Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3-1(092)-131/2024 24.12.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Mən, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin hakimi Orucəliyev X5 Nazirliyinin N №-li hərbi hissəsində xidmət edən MAHHXHQ-su əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarını məhkəmə iclasında baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Naxçıvan Hərbi Prokurorluğunun 24 dekabr 2024-cü il tarixli, 3-3-250/2-047142/2024 nömrəli məktubu ilə Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində xidmət edən MAHHXHQ-su əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsi ilə təqsirləndirilməsinə dair 24 dekabr 2024-cü il tarixli, 3-3-250/013478/2024 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 24 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx xxxxxxx 1999-cu ildə Naxçıvan şəhərində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmayan, Culfa rayonunun Yaycı kəndində qeydiyyatda olmaqla Naxçıvan şəhəri, İstiqlal küçısi ev 124-də yaşayan, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Əliyev X3 Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci təlim taborunun 6-cı təlim bölüyünün 3-cü taqım komandirinin müavini-manqa komandiri vəzifəsində xidmət edərkən, 30 sentyabr 2024-cü il tarixdə saat 17:00-da hərbi hissənin 1-ci taborunun yataqxanasının qarşısında patrul növbətçiliyinə başlamazdan əvvəl patrul naryadlarına təlimat keçirilməsi ilə əlaqədar hərbi qulluqçularla birlikdə sırada dayanan zaman sağ ayağını diz nahiyəsindən bükmüş, həmin vaxt patrul rəisi xidmətinə təyin olunmuş, tabelik münasibətlərində olan həmin hərbi hissənin 4-cü təlim taborunun 12-ci təlim bölük (kəşfiyyat ixtisası hazırlığı üzrə) komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət etmiş, hazırda N nömrəli hərbi hissədə xidmət edən baş leytenant X4 ona yaxınlaşıb sırada düzgün dayanmadığını deyib irad bildirmiş, o, isə ayağını düzəldib baş leytenant F.Y.Dadaşova düzgün dayandığını demiş, baş leytenant F.Dadaşov sırada düzgün dayanmadığına görə ona yenidən irad bildirdikdə aralarında sözlü mübahisə yaranmış və o, mübahisə zamanı baş leytenant F.Y.Dadaşovun ünvanına nalayiq ifadələr işlətməklə onun şərəf və ləyaqətini alçaltmışdır. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı iş materiallarını araşdıraraq hesab edir ki, daxil olmuş material natamam olduğuna görə onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə əsasən bu Məcəllənin 162-1, 191.1, 195.1, 197.3, 197.4, 197.5, 205, 253-1.1.1 (yaşıllıqların kadastrının aparılmamasına münasibətdə), 253-1.1.2 (yaşıllıqların kadastr məlumatlarının təhrif edilməsinə münasibətdə), 249, 284.2, 339.2 - 339.5, 340.2, 341, 376, 399, 410.3, 440-1.1 (dövlət orqanlarına (qurumlarına) və bələdiyyələrə münasibətdə), 440-1.2, 440-1.3, 445-1, 516-1.2 (qəbiristanlıqların qorunması tələblərinin pozulmasına münasibətdə), 516-1.3 (dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə münasibətdə), 528-1.3, 531, 538- 1.4 - 538-1.6, 540.5, 550.2-550.5, 558.2, 558.3, 559, 563.2, 567, 568, 569, 573, 594-1, 594- 2, 595.2, 596, 601, 602-2.3, 602-2.4, 606.1 və 610-618-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.5-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarda bu Məcəllənin 100cü maddəsində olan məlumatlar göstərilir. İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə əsasən maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.2-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin aşağıdakı hüquqları vardır: 62.2.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 62.2.2. izahat vermək; 62.2.3. sübutlar təqdim etmək; 62.2.4. vəsatət və etirazlar vermək; 62.2.5. hüquqi yardımdan istifadə etmək; 62.2.6. iş üzrə qəbul edilmiş qərardan şikayət vermək; 62.2.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; 62.2.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; 62.2.9. yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq. 62.3. Zərər çəkmiş şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər. İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmçinin “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 298-ci bəndinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə protokol daxil olduğu gün baxılmalı olduğundan məhkəmə iclası katibi (məsləhətçi) protokol tərtib etmiş orqanın əməkdaşlarının iştirakı ilə məhkəmə iclasına çağırılmalı olan şəxslərin həmin gün məhkəməyə gətirilmələrini təşkil etməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda sadalanan tələblərini rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, MAHHXHQ-su əsgər Şəxs barəsində olan 24 dekabr 2023-cü il tarixli, 3- 3-250/013478/2024 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar Naxçıvan Hərbi prokuroru tərəfindən qəbul edilərkən zərərçəkmiş şəxs-baş leytenant X1 icraatda iştirakı təmin edilərək, ona hüquq və vəzifələri izah edilməmiş, o, MAHHXHQ-su əsgər Şəxs barəsində olan müvafiq qərarla tanış edilməmiş, müvafiq qərarın surəti ona təqdim edilməmiş, həmçinin natamam tərtib olunmuş iş materialları baxılması üçün məhkəməyə təqdim edilərkən zərərçəkmiş şəxs səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim olunmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, zərərçəkmiş şəxs X1 MAHHXHQ-su əsgər Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraat barədə məlumatlandırılmasına dair, o cümlədən zərərçəkmiş şəxsin hüquq və vəzifələrinə dair bildirişin ona göndərilməsinə dair Naxçıvan Hərbi Prokurorluğu tərəfindən iş materiallarına 24 dekabr 2024-cü il tarixli, 3-3-250/2-047113/2024 №-li məktub əlavə edilsə də, həmin məktubun X2 təqdim edilməsinə dair sübutlar iş materiallarına əlavə edilməmişdir. Bununla da Məhkəmə hesab edir ki, müvafiq poçt göndərişi, yəni inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərarın surəti, o cümlədən zərərçəkmiş şəxsin hüquq və vəzifələrinə dair bildiriş İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada zərərçəkmiş şəxsə çatdırılmamışdır. Beləliklə də, məhkəmə qeyd olunanları inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirməklə işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyri-mümkün hesab edir və belə olduğu təqdirdə məhkəmənin gəldiyi qənaətə görə MAHHXHQ-su əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər yuxarıda qeyd olunmuş çatışmamazlıqların aradan qaldırılması üçün həmin səlahiyyətli orqana geri qaytarılmalıdır. Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi.... Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, inzibati xətalar haqqında işə baxılmasına hazırlıq mərhələsində hakim tərəfindən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarıla bilər. Bu halda məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar qəbul etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin qərarı tərtib edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə dəqiq riayət etməlidir. Həmçinin Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edilməsi mümkündür. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X6 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində xidmət edən MAHHXHQ-su əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş 24 dekabr 2024-cü il tarixli, 3-3-250/013478/2024 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş materiallar onu tərtib etmiş orqana-Naxçıvan Hərbi Prokurorluğuna geri qaytarılsın. Hakim Abil Orucəliyev
Məhkəmə qərarları › İş №3-1(092)-131/2024
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərardad — İş №3-1(092)-131/2024
24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver