödənmədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş əsgər Şahid izahatında “Karyer 3” mövqeyində xidmət etdiyini, 15 oktyabr 2024-cü ildə axşam saatlarında mövqenin bir neçə əsgəri ilə Aşağı Buzqov kəndinin mağazasından özlərinə şirniyyat və siqaret almaq üçün aralarında pul topladıqlarını, həmin vaxt Şəxs 22 manat pulu ona verib həmin pula ona siqaret, saçaqlı pendir, enerji içkisi və alışqan almasını dediyini, Şəxs pulunu alıb onun dediyi ərzaqları aldığını, ertəsi gün Şəxs ona həmin pulu odun damında olan kitelin cibindən oğurlamasını dediyini və bu barədə heç kimə deməməyi tapşırdığını, bundan sonra bu barədə post böyüyünə məruzə etdiyini göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidin izahatları ilə yanaşı, iş üzrə istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən inzibati xəta haqqında işin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. İş materiallarından aydın olur ki, N nömrəli hərbi hissə komandirinin müvafiq əmrlərindən edilmiş çıxarışlarından görünür ki, əsgər Şəxs hərbi hissənin 1-ci motoatıcı taborunun 1-ci bölüyünün, 1-ci taqım 2-ci manqasının qumbaraatanı vəzifəsində, əsgər Zərərçəkmiş şəxs isə 3-cü motoatıcı taborun 9-cu bölüyünün 1-ci taqımının 3-cü manqasında tuşlayıcı vəzifəsində xidmət edir. İş materiallarından aydın olur ki, N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdə əsgər Şəxs mənfi, əsgər Zərərçəkmiş şəxs isə müsbət xarakterizə edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş əsgər Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əsgər Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarının tədqiqi nəticəsində belə müəyyən olunur ki, əsgər Şəxs 15 oktyabr 2024-cü il tarixdə, saat 18 radələrində su götürmək üçün mövqenin odun anbarına getmiş, hərbi hissənin 3-taborunun 9-cu bölüyünün 1-ci taqımının 3-cü manqasında tuşlayıcı vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxs hərbi səhra gödəkcəsini anbarda görüb ciblərini axtarmış, əsgər Zərərçəkmiş şəxs aid 22 manat pulu onun cibindən gizli yolla götürərək özgənin əmlakını oğurlamaqla talaması ilə müşayiət olunan əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud olmuşdur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq iş materiallarından və ibtidai istintaq zamanı tərəflərin vermiş olduğu izahatlarından məlum olur ki, əsgər Şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinin müddəalarına uyğun olaraq əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsində göstərilmişdir ki, intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, X2 Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. X2 Məcəlləsinin Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilmədiyi göstərilmişdir. Göstərilənlər bir başa qanunun tələbidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən qeyd olunan Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən isə inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əsgər Şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, eləcə də iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını, X2 Məcəlləsinin sanksiyasında nəzərdə tutulan cəza növlərinin tətbiq edilməsi həmin Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş cəza növlərininn tətbiq edilməsi mümkün olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməməli, əsgər Şəxs inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, əsgər Şəxs törətdiyi əmələ görə intizam məsuliyyətinə cəlb olunması üçün iş üzrə toplanmış materiallar xidmət etdiyi N №-li hərbi hissənin komandanlığına göndərilməlidir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin.
2. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh tətbiq edilməsin, onun intizam qaydasında cəzalandırılması xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına həvalə edilsin.
3. İnzibati xəta haqqında iş üzrə toplanmış materiallar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilsin.
4. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim İlham İbrahimov