Məhkəmə qərarları › İş №3-1(092)-120/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərardad — İş №3-1(092)-120/2025

08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3-1(092)-120/2025 08.10.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Mən, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin sədri Həsənov Polad Vəli oğlu N nömrəli hərbi hissədə xidmət edən əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarını məhkəmə iclasında baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: N nömrəli hərbi hissənin komandiri, polkovnik-leytenant Rəşad Məmmədovun N oktyabr 2025-ci il tarixli, 3-25216/2-1986/2025 nömrəli məktubu ilə N №-li hərbi hissədə xidmət edən əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair N oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan N oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 16 avqust 2006-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, deməsinə görə əvvəllər inzibati xəta törətməmiş, Şəmkir rayonu, Şiştəpə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, N nömrəli hərbi hissənin minaatan artilleriya batareyasının 1-ci taqımının 1-ci manqasının heyət nəfəri vəzifəsində xidmət edən əsgər Şəxs (SX0859579)həmin vəzifəsində xidmət edərkən, 21 avqust 2025-ci il tarixdə, saat 16:50 radələrində avtomobil parkında tabelik münasibətlərində olmayan N №-li hərbi hissənin minaatan artilleriya batareyasının 2-ci taqımının 4-cü heyət nəfəri vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zəminində, qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozub Zərərçəkmiş şəxs ünvanına var-yoxsuz ifadəsini işlədərək onun şərəf və ləyaqətini alçaltmışdır. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı iş materiallarını araşdıraraq hesab edir ki, daxil olmuş material natamam olduğuna görə onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarının araşdırılması zamanı müəyyən olunur ki, N nömrəli hərbi hissənin minaatan artilleriya batareyasının 1-ci taqımının 1-ci manqasının manqa komandiri vəzifəsində xidmət edən əsgər Şəxs istinad edilən inzibati xəta hadisəsi 21 avqust 2025-ci il tarixdə, saat 16:50 radələrində baş vermiş və həmin hadisə 22 avqust 2025-ci ildə aşkar olunaraq hərbi hissə komandirinə bu barədə raportla məlumat verilmişdir. Bunadan əlavə hadisə ilə bağlı tərtib olunmuş xülasə ilə də hərbi hissə komandirinə əsgər Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin tərkib əlamətlərinin olması səbəbindən inzibati xəta haqqında protokol tərtib olunması təklif olunmuşdur. Ancaq N nömrəli hərbi hissə komandiri polkovnik-leytenant Rəşad Məmmədov tərəfindən əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə protokol tərtib olunan zaman Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsinin tələbilərinə əməl olunmamış və inzibati xətanın törədilməsi faktı aşkar edildikdən 47 gün sonra, N oktyabr 2025-ci il tarixdə tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsinin tələbinə görə İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir (İXM-nin 101.1-ci maddəsi). İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir(101.2-ci maddə). İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə(İXM-nin 102.5-ci maddəsi İnzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır.) tərtib edilir(İXM-nin 101.3-cü maddəsi). İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən sonra müvafiq prtokolun İnzibati Xətalar Məcəlləsinin yuxarıda göstərilən tələblərinə uyğun olaraq dərhal deyil də 47 gün sonra tərtib edilməsinin səbəblərini müəyyən etmək üçün zəruri sənədlər İnzibati xəta haqqında iş üzrə materiallara əlavə edilməmişdir. Bu səbəbdən inzibati xəta haqqında iş üzrə İnzibati Xətalar Məcəlləsinin 101.2 və 101.3-cü maddələrində nəzərdə tutlmuş halların mövcud olub-olmamasını, inzibati xəta haqqında iş üzrə inzibati araşdırma aparılıbaparılmamasını müəyyən etmək mükün deyildir. Bundan əlavə İş materiallarında 21-ci vərəqdə olan inzibati xəta törətmiş şəxsin stansionar müalicədə olmasına dair arayış müvafiq qaydada möhürlə təsdiqlənməmişdir. Beləliklə də, məhkəmə qeyd olunanları inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirməklə işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyri-mümkün hesab edir və belə olduğu təqdirdə məhkəmənin gəldiyi qənaətə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə N nömrəli hərbi hissədən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər yuxarıda qeyd olunmuş çatışmamazlıqların aradan qaldırılması üçün həmin səlahiyyətli orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xətalar haqqında işə baxılmasına hazırlıq mərhələsində hakim tərəfindən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarıla bilər. Bu halda məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin inzibati xətalar haqqında işin baxılmağa hazırlanması mərhələsində qəbul edilmiş hazırki qərardadı məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Bu səbəbdən də, yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edilməsi mümkündür. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X1 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair N nömrəli hərbi hissədən daxil olmuş N oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında protokol və ona əlavə olunmuş materiallar natamam olduğundan onu tərtib etmiş orqana-N nömrəli hərbi hissəyə geri qaytarılsın. Sədr Polad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar