Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-129/2025 28.10.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Sədr: Həsənov Polad Vəli oğlunun sədrliyi, Məhkəmə iclas katibi : Seyidov Eyvaz Yusif oğlunun katibliyi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili, X1 iştirakları ilə 11 avqust 2006-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,(SX № 0836886), subay, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, Samux rayonunun Kəsəmən kəndində qeydiyyatda olan, hal hazırda N nömrəli hərbi hissənin 2-ci taborunun 5-ci bölüyünün 3-cü taqımının 1ci manqasının pulemyotçusu vəizfəsində xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Əsgər Şəxs 11 oktyabr 2025-ci il tarixdə, saat 15:30 radələrində N nömrəli hərbi hissənin şərti “Şimşək” adlandırılan ön xətt mövqeyində təmizlik işlərinin aparılmasına görə aralarında yaranmış mübahisə zəminində tabelik münasibətlərində olmadığı əsgər Zərərçəkmiş şəxs boğazından tutub sıxaraq onu geriyə doğru itələdiyindən əsgər Zərərçəkmiş şəxs ayağı metlax döşəmənin üzərində sürüşərək yerə yıxılmış və həmin vaxt sol almacıq nahiyəsi 20 litrlik su qabının ağız nahiyəsinə dəyməsi nəticəsində “Sol gözətrafı nahiyənin qançırı və göz almasının ağlı qişasının qansızması ilə müşayiət olunan sol gözaltı nahiyənin sıyrığı” diaqnozlu sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarət almışdır. Faktla bağlı əsgər Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olubolmamasının müəyyən edilməsi üçün 28 oktyabr 2025-ci il tarixdə N nömrəli hərbi hissənin komandiri, polkovnik X2 tərəfindən onun barəsində inzibati xəta haqqında iş üzrə ******* nömrəli protokol tərtib edilmiş, bununla bağlı protokol və müvafiq material baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs 11 oktyabr 2025-ci il tarixdə, saat 15:00 radələrində xidmət etdiyi mövqenin əsgər yataqxanasında gizir Əmir Cəfərovun ona və digər əsgərlərə yataqxanada və çöl ərazidə təmizlik işləri aparılması barədə tapşırıq vermişdir. Lakin konkret olaraq kimin nə iş görməsi ilə bağlı tapşırıq vermədiyindən, əsgərlər öz aralarında iş bölgüsü aparməşlar. Saat 15:30 radələrində yataqxananın dəhlizində heç bir iş görməyən əsgər Zərərçəkmiş şəxs yaxınlaşıb ona, birlikdə yataqxananı, dəhlizi və hamam otağını təmizəməyi təklif etmiş, o, isə razılşamayıb get gizir Əmir Cəfərova denən “işləri gəlib özü bölüşdürsün” demişdir. Ona “gəl bir-birimizi başa düşək əsgər yoldaşıyıq dedikdə, Zərərçəkmiş şəxs isə cavabında “mən yoğuna hörmət edirəm” cavabını vermişdir. Onun bu sözündən aralarında mübahisə yaranmış və ona hamam otağında söhbət etməyi təklif etmişdir. Birlikdə hamam otağına daxil olmuşlar. Onları kiminsənin görməsini istəməmişdir. Orada aralarında baş verən mübahisə zamanı əsgər Zərərçəkmiş şəxs əsəbiləşərək sağ əli ilə onun qarın nahiyəsindən bir yumruq vurmuş və ona “mənə qarşı hərəkət etməyən mənim kəmərimdən aşağı oğlandır” demişdir. O, da cavab olaraq sağ əli ilə onun boğazından tutub sıxmışdır. Əsgər Zərərçəkmiş şəxs sağ əli ilə onun sinə nahiyəsindən cırmaq atmış, o, da Zərərçəkmiş şəxs boğazından möhkəm şəkildə geriyə doğru itələmişdir. Həmin vaxt əsgər Zərərçəkmiş şəxs arxaya doğru gedib hər iki ayağı metlax döşəmənin üzərində sürüşdüyündən yerə yıxılmış və sol almacıq nahiyəsi 20 litrlik su qabının ağız nahiyəsinə dəyərək qanamışdır. Bundan sonra Zərərçəkmiş şəxs ayağa qalxıb, ondan bu barədə heç kəsə deməməyini xahiş etmişdir. O, yalandan post böyüyünə sifətinin oduna dəydiyini demiş, sonra həmin gün onu tabor mərkəzinə düşürmüşlər. Əməlindən peşiman olmuş və zərərçəkmiş şəxsdən üzr istəyir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs 11 oktyabr 2025-ci il tarixdə, saat 15:30 radələrində xidmət etdiyi” mövqenin əsgər yataqxanasının dəhlizində əsgər Şəxs ona yaxınlaşaraq onunla birlikdə yataqxananı, dəhlizi və hamam otağını təmizəməyi təklif etmiş, o, isə onunla razılşamayıb get gizir Əmir Cəfərova denən “işləri gəlib özü bölüşdürsün” demişdir. Əsgər Şəxs ona “gəl bir-birimizi başa düşək əsgər yoldaşıyıq” dedikdə, cavabında “mən yoğuna hörmət edirəm” demişdir. Əsgər Şəxs onun üzərinə gəlmiş, o, da Şəxs üzərinə gedib alnını onun alın nahiyəsinə dayamışdır. Əsgər Şəxs ona gəl hamama gedək orada söhbət edək demiş və birlikdə hamam otağına getmişlər. Orada baş verən mübahisə zamanı əsəbiləşərək sağ əli ilə əsgər Şəxs qarın nahiyəsindən bir yumruq vurmuş və ona “mənə qarşı hərəkət etmyən mənim kəmərimdən aşağı oğlandır” demişdir. Əsgər Şəxs sağ əli ilə onun boğazından tutub sıxmış, o, da sağ əli ilə Şəxs sinə nahiyəsindən tutmaq istəyərkən barmaqlarının onun sinə nahiyəsinə dəyərək ona cırmaq izləri atmışdır. Əsgər Şəxs da onu boğazından möhkəm şəkildə onu geriyə doğru itələmişdir. Həmin vaxt hər iki ayağının metlax döşəmənin üzərində sürüşdüyündən müvazinətimi itirib yerə yıxılmış və sol almacıq nahiyəsi hamamda olan 20 litrlik su qabının ağız nahiyəsinə dəyərək qızarmışdır. Bundan sonra nəsə problem yaranacağından qorxduğu üçün ,əsgər Şəxs bu barədə heç kəsə heçnə deməməsini xahiş etmişdir. Özü isə oduna dəyməsini məruzə etmişdir. Şəxs bağışlamışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim edilmiş arayışlardan görünür ki, əsgər Şəxs ilə əsgər Zərərçəkmiş şəxs hərbi qulluqçu hesab olunurlar və onlar arasında tabelik münasibətləri yoxdur. Əsgər Zərərçəkmiş şəxs barəsində olan xx.xx.2025-ci il tarixli, 600 №-li müayinə aktından əsgər Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun almış olduğu xəsarət-sol gözətrafı nahiyənin qançırı və göz almasının ağlı qışasının qansızması ilə müşaiyət olunan sol gözaltı nahiyənin sıyrığı-bərk küt əşyanın təsirindən törənməyə xarakterikdir olduğu, məhkəmə-tibbi müayinə zamanı göstərdiyi tarixdə və şəraitdə törənməsi istisna olunmadığı, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin olunmadığı göstərilmişdir. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə əsgər Şəxs mənfi xarakterizə edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını, o cümlədən inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – Şəxs istinad edilən inzibati xətanın qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur. Həmin sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs istinad edilən inzibati xətanın baş verməsi faktı və halları, onun həmin hadisə ilə əlaqəsi, törədilmiş xətanın əlamətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, inzibati xətanın törədilməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan - əsgər Şəxs təqsirliliyi təsdiq olunur. Beləliklə, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs aralarında yaranmış mübahisə zəminində tabelik münasibətlərində olmadığı əsgər Zərərçəkmiş şəxs boğazından tutub sıxaraq onu geriyə doğru itələməsi, əsgər Zərərçəkmiş şəxs ayağı metlax döşəmənin üzərində sürüşərək yerə yıxılması və həmin vaxt sol almacıq nahiyəsinin su qabının ağız nahiyəsinə dəyməsi nəticəsində “Sol gözətrafı nahiyənin qançırı və göz almasının ağlı qişasının qansızması ilə müşayiət olunan sol gözaltı nahiyənin sıyrığı” diaqnozlu sağlamlığa zərər vurmayan, dərəcəsi təyin olunmayan xəsarət yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq Şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəməsini iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinin müddəalarına uyğun olaraq Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçatması və ya ona zor tətbiq etməsi - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Həmçinin həmin məcəllənin 156.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun inzibati həbs müddəti hərbi xidmət müddətinə daxil edilmir. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ərazi üzrə-İdarənin tabeliyində olan 10-cu Hərbi Polis bölməsində mövcud olan qarnizon hauptvaxtının bina və otaqlarının quruluşu, habelə təminat və təchizatı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinin və Azərbaycan Respublikası müdafiə nazirinin 23 fevral 2023-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın tələblərinə uyğun olmadığından fəaliyyəti dayandırılmışdır. Tələblərə cavab verən yeni hauptvaxtın tikintisi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini - Baş direktora müraciət edilmişdir. 10-cu Hərbi Polis bölməsində yeni hauptvaxt binası tikilib istifadəyə verilənə qədər, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiklərinə görə Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi tərəfindən barələrində inzibati həbs tətbiq edilmiş hərbi qulluqçuların, müvafiq məhkəmə qərarlarında saxlanılma yeri konkret olaraq göstərilməklə, Hərbi Polis İdarəsinin tabeliyində fəaliyyət göstərən 1-ci (Bakı şəhəri), 2-ci (Sumqayıt şəhəri, Hacı Zeynallabdin qəsəbəsi) və 3-cü (Gəncə şəhəri) hərbi polis bölmələrinin hauptvaxtlarına göndərilməsi məqsədə uyğundur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, əsgər Şəxs barəsində bu qərarla təyin ediləcək inzibati həbs növündə tənbeh tədbirinin icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilməlidir. Həmçinin əsgər Şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi isə onun hazırda xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinə həvalə edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, bu qərarla əsgər Şəxs barəsində təyin ediləcək inzibati həbsin əvvəli əsgər Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablanmalıdır. İş üzrə məhkəmə xərci əsgər Şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili X1 göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğdən ibarətdir. Məhkəmə belə qənaətə gəlir ki, həmin məbləğ Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili X1 təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 12 (on iki) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.
2. Qərarın icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilsin.
3. İnzibati həbsin əvvəli əsgər Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablansın.
4. Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi onun xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinə həvalə edilsin.
5. İş üzrə məhkəmə xərci əsgər Şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili X1 göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğ Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili X1 təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilsin.
6. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən Polad Həsənov