Məhkəmə qərarları › İş №3-1(092)-123/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-123/2024

03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-123/2024 03.12.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Məmmədova Nərmin Fərəməz qızının katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokururunun köməkçisi kiçik ədliyyə müşaviri X1 Zərərçəkmiş: X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə 30 avqust N05 -ci il tarixdə Quba rayonunun ikinci Nüğədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, yaşayış yeri üzrə Quba rayonunun ikinci Nüğədi kəndində qeydiyyatda olmaqla, Müdafiyə Nazirliyinin N sayli hərbi hissənin tərkibində olan N saylı hərbi hissənin 3-cü ağır yükdaşıma bölüyünün 2-ci ağır yükdaşıma taqımının, 2-ci ağır yükdaşıma manqasının əsgəri həmin hərbi hissənin əsgər yataqxanasında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İşin materiallarında olan 03 dekabr N24-cü il tarixli inzibati xəta haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, əsgər Şəxs Uzeir oğlu (SX N° ******) Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tabeliyində olan N9 nömrəli hərbi hissənin 3-cü ağır yükdaşıma bölüyünün, 2-ci ağır yükdaşıma taqımının, 2-ci ağır yükdaşıma manqasının takelajçısı vəzifəsində xidmət edərkən, 18 avqust N24-cü il tarixdə saat 08:30 radələrində hərbi hissənin idman şəhərciyində su qumqumasının birkasının olmaması səbəbindən onunla tabelik münasibətlərində olan kiçik gizir Zərərçəkmiş şəxs ona irad tutmasına görə aralarında mübahisə yaranmış, mübahisə zamanı kiçik gizir N.Eyvazovun ünvanına nalayiq ifadə işlətməklə onun şərəf və ləyaqətini alçaltmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs barəsində ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, kiçik gizir Zərərçəkmiş şəxs hərbi xı dmət dövründə, N9 nömrəli hərbi hissənin 3-cü bölüyünə təyin olunandan sonra görüb tanıdığını, aralarında tabelik münasibətləri olduğunu, 18 avqust N24-cü il tarixdə, saat 08:30 radələrində hərbi hissənin idman şəhərciyində şəxsi heyətlə birlikdə idmanda olan zaman tabor üzrə cavabdeh kiçik gizir Zərərçəkmiş şəxs saat 09:30 radələrində əsgərlərin qumqumalarına baxan zaman onun qumqumasının birkasının olmadığını görüb səbəbini soruşduğunu, Zərərçəkmiş şəxs qumqumaları çirkli olduğundan onu yuduğunu, bu səbəbdən də birkası islanaraq bu səbəbdən yararsız hala düşdüyünü, yeni birkanın kompyuterdən çıxardıb verməsini əsgər yoldaşı Səbuhi Hacımuradova dediyini, Zərərçəkmiş şəxs ona “əsgər yoldaşın sənin çavuşundur, ya bölük komandirindir?” deyə soruşduqda Zərərçəkmiş şəxs “sizə dəfələrlə məruzə etmişəm, hansı problemimi həll etmisiniz, məni yola verirsiz” deyə ona cavab qaytardığını, buna görə onunla aralarında mübahisə yarandığını, mübahisə zamanı əsəbləşərək özünü saxlaya bilməyib kiçik gizir Zərərçəkmiş şəxs “sənin filan yerinə ağac soxmaq mənə borc olsun” deyərək onun şərəf və ləyaqətini alçaltdığını, törətdiyi əməldən peşman olduğunu, ondan üzr istədiyini göstərdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərdi ki, N nömrəli hərbi hissə komandirinin müvafiq əmri ilə xx.xx.N19-cu il tarixdən N nömrəli hərbi hissənin tabeliyində olan N9 nömrəli hərbi hissənin 3-cü ağır yükdaşıma bölüyünün 1-ci ağır yükdaşıma taqımının komandiri vəzifəsinə təyin edildiyini, əsgər Şəxs xidmət dövründə sözügedən bölükdə görüb tanıdığını, aralarında tabelik münasibətləri olduğunu, 18 avqust N24-cü il tarixdə, həftənin bazar günü tabor üzrə cavabdeh olan zaman saat 08:30 radələrində şəxsi heyəti idman tədbirinə çıxardığını, saat 09:30 radələrində əsgərlərin üzərində olan su qumqumalarını yoxlayan zaman əsgər Şəxs üzərində olan qumqumanın birkasının olmadığını görüb ondan nə üçün qumqumanın üzərində birka olmadığını soruşduğunu, Şəxs ona “su dolduranda birka islanıb” deyə cavab verdiyini, Şəxs “mənə niyə deməmisən?” deyə soruşduqda “sən mənə birka verməmisən” deyə cavab verdiyini, Şəxs “birkanı sənə kim verib?, mən bölük komandiri əvəziyəm, mən vermişəm” dediyini, Şəxs ona “bölük komandiri kimi bizə heç vaxt köməklik etməmisiniz” deyə cavab verdiyini, Şəxs verdiyi cavabdan əsəbləşib aralarında sözlü mübahisə yaranmış, mübahisə zamanı Şəxs onun ünvanına nalayiq ifadə işlədərək onun şərəf və ləyaqətini alçaltdığını, onu bağışladığını, ondan şıkayət və tələbinin olmadığını göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 da verdiyi izahatında göstərilən xüsusatları təsdiq etdilər. Beləliklə, N9 nömrəli hərbi hissədə xidmət edən əsgər Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt, əsgər Şəxs, kiçik gizir Zərərçəkmiş şəxs, əsgər Şahid1, əsgər Şahid2 ifadələri və materiala əlavə edilmiş digər sənədlərlə təsdiqini tapmışdır. N nömrəli hərbi hissədən verilmiş arayışda N9 nömrəli hərbi hissənin N nömrəli hərbi hissənin tərkibində olduğu göstərilmişdir. N nömrəli hərbi hissə komandirinin N aprel N24-cü il tarixli 89 N°-li əmrindən çıxarışda əsgər Şəxs N9 nömrəli hərbi hissənin 3-cü ağır yükdaşıma bölüyünün 2-ci ağır yükdaşıma taqımının 2-ci ağır yükdaşıma manqasının takelajçısı vəzifəsinə təyin edildiyi göstərilmişdir. N nömrəli hərbi hissədən verilmiş arayışda N nömrəli hərbi hissə komandirinin xx.xx.N19-cu il tarixli 6 N°-li əmri ilə kiçik gizir Zərərçəkmiş şəxs N9 nömrəli hərbi hissənin 3-cü ağır yükdaşıma bölüyünün 1-ci ağır yükdaşıma taqımının komandiri vəzifəsinə təyin edildiyi göstərilmişdir. N9 nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xidməti xasiyyətnamədə əsgər Şəxs müsbət, kiçik gizir Zərərçəkmiş şəxs isə mənfi xarakterizə olunmuşlar. Həmçinin N nömrəli hərbi hissə tərəfindən verilmiş arayışda N9 nömrəli hərbi hissənin əsgəri Şəxs ilə N9 nömrəli hərbi hissənin kiçik giziri Zərərçəkmiş şəxs aralarında tabelik münasibətlərinin olduğu göstərilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə baxışında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin izahatları ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgəri Şəxs oğlunun törətdiyi əməllərdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-ci maddəsinə əsasən Rəisin yaxud hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsin şərəf və ləyaqətini alçaltma, rəisin, yaxud hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsin hərbi xidmət üzrə öz vəzifəsinin yerinə yetirməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə ələqadar şərəf və ləyaqətini alçaltma -on gündən iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən isə inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Naxçıvan Qarnizon hauptvaxtı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qaravul Xidmətləri Nizamnaməsi” nin və Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral N23-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, hauptvaxta qəbulu, saxlanması,mühafizəsi, və həbsdən azad edilməsi Qaydaları”nın tələblərinə uyğun olmadığından hauptvaxtın fəaliyyəti dayandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq əsgəri Şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilməsini iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə müddəalarına uyğun olaraq əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törətdilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların mövcudluğunu və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki əsgəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilərək, ona nəzərən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməməli, o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, əsgər Şəxs törətdiyi əmələ görə intizam məsuliyyətinə cəlb olunması üçün iş üzrə toplanmış materiallar xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandanlığına göndərilməlidir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. İş üzrə maddi sübut yoxdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: 1) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. 2) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh tətbiq edilməsin, barəsində başlanılmış hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin, onun intizam qaydasında cəzalandırılması xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına həvalə edilsin. 3) Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar