Məhkəmə qərarları › İş №3-1(092)-12/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərardad — İş №3-1(092)-12/2025

28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3-1(092)-12/2025 28.01.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Mən, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin hakimi İbrahimov İlham Sadət oğlu, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət edən əsgər, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarını məhkəmə iclasında baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Naxçıvan Hərbi Prokurorluğu tərəfindən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət edən əsgər, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 28 yanvar 2025-ci il tarixli, 3-3-250/2- 003008/2025 nömrəli məktubla inzibati xəta haqqında material Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinə daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı iş materiallarını araşdıraraq hesab edir ki, daxil olmuş material üzrə inzibati xəta törətmiş şəxs X3 N nömrəli hərbi hissənin 3-cü taborunun 5-ci bölüyünün 1-ci taqımının 1-ci qrupunda kəşfiyyatçı-istehkamçı vəzifəsində xidmət edərkən xx.xx.2025-ci il tarixdə, saat 06:45 radələrində ayaqyolunda aralarında tabelik münasibətləri olmayan, onunla eyni taqımda kəşfiyyatçı-radiotelefonçu vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zəminində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq sonuncunun ünvanına nalayiq ifadələr işlətməklə onun şərəf və ləyaqətini alçaltmışdır. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı iş materiallarını araşdıraraq hesab edir ki, daxil olmuş material üzrə inzibati xəta törətmiş şəxs, əsgər X1 Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati materialda olan sənədlərin siyahısında inzibati xəta törətmiş şəxsin soyadı Alməmmədov, həmin materialın 2-ci vərəqəsində Alməmmədov, 3-cü vərəqəsində, 4-cü vərəqəsində, 5-ci vərəqəsində, 6cı vərəqəsindəki izahatda, 9-cu vərəqədə olan izahatda, 10-cu vərəqədə olan izahatda, 11-ci vərəqədə olan əmrdən çıxarışda, 12-ci vərəqədə olan xidməti xasiyyətnamədə, 13cü vərəqədəki tibbi xasiyyətnamədə, 14-cü xidməti vərəqədə, 21-ci vərəqədə olan arayışda, 22-23-cü vərəqələrdəki qərarda, inzibati xəta haqqında iş üzrə məhkəməyə çağırılacaq şəxslərin siyahısında və 25-26-cı vərəqələrdə olan məktublarda Alməmmədov kimi göstərildiyindən qərarı tərtib edilmiş orqana geri qaytarılmalıdır. Baxılan inzibati xəta ilə Naxçıvan Hərbi Prokurorluq orqanı tərəfindən barəsində inzibati xəta törətmiş şəxsin soyadı düzgün göstərilməmişdir. Məhkəmə inzibati xəta haqqında işə baxarkən həmin materialın 20-ci vərəqəsində olan hərbi biletdə soyad Alməmmədli olduğu göstərilmişdir. Lakin məhkəmənin elektron məhkəmə sisteminin CMS proqramında proses iştirakçılarının siyahısında Alməmmədov soyadı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.3-cü və 54.5-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi düzgün göstərilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan, yəni inzibati xəta törətmiş əsgər X1 barəsində göstərilən pozuntular aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edilməsi mümkündür. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X5 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət edən əsgər X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş 28 yanvar 2025-ci il tarixli, 10 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş materiallar onu tərtib etmiş orqana-Naxçıvan Hərbi Prokurorluğuna geri qaytarılsın. Sədrlik edən İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar