Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-116/2025 01.10.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Naxçıvan Hərbi Kollecinin nümayəndəsi: Ədliyyə kapitanı, X3, Zərərçəkmiş şəxs: Kursant Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: X1, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili, X2 iştirakları ilə xx xxxx 2006-cı ildə Qəbələ rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Laçın rayonunda qeydiyyatda olan Naxçıvan Hərbi Kollecinin 1-ci kursant taborunun qrupunun kursantı X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Kollecindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 24 sentyabr 2025-ci il tarixində saat 08:30-da ilk dərs fiziki hazırlıq dərsi olduğundan kursant Zərərçəkmiş şəxs taborun 1ci və 2-ci qrupları və eyni zamanda kursant yoldaşı Şəxs ilə birlikdə idman zalına getmiş, daha sonra fiziki hazırlıq müəllimi Qələndər müəllimin göstərişi əsasında 1-ci və 2-ci qruplar kollecin ərazisində yerləşən stadionun yaxınlığına gedərək ilk öncə isinmə və gərilmə hərəkətləri etdikdən sonra, yenidən Qələndər müəllimin göstərişi ilə qruplar şəklində saat 08:50 radələrində stadionun ətrafını qaçmağa başlamışlar, qaçışın ilk dairəsində Zərərçəkmiş şəxs yavaş qaçdığı üçün Şəxs ona sürətli qaçmasını bildirmiş, Zərərçəkmiş şəxs istədiyi kimi qaçacağını dedikdə, Şəxs ona qarşı nalayiq ifadə işlətmiş, bu zaman Zərərçəkmiş şəxs da ona qarşı nalayiq ifadə işlətmiş, buna qarşılıq olaraq Şəxs Zərərçəkmiş şəxs arxadan yıxmağa çalışmış, qaçmağa başlayarkən Zərərçəkmiş şəxs Şəxs qarşı yenidən nalayiq ifadə işlətmiş, bunu eşidən Şəxs Zərərçəkmiş şəxs ağız nahiyəsindən bir yumruq zərbəsi vurub xəsarət yetirərək qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozub Zərərçəkmiş şəxs bir yumruq zərbəsi vurub xəsarət yetirərək Zərərçəkmiş şəxs şərəf və ləyaqətini alçaltmış və ona zor tətbiq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 izahatında göstərdi ki, 24 sentyabr 2025-ci il tarixdən saat 08:30 radələrində, həftənin 3-cü günü ilk dərsləri fiziki hazırlıq dərsi olduğundan 1-ci taborun 1-ci bölüyünün 1-ci taqımın 1ci və 2-ci qrupları ilə birlikdə idman zalına getdiyini, orada isinmə və gərilmə hərəkətləri etdikdən sonra fiziki hazırlıq müəllimi Qələndər müəllimin tapşırığı ilə kollecin ərazisində olan stadionun yanına qruplar şəklində getdiyini, orada da isinmə və gərilmə hərəkətləri etdikdən sonra Qələndər müəllimin göstərişi ilə qruplar olaraq saat 08:50 radələrində 4-5 dairə qaçmağa başladığını, 1-ci dairəni qaçarkən qarşısında olan kursant yoldaşı Zərərçəkmiş şəxs yavaş qaçdığından onun kürək nahiyəsindən itələyərək surətli qaçmasını dediyini, Zərərçəkmiş şəxs Şəxs istədiyi kimi qaçacağını bildirdiyini, buna qarşılıq olaraq Şəxs Zərərçəkmiş şəxs nalayiq ifadə işlətdiyini, həmin zaman Zərərçəkmiş şəxs da ona qarşı nalayiq ifadə işlətdiyini, sonra Şəxs arxadan Zərərçəkmiş şəxs təpik ataraq omnu yıxmağa çalışdığını, həmin zaman sıranın dayandığını və sıranın hərəkət edən zamanı Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadə işlətdiyini, buna qarşılıq olaraq onu arxadan çağıraraq sol əli ilə onun üz nahiyəsindən bir yumruq zərbəsi vurduğunu bildirmişdir. Zərərçəkmiş şəxsdən üzr istəmiş, və onu bağışladığını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahatı alınmış kursant Zərərçəkmiş şəxs izahatında 24 sentyabr 2025-ci il tarixində ilk dərslərinin fiziki hazırlıq dərsi olduğunu 1-ci taborun 1-ci bölüyünün 1-ci taqımının 1-ci və 2-ci qrupları ilə idman zalına gedərək isinmə və gərilmə hərəkətləri etdiklərini, sonradan Qələndər müəllimin gələrək onları stadionun yanına apardığını, orada da isinmə və gərilmə hərəkətləri etdikdən sonra Qələndər müəllimin göstərişi əsasında saat 08:50 radələrində qaçmağa balşadıqlarını, arxasında olan kursant Şəxs onu itələyərək surətli qaçmasını bildirdiyini və buna qarşılıq olaraq istədiyi kimi qaçacağını dediyini, həmin zaman Şəxs ona qarşı nalayiq ifadə işlətdiyini, bundan sonra özünün də Şəxs qarşı nalayiq ifadə işlətdiyini, həmin zaman yataqxananın arasında zibil yeşiklərinin yanında olduqlarını, Şəxs arxadan ona təpik ataraq yıxmaq istədiyini lakin yıxa bilmədiyini, sıralar pərakəndə olduğu üçün çavuş tərəfindən sıraların dayandırıldığını, qaçmağa başlayan zaman Şəxs yenidən nalayiq ifadə işlətdiyini, həmin zaman Şəxs onu arxadan əli ilə çağırdığını, arxaya döndüyünü və Şəxs sol əli ilə onun üz nahiyəsindən bir yumruq zərbəsi vurduğunu, həmin zaman kursant Şahid1, Şahid2 və digər kursant yoldaşlarının onları ayırdığını, sonra dişindən və üst dodaq nahiyəsindən xəsarət aldığını və burnunun qanadığını bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ondan üzr istəmişdir. Onu bağışlayır, ondan şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Şahidlər kursant Şahid1 və kursant Şahid2 izahatlarında göstərmişdirlər ki, 24 sentyabr 2025-ci il tarixində kursantlar Şəxs və Zərərçəkmiş şəxs mübahisəsi və davasını görərək onları ayırdıqlarını bildirmişlər. Naxçıvan Hərbi Kollecinin komandanlığı tərəfindən təqdim edilmiş arayışlardan görünür ki, kursant Şəxs ilə kursant Zərərçəkmiş şəxs hərbi qulluqçu hesab olunurlar və onlar arasında tabelik münasibətləri yoxdur. Kursant Zərərçəkmiş şəxs barəsində olan xx.xx.2025-ci il tarixli, 549 №li müayinə aktından görünür ki, kursant Zərərçəkmiş şəxs almış olduğu xəsarət – yuxarı sağ yan kəsici dişin tacının hissəsi sınması ilə müşayiət olunan üst dodağın əzilmiş-cırılmış yarası – bərk küt əşyanın təsirindən törənməyə xarakterikdir, şəxsin məhkəmə tibbi müayinəsi zamanı göstərdiyi tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Naxçıvan Hərbi Kollecinin komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdə kursantlar Zərərçəkmiş şəxs və Şəxs mənfi xarakterizə edilmişdir. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt, zərərçəkmiş şəxsin, şahidlərin izahatları və materiala əlavə edilən digər sənədlərlə təsdiq olunur. Bununla da, kursant X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxsin və şahidlərin izahatları ilə yanaşı, iş üzrə istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən inzibati xəta haqqında işin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, kursant X5 yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçatması və ya ona zor tətbiq etməsi - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs Naxçıvan Hərbi Kolleci tərəfindən müsbət xarakterize olunmasını, əməlini səmimi etraf etməsini, ilk dəfə inzibati xəta törətməsini və zərərçəkmiş şəxsin onu bağışlamasını iş üzrə yüngülləşdirici hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, X4 törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, eləcə də iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilərək, ona nəzərən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməməli, o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, Şəxs törətdiyi əmələ görə intizam məsuliyyətinə cəlb olunması üçün iş üzrə toplanmış materiallar xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Naxçıvan Hərbi Kollecinin rəhbərliyinə göndərilməlidir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı:
1. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin.
2. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh tətbiq edilməsin, onun intizam qaydasında cəzalandırılması xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Naxçıvan Hərbi Kollecin komandanlığına həvalə edilsin.
3. İnzibati xəta haqqında iş üzrə toplanmış materiallar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Naxçıvan Hərbi Kollecinin rəhbərliyinə göndərilsin.
4. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim Səxavət Hüseynov