Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-120/2024 22.11.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Məmmədova Nərmin Fərəməz qızının katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorunun böyük köməkçisi, ədliyyə polkovnik-leytenantı X2 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxx 2005-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, ünvanda qeydiyyatda olmaqla N saylı hərbi hissənin, 1-ci maneə ləğvetmə bölüyünün, 1-ci minatəmizləmə taqımının, 1-ci mina təmizləmə manqasında baş istehkamçı vəzifəsində xidmət edən, əsgər, N saylı hərbi hissənin əsgər yataqxanasında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında Qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, N saylı hərbi hissənin əsgərı Şəxs oğlu(hərbi bilet SX № *******) xx.xx.2024-cü il tarixdə, saat 12:00 radələrində N №-li hərbi hissənin 1-ci taborunun əsgər yataqxanasında olarkən televizorda izlənən kanalı dəyişməsi səbəbindən N №-li hərbi hissənin 1-ci mühəndis-istehkam bölüyünün, 1-ci mühəndis-istehkam taqımının, 2-ci mühəndis-istehkam manqasının sürücüsü vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs (hərbi bilet SX № *******) ilə aralarında mübahisə yaranmış, əsgər Zərərçəkmiş şəxs ona kanalı digər kanala dəyişməsini və pultu ona verməsini dedikdə, kanalı dəyişməmiş, pultu ona verməmişdir. Həmin vaxt əsgər Zərərçəkmiş şəxs əsgər Şəxs əlindən saldığı şampunu götürmüş, əsgər Zərərçəkmiş şəxs şampunu qaytarmadıqda, bu barədə rəislərə məruzə etməklə mübahisəyə son qoymaq imkanı olduğu halda, əsgər Şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində təsbit olunmuş "hərbi qulluqçular bir-birinə münasibətdə nəzakətli və təmkinli olmalıdırlar” tələbləri pozaraq əsgər Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlədib onun şərəf və ləyaqətini alçaltmaqla və ayağından təpiklə vurub, daha sonra itələyib çarpayıya yıxıb zor tətbiq etməklə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs izahatında xx.xx.2024-cü ildə, saat təxminən 12:00 radələrində N №-li hərbi hissənin Sədərək taborunun 2-ci mərtəbəsində əsgər yataqxanasında olan televizorun pultunu götürüb kanalı dəyişdiyini, bu zaman televizora baxan əsgər Zərərçəkmiş şəxs ona kanalı İTV- yə çevirməsini dediyini, lakin kanalı çevirmədiyini, hamama getmək üçün yuyunma ləvazimatlarını götürdükdə şampununun yerə düşdüyünü, əsgər Zərərçəkmiş şəxs şampunu götürdüyünü, şampunu verməsini dedikdə, onun şampunu qaytarmadığını, bir neçə dəqiqədən sonra çarpayıların arasında olan əsgər Zərərçəkmiş şəxs yanına gəldiyini, acıqlı olduğundan ona qarşı nalayiq ifadə işlədib şampunu qaytarmasını dediyini, Zərərçəkmiş şəxs da ona qarşı nalayiq söz işlətməklə şampunu qaytarmayacağını dedikdə, sağ ayağı ilə onun sağ ayağından vurduğunu, əli ilə onun əlindəki şampunu bir neçə dəfə dartıb onunla itələşdiyini, Zərərçəkmiş şəxs itələdiyindən onunla birlikdə çarpayıya yıxıldığını, bu zaman Zərərçəkmiş şəxs alnının digər çarpayının döşəyinə sürtündüyünü, N №-li hərbi hissədə xidmət edən hərbi qulluqçunun müdaxiləsindən sonra əsgər Zərərçəkmiş şəxs ayrıldığını, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsdən üzr istədiyini göstərdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs izahatında xx.xx.2024-cü ildə, saat təxminən 12:00 radələrində Sədərək taborunun 2-ci mərtəbəsində əsgər yataqxanasında olan televizorda yayımlanan İTV kanalına baxdığını, əsgər Şəxs masanın üzərində olan pultu götürərək televizorun kanalını İTV-dən ATV-yə çevirdiyini, ona kanalı İTV-yə çevirməsini dediyini, Şəxs ona ATV-yə baxmasını bildirdiyini, bir neçə dəqiqədən sonra əsgər Şəxs dolabdan yuyunma ləvazimatlarını götürüb irəliləyərkən əlindən şampununu yerə saldığını, tez şampunu götürdüyünü, Şəxs şampunu qaytarmasını dedikdə, şampunu qaytarmadığını, onun çıxıb getdiyini, bir neçə dəqiqədən sonra çarpayıların yanında olarkən əsgər Şəxs onun yanına gəlib şampunu istədiyini, ona "pultu ver, mən də şampunu geri qaytarım” dediyini, bu vaxt Şəxs ona qarşı nalayiq ifadə işlətdiyini, ona nalayiq formada şampunu verməyəcəyini dedikdə, Şəxs sağ ayağı ilə onun sağ ayağından vurduğunu, əlini atıb onun əlindəki şampunu almaq istədiyini, şampunu verməyib özünə tərəf çəkdiyini, həmin vaxt çarpayının üzərinə yıxıldıqlarını, əsgər Şəxs onun üzərində olduğunu, bu zaman alnının digər çarpayının matrasına sürtüşdüyünü, heç bir xəsarət almadığını, Şəxs ondan üzr istədiyini, onu bağışladığını göstərdi, Məhkəmə iclasında iştirak edən şahidlər Şahid1 və Şahid2 da izahatlarında göstərilən xüsusatları təsdiq etdilər. Beləliklə, əsgər Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Göstərilən xüsusatlar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs, zərər çəkmiş əsgər Zərərçəkmiş şəxs, şahidlər - əsgər Şahid1 və MAHHX HQ, kiçik çavuş Şahid2 izahatları, məhkəmə-tibbi müayinə aktı və araşdırma zamanı toplanmış digər sənədlərlə öz təsdiqini tapmışdır. xx.xx.2024-cü il tarixli, 601 №-li məhkəmə-tibbi müayinə aktında əsgər Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrində əzilmiş yara, sıyrıq və qançırlar olduğu, həmin xəsarətlərin bərk küt əşyanın təsirindən törənməyə xarakterik olması, xəsarətlərin müayinə olunanın göstərdiyi tarixlərdə və şəraitlərdə törənmələri, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələrinin təyin olunmadığı göstərilmişdir. N №-li hərbi hissə komandanlığı tərəfindən əsgərlər Şəxs və Zərərçəkmiş şəxs mənfi xarakterizə edilmişdirlər. N №-li hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 198 №-li əmrindən çıxarışda əsgər Şəxs N №-li hərbi hissənin 1-ci maneə ləğvetmə bölüyünün, 1-ci mina təmizləmə taqımının, 2-ci mina təmizləmə manqasında istehkamçı vəzifəsinə təyin edildiyinə görə hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminata daxil edilməsi göstərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 198 №-li əmrindən çıxarışda əsgər Zərərçəkmiş şəxs N №-li hərbi hissənin rabitə bölüyünün, radio taqımının, 3-cü radio manqasının radiotelefonçusu vəzifəsinə təyin edildiyinə görə hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminata daxil edilməsi qeyd olunmuşdur. N №-li hərbi hissə komandanlığı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 123 №-li arayışda əsgər Şəxs ilə əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibəti olmadığı qeyd olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxsin və şahidlərin izahatları ilə yanaşı, iş üzrə istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən inzibati xəta haqqında işin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçatması və ya ona zor tətbiq etməsi - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətməsini və zərərçəkmiş şəxsin onu bağışlamasını iş üzrə yüngülləşdirici hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törətdilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olması və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasının aşağı həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.
2. Qərarın icrası əsgər Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın
3. İnzibati həbs müddəti əsgər Şəxs hərbi xidmət müddətinə daxil edilməsin.
4. Qərarın icrası 10-cu Hərbi Polis Bölməsinin Hauptvaxtına həvalə edilsin.
5. Əsgər Şəxs 10-cu Hərbi Polis Bölməsinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N nömrəli hərbi hissənin komandirinə həvalə edilsin.
6. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən Səxavət Hüseynov