Məhkəmə qərarları › İş №3-1(092)-118/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-118/2024

16.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-118/2024 16.11.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Həsənli Elvina Yenibar qızının katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorunun böyük köməkçisi X7, Zərərçəkmiş hüquqi Müdafiə Nazirliyinin N №-li hərbi hissə komandirinin şəxsin vəkalətli hüquq işləri üzrə köməkçisi, ədliyyə kapitanı nümayəndəsi: Nümayəndə, Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxx 1991-ci il tarixdə Ordubad rayonunun Tivi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində iki azyaşlı övladı olan), orta təhsilli, deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, yaşayış yeri üzrə Ordubad rayonunun Tivi kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun 13-cü bölüyünün baş çavuşu vəzifəsində, gizir hərbi rütbəsində xidmət edən (Şəxsi vəsiqə SQ № 0028263) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Naxçıvan Hərbi Prokurorluğunun 16 noyabr 2024-cü il tarixli, 3-3-250/2-041350/2024 №-li məktubu ilə gizir Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 16 noyabr 2024-cü il tarixli, 002640 №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 16 noyabr 2024-cü il tarixli, 002640 №-li inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, gizir Əliyev X12 rayonunda yerləşən N №-li hərbi hissənin 4-cü taborunun 13-cü bölüyünün baş çavuşu vəzifəsində, gizir hərbi rütbəsində xidmət edərkən 21 sentyabr 2024-cü il tarixdə, saat 11:00 radələrində şərti olaraq “Qoqi-1” adlanan ön xətt mövqeyinin başçısı, 4-cü taborun 13-cü bölüyünün 3-cü taqımının komandiri baş leytenant X2 toplantıda iştirak etməsi ilə əlaqədar həmin mövqeni ondan təhvil almış, həmin vaxt silah otağında olan silah-sursat sayılmış, hər-hansı çatışmazlıq olmamış və gizir Şəxs tərəfindən qəbul edilmiş, bu barədə Qoqi-1 mövqeyinin döyüş xidməti jurnalında qeydiyyat aparılmışdır. Bundan sonra baş leytenant N.İ.Əhmədov toplantı üçün hərbi hissəyə getdiyindən gizir Şəxs tərəfindən həmin mövqedə döyüş növbətçiliyi təşkil edilməyə başlanılmış və o, post başçısı vəzifələrini icra etmişdir. Növbəti günlərdə posta yoxlama qrupu gələcəyindən hazırlaşmaq məqsədilə, silah otağında AK-74 markalı avtomat silahların daraqlarında saxlanılan patronlar toz-torpaq olduğundan təmizlənməsi üçün gizir Şəxs 22 sentyabr 2024-cü il tarixdə, saat 17:00 radələrində silahların saxlanması və təmizlənməsi qaydalarına zidd olaraq manqanın müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər X11 ilə əsgər X4 yataqxanada yerə plaş çadır sərmələrini, silah otağında saxlanılan AK-74 markalı avtomat silahların daraqlarını çıxarıb daraqlardakı patronları plaş çadırın üstünə tökərək təmizləmələrini tapşırmış, bu məqsədlə əsgərlər silah otağında piramidaya yığılmış daraqları yataqxanaya gətirərək patronları ümumi olaraq yerə sərdikləri plaş çadırın üstünə boşaltmış, bütün daraqlardan çıxarılmış patronlar qarışmışdır. Sonra həmin patronları pərakəndə formada təmizləməyə başlamışlar. Həmin gün əsgərlər R.H.Cabbarzadə və N.M.Nəsirov saat 18:00-dan 20:00-dək döyüş növbətçisi olduqlarından saat 18:00-da növbəyə getmiş, növbədən qayıdan əsgər X16 ilə X5 gizir Şəxs tapşırığı əsasında onlara təhkim olunmuş daraqlardakı patronları yataqxanada plaş çadırın üzərinə boşaldaraq patronların təmizlənməsi işini davam etdirmiş, patronlar təmizlənərkən gizir Şəxs əsgərlərə nəzarət etməmiş, patronlar təmizləndikdən sonra daraqlara yığılarkən əsgər Şahid1 da onlara kömək etmiş, günəş panelinin enerjisi bitdiyindən əsgərlər fanar və lampa işığında patronları qarışıq qaydada daraqlara yığmışlar. Saat 19:45 radələrində əsgərlər işlərini bitirdikdən sonra gizir Şəxs daraqlardakı patronları saymamış, tamlığını yoxlamamış, daraqlar əsgər Şahid1 tərəfindən silah otağına yığılmışdır. 24 sentyabr 2024-cü il tarixdə, saat 08:50 radələrində tabor komandanlığından gələn tapşırığa əsasən gizir Şəxs Qoqi-2 mövqeyinə getmiş, mövqeni müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Emin Quliyevə tapşırmış, bu zaman silah-sursat sayılmamışdır. Həmin gün saat 10 radələrində mövqeləri kompleks yoxlamaya hazırlamaq məqsədilə 4-cü taborun qərargah rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, kapitan X17-1 mövqeyinə gəlmiş, daha sonra saat 12:10 radələrində hərbi hissənin idarə heyətindən ayrılmış yoxlama heyəti mövqeyə gəlmişdir. N nömrəli hərbi hissənin Raket-artilleriya silahları xidməti rəisi kapitan X8 tərəfindən mövqenin silah otağında piramidada saxlanılan AK-74 markalı avtomat silahların daraqlarındakı patronlar darağın üzərindəki xüsusi yerdən baxılıb yoxlanarkən əsgər X9 təhkim olunmuş AK-74 markalı ******* nömrəli avtomat silahın 8/4 nömrəli darağında 1 (bir) ədəd 5.45 mm-lik PS tipli patronun çatışmazlığı aşkar olunmuş və patronun axtarılması üçün mövqeyə vaxt verilmiş, daraqlardakı patronlar sayılmamış, yoxlama qrupu Qoqi Dayaq mövqeyinə getmişdir. Saat 13:00 radələrində əsgər Şahid1 silah otağında olan daraqlara təkrar baxdıqda əsgər Nicat Nəsirovun 10 nömrə ilə işarələnmiş daraqlarının birində 1 ədəd 5.45 mm-lik PS patronun artıq olduğunu aşkar edib bu barədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Emin Quliyevə məlumat vermiş, həmin patron əsgər Oruc Dostuyevin darağına əlavə olunmuş, patron tapıldığından digər daraqlardakı patronlar sayılmamış, patronun tapılması barədə kapitan Y.İsmayılova məlumat verilmişdir. Bundan sonra, kapitan N.Şahbazovun tapşırığına əsasən, bütün daraqlar silah otağından çıxarılıb daraqlardakı patronlar yataqxananın ortasında plaş çadırın üzərində yerə düzülmüş, bu zaman kapitan Y.İsmayılov mövqeyə gələrək patronları sayarkən iki ədəd patronun əskik olduğunu müəyyən etmiş, patronlar 22 sentyabr 2024-cü il tarixdə daraqlardan plaş çadırın üstünə nizamsız tökülərkən qarışdığından və sonra daraqlara yenə qarışıq vəziyyətdə yığıldığından çatışmayan patronların kimə təhkim olunmuş silahın darağına aid olduğunu müəyyən etmək mümkün olmamışdır. 24 sentyabr 2024-cü il tarixdə yoxlama zamanı axşam saatlarında patronlar daraqlara yığılarkən bu səbəbdən əsgər X6 adına təhkim olunmuş AK-74 markalı ******* nömrəli avtomat silaha məxsus darağa 2 ədəd 5.45 mm-lik PS tipli patron əskik qoyulmuşdur. Daha sonra həmin gün saat 22:00 radələrində əsgər Şahid1 silah otağını axtararkən yeşiklərin altından 1 ədəd 5.45 mm-lik patron aşkar edərək kapitan N.Şahbazova məruzə etmiş və həmin patron əsgər Nicat Nəsirova təhkim olunmuş darağa qoyulmuş, lakin digər patron tapılmamışdır. Faktla bağlı hərbi hissə komandiri tərəfindən xidməti araşdırma təyin edilmiş, 27 sentyabr 2024cü il tarixdə Qoqi-1 mövqeyinin silah otağında saxlanılan patronlar yenidən sayılmış və əsgər X6 adına təhkim olunmuş AK-74 markalı ******* nömrəli avtomat silahının 10/3 nömrəsi ilə nişanlanmış darağında 0,85 (85 qəpik) manat dəyərində olan 1 ədəd 5.45 mmlik PS tipli patron çatışmamışdır. Faktla bağlı xx.xx.2024-cü il tarixdə Naxçıvan Hərbi prokuroru, ədliyyə polkovnikleytenantı Aqil Axundov tərəfindən Azərbaycan Respublikası İXM-in 54, 99 və 102-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında qərar qəbul edilmiş, inzibati araşdırma nəticəsində gizir Şəxs əməllərində İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətləri olduğundan onun barəsində 16 noyabr 2024-cü il tarixdə Naxçıvan Hərbi prokurorunun müavini, ədliyyə polkovnik-leytenantı Ramil Məmmədyarov tərəfindən 002640 №-li inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan gizir Şəxs barəsində elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, 21 sentyabr 2024-cü il tarixdə bölüyün şərti olaraq Qoqi-1 adlanan döyüş mövqeyinin başçısı baş leytenant Nəcməddin Əhmədov toplantıya cəlb olunacağından o, tabor komandiri mayor Musa Bəndəliyevin göstərişinə əsasən Qoqi-1 mövqeyinə getmiş, baş leytenant Nəcməddin Əhmədovla birlikdə silah otağındakı silah-sursata və digər əşya əmlaka baxmış, hər hansı çatışmazlıq olmamış, təhvil almışdır. Daha sonra baş leytenant N.Əhmədov mövqedən getmiş, o post başçısı kimi qalmışdır. Tabordan 24 sentyabr 2024cü il tarixdə mövqeyə hərbi hissədən yoxlama gələcəyi deyildiyindən 22 sentyabr 2024-cü il tarixdə saat 17 radələrində əsgər X11 ilə əsgər X4 yataqxanada yerə plaş çadır sərmələrini və silah otağında olan silahları və patronları toz torpaq olduğundan daraqlarda olan sursatları təmizləmələrini tapşırmış, əsgərlər yataqxanada silahları və bütün daraqlardakı patronları boşaldaraq təmizləmişlər. Əsgərlər R.H.Cabbarzadə və N.M.Nəsirov saat 18:00-dan 20:00-dək döyüş növbətçisi olduqlarından saat 18:00-da növbəyə getmiş, növbədən qayıdan əsgərlər X16 ilə X3 daraqlarındakı patronları plaş çadırın üzərinə boşaldıb qalan digər patronlarla birlikdə təmizləmələrini tapşırmışdır. Hər kəs konkret öz silah və sursatını təmizləməmiş, digərlərinin də silah-sursatını təmizləmişdir. Əsgərlərin yanında oturub bəzən onlara kömək etmiş, bəzən də öz işləri ilə məşğul olmuşdur. Axşam saatları olduğundan hava qaranlıq olmuş, günəş panelinin batareyası tükəndiyindən işıqlar sönmüş, fanar və lampa işığında silah-sursat daraqlara yığılmış, həmin vaxt qaranlıq və qarışıqlıq olduğundan silahları və daraqları diqqətlə yoxlaya bilməmiş, onun tapşırığına əsasən silah sursatı əsgər Şahid1 silah otağına yığmışdır. Qoqi-1 mövqeyində olarkən gecələr döyüş növbəsini o dəyişmiş, gündüzlər isə baş atıcı əsgər Şahid1 dəyişmişdir. Növbəni dəyişən müddətlərdə silah doldurulubboşaldılmasında iştirak etsə də həmin vaxt növbəyə gedən və qayıdan heyətlərin daraqlarına baxmamış, buna görə də həmin daraqlarda hər hansı çatışmazlıq aşkar etməmişdir. 24 sentyabr 2024-cü ildə tabor komandirinin göstərişinə əsasən Qoqi 2 mövqeyinə getmiş, orada olan kapitan Nurşəmil Şahbazov isə Qoqi 1 mövqeyinə gəlmişdir. Bir az sonra hərbi hissədən yoxlamalar gəlmiş, gündüz saatlarında kapitan N.Şahbazov ona zəng edib Qoqi 1 mövqeyində 1 ədəd 5.45 mm kalibirli döyüş patronunun kəsr gəldiyini demiş, lakin o, baş leytenant N.Əhmədovdan mövqeni təhvil alanda bütün patronlar yerində olduğundan başa düşmüşdür ki, 22 sentyabr 2024-cü il tarixdə əsgərlərə silah-sursatı təmizlətdirən zaman patronlardan biri itmişdir. Ona görə ki, həmin vaxt səhlənkarlıq edərək əsgərlərə bütün daraqlardakı patronların plaş çadırın üzərinə boşaldılıb silinməsini tapşırmış, patronlar pərakəndə formada təmizlənmiş, patronlar təmizləndikdən sonra saymamış, daraqlara yığıldıqdan sonra da üzərindəki xüsusi yerdən baxıb tamlığını yoxlamamış, böyük ehtimal qaranlıq olduğundan patronlardan biri həmin vaxt itmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin (N №-li hərbi hissənin) nümayəndəsi qismində dindirilmiş kapitan Nümayəndə verdiyi izahatında göstərmişdir ki, 24 sentyabr 2024-cü il tarixdə polkovnik-leytenant Qurban Behbudov, baş leytenant Hümbət Məmmədov, leytenant Toğrul Əsgərzadə və kapitan Yusif İsmayılovdan ibarət yoxlama qrupu hərbi hissənin 4-cü taborunun 13-cü bölüyünün ön xətt mövqelərinə gedərək yoxlama aparmış, yoxlama qrupu hərbi hissəyə qayıtdıqdan sonra şərti “Qoqi-1” mövqeyində 1 ədəd 5,45 mm-lik PS patron çatışmazlığının olduğunu bildirmişlər. 27 sentyabr 2024-cü il tarixdə 4-cü taborun 13-cü bölüyünün 3-cü taqımının 1-ci manqasının döyüş növbətçiliyi apardığı Qoqi-1 ön xətt mövqeyinin silah otağında piramidada saxlanılan daraqların, lent qutularının içərisində saxlanılan patronları baş atıcı əsgər Şahid1 ilə birlikdə saymış, 3-cü taqımın 1-ci manqasının sanitar atıcısı əsgər X6 AK-74 markalı ******* nömrəli silahının 10/3 nömrəsi ilə nişanlanmış darağında bir ədəd 5,45 mmlik PS tipli patron çatışmazlığı aşkar edilmiş, bu barədə akt tərtib etmişdir. Post başçısı gizir Şəxs patron çatışmazlığının səbəbini soruşduqda 22 sentyabr 2024-cü il tarixdə saat 17 radələrində əsgərlərə bütün silah-sursatı yataqxanada plaş çadırın üzərində təmizləmələrini tapşırdığını, silah-sursatı pərakəndə formada təmizlətdiyini, həmin vaxt qaranlıq olduğunu, səhlənkarlıq edərək daraqlardakı patronların tamlığını yoxlamadığını, patronun həmin vaxt itə biləcəyini demişdir. Patronun axtarılıb tapılması üçün bütün zəruri tədbirlər görülsə də, axtarışlar bir nəticə verməmiş və patron tapılmamışdır. İtirilmiş bir ədəd 5,45 mm-lik PS tipli patronun dövlət qiyməti 0.85 (səksən beş qəpik) manat təşkil etmişdir. Həmçinin kapitan Nümayəndə izahatında qeyd etmişdir ki, baş vermiş hadisə ilə əlaqədar olaraq N №-li hərbi hissəyə 0.85 (səksən beş qəpik) manat dəyərində maddi ziyan dəymiş, itirilmiş həmin patrona görə hərbi hissənin mənafelərinə mühüm ziyan dəyməsə də, həmin maddi ziyan bugünədək gizir Şəxs tərəfindən hərbi hissəyə ödənilməmişdir. Bu səbəbdən də hərbi hissəyə dəymiş maddi ziyanın ödənilməsini tələb etdiklərini bildirərək, gizir Şəxs barəsində qanunamüvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş əsgər Şahid1 verdiyi izahatında bildirmişdir ki, o, 04 aprel 2024-cü il tarixdən Qoqi-1 mövqeyində xidmət etmiş, 31 oktyabr 2024-cü il tarixədək post başçısı, taqım komandiri, baş leytenant Nəcməddin Əhmədov olmuşdur. Baş leytenant N.Əhmədov post başçısı kimi xidmət etdiyi dövrdə silah anbarı, ərzaq anbarı mütəmadi olaraq yoxlanılmış, heç bir çatışmazlıq olmamışdır. Baş leytenant N.Əhmədov mövqedə olmadığı zaman onu bölük komandiri kapitan Rahib Nəbiyev, bölüyün baş çavuşu, gizir Şəxs və ya tabor komandirinin şəxsi heyətlə iş üzrə müavini, kapitan Nurşəmil Şahbazov əvəz edirdi. 21 sentyabr 2024-cü il tarixdə taqım komandiri baş leytenant Nəcməddin Əhmədov toplantıya cəlb olunduğundan post başçısı vəzifəsini əvəz etmək üçün tabor komandiri mayor Musa Bəndəliyevin tapşırığına əsasən bölüyün baş çavuşu gizir Şəxs Qoqi-1 mövqeyinə gəlmiş, baş leytenant N.Əhmədov ərzaq anbarını və silah otağındakı sılah-sursatı sayıb tam formada gizir Şəxs təhvil vermiş, təhvil-təslim şifahi qaydada həyata keçirilmiş, silah-sursatın sayılması zamanı daraqlardakı patronların tamlığı yoxlanılmış, hər hansı çatışmazlıq olmamışdır. Daha sonra baş leytenant N.Əhmədov saat 11:00 radələrində mövqeyi tərk etmiş, bu zaman əsgər Oruc Dostuyev də valideyni ilə görüşmək üçün onunla birlikdə hərbi hissəyə getmiş, post başçısı kimi gizir Şəxs döyüş xidmətini, döyüş növbətçilərinin dəyişdirilməsini, silah-sursatın təhvil alınmasını və sayılıb silah anbarına yığılmasını həyata keçirmiş, döyüş növbətçiləri növbədən qayıtdıqdan sonra əsgərlərin silahlarını və daraqlarını yoxlayıb silah otağında piramidaya yığmış, bəzən daraqlardakı patronları yoxlamamış, əsgərlərin özləri silahları silah otağına yığmışdır. 22 sentyabr 2024-cü il tarixdə saat 15 radələrində tabor komandanlığından mövqeyə zəng edib gizir Şəxs mövqeyə yoxlama qrupunun gələcəyi deyilmiş, gizir Şəxs şəxsi heyətə mövqedə səliqə-səhman yaradılmasını tapşırmışdır. Həmin gün saat 16 radələrində başı ağrıdığından gizir Şəxs icazə alıb yatmış, saat 18 radələrində yuxudan oyananda döyüş növbətçiliyindən qayıdan əsgərlər Əli Tağızadə və Əzəmət Hümbətzadənin yataqxanada plaş çadırın üzərində əski parçası ilə patronları təmizlədiklərini görmüş, həmin vaxt günəş panelinin enerjisi bitdiyindən yataqxana qaranlıq olmuş, biraz sonra patronları daraqlara yığanda əsgərlər Ə.Tağızadə və Ə.Hümbətzadə ondan kömək etməsini xahiş etmiş, fənərin işığı ilə patronları daraqlara yığmışlar. Həmin vaxt gizir Şəxs çarpayısında uzanıb istirahət etmiş, patronları daraqlara yığdıqdan sonra üzərindəki xüsusi yerdən baxıb patronların tamlığını yoxlamış, hər hansı çatışmazlıq görməmiş, daha sonra daraqları silah otağında piramidaya yığıb açarları gizir Şəxs vermişdir. Ola bilsin ki, həmin vaxt qaranlıq olduğundan patron çatışmazlığı gözündən yayınmış, bundan başqa gizir Şəxs də patronları sayacağını düşünmüş, lakin saymamış və daraqları yoxlamamışdır. 24 sentyabr 2024-cü il tarixdə, saat 08:50 radələrində tabordan gələn tapşırığa əsasən gizir Şəxs Qoqi-2 mövqeyinə getmiş, postu müddətdən artıq həqiqi hərbi ximət hərbi qulluqçu, əsgər Emin Quliyevə tapşırmış, saat 10 radələrində tabor komandirinin şəxsi heyətlə iş üzrə müavini, kapitan Nurşəmil Şahbazov mövqeyə gəlmiş, həmin vaxt əsgər Oruc Dostuyev də kapitan N.Şahbazovla birlikdə mövqeyə qayıtmışdır. Saat 12:10 radələrində polkovnik-leytenant Qurban Behbudov, baş leytenant Hümbət Məmmədov, leytenant Toğrul Əsgərzadə və kapitan Yusif İsmayılovdan ibarət yoxlama qrupu mövqeyə gəlmiş, kapitan Y.İsmayılov silah otağını yoxlamış, silah və cihazlarla bağlı problem olmamış, daha sonra kapitan Y.İsmayılov daraqların üzərindəki xüsusi yerdən baxıb patronların tamlığını yoxlamış, bu zaman əsgər Oruc Dostuyevin 8/4 nömrəli darağında bir ədəd 5,45 mm-lik PS patron çatışmazlığı aşkar edilmiş, kapitan Y.İsmayılov patronları daraqlardan boşaldıb saymamış, yalnız daraqların üzərindəki xüsusi yerdən baxıb yoxlamış və müddətdən artıq həqiqi hərbi ximət hərbi qulluqçu, əsgər Emin Quliyevdən mərmi çatışmazlığının səbəbini soruşduqda E.Quliyev patronların təmizləndiyini, həmin vaxt itə biləcəyini demişdir. Kapitan Y.İsmayılov şəxsi heyətə patronu axtarıb tapmalarını tapşırmış, əsgərlərlə birlikdə mövqedə patronu axtarmış, yoxlama qrupu Qoqi Dayaq mövqeyinə getmişdir. Saat 13:00 radələrində silah otağında daraqları yoxlayanda əsgər Nicat Nəsirovun 10 nömrə ilə işarələnmiş daraqlarının birində bir ədəd 5,45 mm-lik PS patronun artıq olduğunu müəyyən etmiş və bu barədə müddətdən artıq həqiqi hərbi ximət hərbi qulluqçu, əsgər Emin Quliyevə bildirmiş, daraqda olan patronları saydıqda həqiqətəndə 1 patron artıq olmuşdur. Kapitan N.Şahbazov patronun tapılması barədə yoxlama qrupuna məlumat vermiş, bu zaman patronlar plaş çadırın üzərində düzülmüş, kapitan Y.İsmayılov mövqeyə gəlib plaş çadırın üzərində düzülmüş patronları sayanda 2 ədəd patron çatışmazlığı müəyyən olunmuş, saat 22:00 radələrində sursat yeşiyinin altından bir ədəd 5,45 mm-lik PS patronu tapıb bu barədə kapitan N.Şahbazova məruzə etmiş, mövqeyi axtarsalar da, digər patronu tapa bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş əsgər Şahid2 oxşar məzmunlu izahat verərək, şahid qismində dindirilmiş əsgər Şahid1 izahatında göstərilənləri təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə baxışında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin izahatları ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: N nömrəli hərbi hissə komandirinin N oktyabr 2023-cü il tarixli, 303 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Şəxs hərbi hissənin 4-cü motoatıcı taborunun 13-cü bölüyünün baş çavuşu vəzifəsinə təyin edilmişdir. “13-cü bölüyün Qoqi-1 mövqeyinin döyüş xidməti jurnalı”ndan edilmiş çıxarışdan görünür ki, 21 sentyabr 2024-cü il tarixdə saat 11:00-da baş leytenant Nəcməddin Əhmədov toplantıya düşdüyü üçün gizir Şəxs həmin posta gəlmişdir. N hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi, ədliyyə kapitanı Nümayəndə tərəfindən tərtib olunmuş “silah otağında saxlanılan patronların sayılması barədə xx.xx.2024-cü il tarixli aktdan” görünür ki, 4-cü taborun 13-cü bölüyünün 3-cü taqımının 1-ci manqasının döyüş növbətçiliyi apardığı Qoqi-1 ön xətt mövqeyinin silah otağında piramidada saxlanılan daraqların, lent qutularının içərisində saxlanılan patronları əsgər Şahid1 ilə birlikdə sayılmış, 3-cü taqımın 1-ci manqasının sanitar atıcısı əsgər X6 AK-74 markalı ******* nömrəli silahının 10/3 nömrəsi ilə nişanlanmış darağında bir ədəd 5,45 mm-lik PS tipli patron çatışmazlığı aşkar edilmişdir. N nömrəli hərbi hissə komandanlığı tərəfindən təsdiq edilmiş 05 oktyabr 2024-cü il tarixli aktdan görünür ki, 1 (bir) ədəd 5,45 mm-lik PS tipli patronun itməsi faktı ilə bağlı mövqe ərazisi axtarılmış, lakin 1 (bir) ədəd 5,45 mm-lik PS tipli patron tapılmamışdır. N nömrəli hərbi hissə komandanlığı tərəfindən Naxçıvan Hərbi Prokurluğuna ünvanlanmış 06 noyabr 2024-cü il tarixli, 1506 nömrəli məktubdan görünür ki, 5,45 mm-lik PS tipli patron düşmənin canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulmuş döyüş qabiliyyətli patron olmaqla döyüş sursatı sayılır. N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin raket-artilleriya silahları xidmətinin rəisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış hesabatdan görünür ki, bir ədəd 5,45 mm-lik PS tipli patronun dövlət qiyməti 0,85 (səksən beş qəpik) manat olmuşdur. N nömrəli hərbi hissədən təqdim edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, bir ədəd 5,45 mm-lik PS tipli patronun itirilməsi nəticəsində hərbi hissəyə mühüm zərər dəyməmişdir. N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə gizir Şəxs müsbət xarakterizə olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş gizir Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu gizir Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, gizir Şəxs törətdiyi əməllərdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarının tədqiqi nəticəsində gizir Şəxs öz xidməti vəzifələrinin icrasına səhlənkarcasına yanaşması səbəbindən dəyəri 0,85 (səksən beş qəpik) manat olan hərbi əmlakın itməsi ilə nəticələnən əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcud olduğu müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 131-ci maddəsinə əsasən bölüyün başçavuşu sülh və müharibə dövründə: əsgərlərin və çavuşların düzgün xidmət etmələrinə, hərbi intizama və müəyyən edilmiş daxili qaydaqanuna riayət edilməsinə; bölüyün silahlarının, döyüş texnikası və digər texnikasının, döyüş sursatının və əmlakının qorunub saxlanmasına cavabdehdir. Həmin Nizamnamənin 132-ci maddəsinə əsasən bölüyə gələn silahları, ləvazimatı və əmlakı vaxtında almaq, nəzərdən keçirmək, onlardan düzgün istifadə edilməsinə, onların qorunub saxlanmasına diqqət yetirmək və dəqiq uçotunu aparmaq; .... bölük komandirinin icazəsi ilə qarovullara, alay (briqada) növbətçisinin sərəncamı ilə növbətçi bölməyə döyüş sursatı vermək, növbə qurtarandan sonra onları şəxsən qəbul edib yoxlamaq;.... bölüyün başçavuşunun vəzifəsidir. Həmçinin Azərbaycan Respublikası Müdafiə nazirinin 25 noyabr 2016-cı il tarixli 23 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində atıcı silahların uçotu, saxlanılması və verilməsinin təşkili üzrə Təlimat”ın 12.12-ci maddəsinə əsasən cari texniki qulluq silahın təhkim olunduğu şəxsi heyət tərəfindən taqım komandirinin (taqım komandirinin müavininin, post başçısının) rəhbərliyi və nəzarəti altında silah və texnikaya qulluq saatlarında və park günlərində göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsinə əsasən hərbi qulluqçulara xidməti istifadə üçün verilmiş silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın və ya sair hərbi əmlakın saxlanması qaydalarını pozmaqla itirilməsinə görə-on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. X10 Məcəlləsinin 614-cü maddəsinin Qeyd hissəsinin 1-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 614.1-ci maddəsində nəzərdə tutulmuş əməl mühüm zərər vurduqda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən isə inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq gizir Şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilməsini iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə müddəalarına uyğun olaraq gizir Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törətdilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların mövcudluğunu və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, gizir Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilərək, ona nəzərən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməməli, o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, gizir Şəxs törətdiyi əmələ görə intizam məsuliyyətinə cəlb olunması üçün iş üzrə toplanmış materiallar xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandanlığına göndərilməlidir. Həmçinin məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.2-ci maddəsinin tələbləri baxımından törədilmiş inzibati xəta nəticəsində zərərçəkmiş hüquqi şəxsə (Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinə) vurulmuş maddi zərərin ödənilməsi məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, gizir Şəxs xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən intizam qaydasında cəzalandırılarkən, bu sahədə müvafiq qanunvericiliyin tələbləri əsas götürülməklə hərbi hissəyə vurulmuş maddi zərərin onun tərəfindən hərbi hissəyə ödənilməsi N №-li hərbi hissə komandanlığı tərəfindən təmin edilməlidir. Belə ki, “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”nin 1-ci bəndində qeyd olunmuşdur ki, hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri ilə, əmrlərlə və digər aktlarla nəzərdə tutulan vəzifə borclarını yerinə yetirərkən dövlətə vurduqları ziyana görə təqsirli olduqda bu Əsasnaməyə uyğun olaraq maddi məsuliyyət daşıyırlar. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər tərəfindən dövlətə vurulmuş ziyan onların həmin ziyana səbəb olmuş hərəkətlərinə (hərəkətsizliyinə) görə intizam, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb olunub-olunmamasından asılı olmayaraq ödənilir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. İş üzrə maddi sübut yoxdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin.

2. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh tətbiq edilməsin, barəsində başlanılmış hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin, onun intizam qaydasında cəzalandırılması xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına həvalə edilsin.

3. Şəxs xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən intizam qaydasında cəzalandırılarkən, bu sahədə müvafiq qanunvericiliyin tələbləri əsas götürülməklə hərbi hissəyə vurulmuş maddi zərərin onun tərəfindən hərbi hissəyə ödənilməsi Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandanlığı tərəfindən təmin edilsin.

4. İnzibati xəta haqqında iş üzrə toplanmış materiallar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilsin.

5. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar