Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-131/2025 30.10.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi : Zeynalov Əbəlfəz Kazım oğlunu katibliyi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxx 2005-ci il tarixdə Naxçıvan şəhəri Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,(SX № xxxxxxx), subay, orta təhsilli, Babək rayonu Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla, N saylı hərbi hissənin əsgər yataqxanasında yaşayan, N saylı hərbi hissənin 1-ci taborunun 2-ci bölüyünün 2-ci taqımının 3-cü manqasının atıcı qumbaraatan köməkçisi vəzifəsində xidmət edən əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Əsgər Şəxs N oktyabr 2025-ci il tarixdə saat 03:00 radələrində hərbi hissənin əsgər yataqxanasında aralarında yaranmış mübahisə zəminində onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı nalayiq ifadə işlədib, onun şərəf və ləyaqətini alçaltmaqla və sol göz nahiyəsinə bir yumruq zərbəsini vuraraq fiziki zor tətbiq etməklə qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Faktla bağlı əsgər Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olubolmamasının müəyyən edilməsi üçün 30 oktyabr 2025-ci il tarixdə N nömrəli hərbi hissənin komandiri, polkovnik X1 tərəfindən onun barəsində inzibati xəta haqqında iş üzrə ******* nömrəli protokol tərtib edilmiş, bununla bağlı protokol və müvafiq material baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs 05 oktyabr 2024-cü il tarixdən N nömrəli hərbi hissədə xidmət etdiyini, N oktyabr 2025-ci il tarixdə saat 03:00 radələrində istirahət vaxtı olan zaman, yataqxanada istirahət edərkən həmin vaxt yataqxanaya əsgər Zərərçəkmiş şəxs daxil olmuş və yataqxananın içində işığı yandırmışdır.. Həmin vaxt ona “işığı yandırma, işıq gözümə düşür” dedikdə, o da “gözüm zəifdir, səndə sağlam gözdür, mən buşlatımı tapıb geyinim, növbəyə gecikirəm" dedi, o da həmin vaxt yerindən qalxaraq lampanı yerindən açıb götürmək istəyəndə əsgər Zərərçəkmiş şəxs ona imkan verməmiş, bu zaman aralıqda olan taqım komandiri X2 rabitənin yanında bu halı görüb “nə səs küydür" soruşmuş, əsgər Zərərçəkmiş şəxs də ona “əsgər Şəxs lampanı yerindən çıxardır” demişdir. X2 də hər ikisinə “səsinizi atmayın başınıza” deyərək əsgər Zərərçəkmiş şəxs “əynini geyin çıx növbənə” dedi. Həmin gün əsgər Zərərçəkmiş şəxs saat 06:00-dan 08:00-dək növbəni təşkil etdiyini və əsgər Zərərçəkmiş şəxs gözündə eynək olduğuna və onun görmə qabiliyyəti zəif olduğu üçün o patrul xidmətini yalnız yataqxananın ətrafında apardığını, saat 06:10 radələrində istirahət növbəsi bitdikdən sonra yerindən oyanıb yataqxananın qarşısında əsgər Zərərçəkmiş şəxs yaxınlaşaraq “niyə sukalıq edirsən, başımı sikmə” dediyini, o da qarşılığında “mənə suka deyənin öz kişiliyindən xəbəri yoxdur, sukalıq edənin hər şeyini” nalayiq ifadə işlətdiyi üçün o da Əsgər Zərərçəkmiş şəxs işlətdiyi nalayiq ifadəyə əsəbiləşərək sağ əli lə əsgər Zərərçəkmiş şəxs sol göz nahiyəsinə bir yumruq zərbəsini vurmuşdur. Həmin vaxt əsgər Zərərçəkmiş şəxs gözündə olan eynəyin şüşəsinin qırıldığını görmüş və şüşə qırıntısı sol alt göz nahiyəsini kəsərək xəsarət almışdır. Bundan sonra səs- küyə taqım komandiri X2 gələrək əsgər Zərərçəkmiş şəxs eynəyinin qırıq olduğunu və sol gözündən qan axdığını görərək ona “keç içəri gözünün altını spirtlə təmizlə” demiş. Həmin vaxt isə onun üzərinə qışqıraraq “nə üçün dalaşırsınız, nə üstündə dalaşırsınız” deyib yataqxanaya daxil oldu. Yataqxanaya daxil olduqda X2in əsgər Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərdiyini gördüyünü, həmin vaxt yataqxanada o, X2 əsgər Zərərçəkmiş şəxs və əsgər İlyas İsmayılovun olduğunu qeyd etmişdir. Daha sonra X2 hər ikisini də danlayaraq və Şəxs təkrar nə üçün dalaşdığını soruşduqda ona “Zərərçəkmiş şəxs mənə söyüş söydüyünü” dediyini, bu zaman əsgər Zərərçəkmiş şəxs, X2ə “mənə yaxınlaşır üstümə bozarır, nə üçün sukalıq edirsən deyəndə mən də ona cavab qaytardığım üçün məni vurdu" dedi. X2 bu barədə məruzə etmək istədikdə əsgər Şəxs və əsgər Zərərçəkmiş şəxs ondan xahiş edərək “cənab leytenant bir dənə eynəkdən ötrü məruzə eləməyin bir səhvdir edib” dedikdən sonra X2in başı qarışdı və bu barədə heç kimə məruzə etmədiyini, xx.xx.2025-ci il tarixdə saat 14:30 radələrində yataqxanada olan zaman həmin vaxt tabor mərkəzində rabitə vasitəsi ilə zəng gəldiyini və X2 ona xx.xx.2025-ci il tarixdə əsgər Zərərçəkmiş şəxs ilə olan mübahisənizin aşkar olunduğunu dedi. Zərərçəkmiş şəxsda qolu ilə onun boğazından itələdiyini və çıxıb getdiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsdən üzr istədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs 05 oktyabr 2024-cü il tarixdən N nömrəli hərbi hissədə xidmət etdiyini, N oktyabr 2025-ci il tarixdə saat 03:00 radələrində sağ və sol göz nahiyəsində görmə qabiliyyəti zəif olduğuna görə eynək taxdığı üçün həmin mövqedə yataqxananın içində işığı vuraraq döyüş növbətçiliyinə getmək üçün tam təhcizatlı geyinib hazırlaşan zaman Şəxs ona “işığı yandırma işıq gözümə düşür” dedikdə, ona “gözüm zəifdir, səndə sağlam gözdür, mən buşlatımı tapıb geyinib növbəyə gecikirəm” dedi. O da yerindən qalxaraq lampanı yerindən açıb götürmək istəyəndə, ona imkan vermədiyini, bu zaman aralıqda olan taqım komandiri X2 rabitənin yanında görüb “nə səs-küydür?” deyə soruşduğunu, Zərərçəkmiş şəxs ona “əsgər Şəxs lampanı yerindən çıxardır” cavabını verdiyini, X2 də hər ikisinə də “səsinizi atmayın başınıza”, Zərərçəkmiş şəxs isə “əynini tez geyin çıx növbənə” dedi. Zərərçəkmiş şəxs gözündə görmə qabiliyyəti zəif olduğuna görə növbətçiliyi mövqeyin ətrafında apardığını, saat 06:10 radələrində əsgər Şəxs istirahət növbəsi bitdikdən sonra yataqxananın qarşısında ona yaxınlaşaraq “niyə sukalıq edirsən, başımı sikmə” dedikdə, o da ona “mənə suka deyənin öz kişiliyindən xəbəri yoxdur” dedikdə bu zaman əsgər Şəxs sağ əli ilə Zərərçəkmiş şəxs sol göz nahiyəsinə bir yumruq zərbəsi vuraraq, Zərərçəkmiş şəxs eynəyinin şüşəsi qırılaraq həmin şüşə qırıntısı sol alt göz nahiyəmi kəsərək xəsarət almışdır. Həmin vaxt səs-küyə taqım komandiri X2 gələrək eynəyinin qırıq olduğunu görmüş və sol gözündən qan axdığını görərək ona “keç içəri gözünün altını spirtlə təmizlə” dediyini, həmin vaxt əsgər Şəxs üzərinə qışqıraraq “nə üçün dalaşdığını” dedi. X2 Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərərək köməklik etmişdir. Daha sonra X2 əsgər Şəxs təkar “nə üçün dalaşdığını soruşduqda” o da ona “söyüş söyürdü” dedikdə, Zərərçəkmiş şəxs X2ə “mənə yaxınlaşır bozarır, nə üçün sukalıq edirsən deyəndə də ona cavab qaytardığım üçün məni vurdu” dedi. X2 bu barədə məruzə etmək istədikdə ondan xahiş etdiyini, “cənab leytenant bir dənə eynəkdən ötrü məruzə eləməyin bir səhvdir edib” dediyini, sonra X2in başı qarışdı bu barədə heç kimə məruzə etməmiş, xx.xx.2025-ci il tarixdə MAHHXHQ baş çavuş Bəhruz Babayev mövqeyə yoxlamanın gəlməsi ilə bağlı əsgər Zərərçəkmiş şəxs və əsgər Ayxan Paşayevi özü ilə mövqedən aşağıdakı bulağa su doldurmağa apardığını və ona yolda problem olmaması üçün onunla getməyimi dedi. Saat 13:45 radələrində bulaqda su dolduran zaman polkovnik-leytenant Pələngov həmin ərazidə bədən yoxlanışını keçirən zaman Zərərçəkmiş şəxs sol gözaltı nahiyəsində cızıqlar olduğunu görüb Zərərçəkmiş şəxs gözünün altına nə olduğunu soruşduqda ona eynəyi gözümə taxan zaman onun şüşəsi qırılaraq sol gözünü kəsdiyini dedi. Lakin polkovnik-leytenant Pələngov buna inanmadığını ona düzünü deməyini dedikdə, ona hər şeyi danışdığını, daha sonra bu barədə aidiyyəti üzrə məruzə olunduğunu öyrəndiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında N oktyabr 2025-ci il tarixdə saat 03:00 radələrində istirahət vaxtı zamanı yataqxanada istirahət edən zaman həmin vaxt oyanaraq mətbəxə gedib su içdiyini, yataqxanaya qayıdan zaman isə X2 əsgərlər Zərərçəkmiş şəxs və Şəxs danladığını gördüyünü, həmin vaxt bunun səbəbini bilmədiyini və yorğun olduğundan yatmaq üçün yerinə getdiyini, həmin gün saat 06:00 radələrində əsgər Zərərçəkmiş şəxs ilə birlikdə təchizatı təhvil alıb növbəyə çıxmış, əsgər Zərərçəkmiş şəxs gözündə eynək olduğuna və onun görmə qabiliyyəti zəif olduğu üçün o patrul xidmətini yalnız yataqxananın ətrafında apardığını qeyd etmişdir. Onunla eyni növbəyə çıxdığı üçün xidməti onunla eyni ərazidə təşkil edirmiş. Saat 06:00-da növbəni təşkil etmək üçün əsgər Şəxs və digər əsgərdən təchizatı aldıq. Şahid öz təchizatını geyindiyi əsnada arxadakı səs-küyə döndüyünü və əsgərlər Zərərçəkmiş şəxs ilə İlkinin Mehdiyev mübahisə etdiyini görmüş, onları ayırmağa cəhd etsə də əsgər Zərərçəkmiş şəxs gözündə olan eynəyin sol tərəfinin şüşəsinin qırıq olduğunu və onun sol gözünün altında cızıq olduğunu gördüyünü qeyd etdi. Elə həmin an taqım komandiri X2 yataqxanada çıxıb nə baş verdiyini soruşduğunu və əsgərlər Zərərçəkmiş şəxs və Şəxs “sözümüz düz gəlmədi və mübahisə etdik” dedi və buna qarşılıq leytenant “sizi məruzə edəcəm” deyərək onları götürüb yataqxanaya içəri saldı. xx.xx.2025-ci il tarixdə mövqeyə yoxlama heyəti gəldi. X2 heyəti qarşıladı. Əsgərlərə bədən baxışı keçirildiyini və sonra heyətin hamısı çıxıb getdiyini söylədi. Daha sonra həmin gün su doldurmağa gedən əsgər və manqa komandirinin qayıtdığını və suyu maşından boşaltmaq üçün getdiyini qeyd etdi. Sonradan ordunun yoxlaması polkovnik-leytenant Pələngov əsgər Zərərçəkmiş şəxs hərbi hissəyə özü ilə apardığını bildirdi. N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim edilmiş arayışlardan görünür ki, əsgər Şəxs ilə əsgər Zərərçəkmiş şəxs hərbi qulluqçu hesab olunurlar və onlar arasında tabelik münasibətləri yoxdur. Əsgər Zərərçəkmiş şəxs barəsində olan xx.xx.2025-ci il tarixli, 603 №li müayinə aktından əsgər Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində sözügedən hadisə ilə bağlı sol gözaltı nahiyənin səthi kəsilmiş yarası, sağlamlığa zərə vurmayan xəsarət olduğu aşkar olunmuşdur. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə əsgər Şəxs mənfi xarakterizə edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə yanaşı, iş üzrə dindirilmiş şahidin izahaını, o cümlədən inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – Şəxs istinad edilən inzibati xətanın qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur. Həmin sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs istinad edilən inzibati xətanın baş verməsi faktı və halları, onun həmin hadisə ilə əlaqəsi, törədilmiş xətanın əlamətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, inzibati xətanın törədilməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan - əsgər Şəxs təqsirliliyi təsdiq olunur. Beləliklə, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs aralarında yaranmış mübahisə zəminində onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı nalayiq ifadə işlədib, onun şərəf və ləyaqətini alçaltmaqla və göz nahiyəsinə sağlamlığa zərər vurmayan xəsarət yetirərək zor tətbiq etməklə qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq Şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəməsini iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə müddəalarına uyğun olaraq eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçatması və ya ona zor tətbiq etməsi - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Həmçinin həmin məcəllənin 156.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun inzibati həbs müddəti hərbi xidmət müddətinə daxil edilmir. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ərazi üzrə-İdarənin tabeliyində olan 10-cu Hərbi Polis bölməsində mövcud olan qarnizon hauptvaxtının bina və otaqlarının quruluşu, habelə təminat və təchizatı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinin və Azərbaycan Respublikası müdafiə nazirinin 23 fevral 2023-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın tələblərinə uyğun olmadığından fəaliyyəti dayandırılmışdır. Tələblərə cavab verən yeni hauptvaxtın tikintisi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini - Baş direktora müraciət edilmişdir. 10-cu Hərbi Polis bölməsində yeni hauptvaxt binası tikilib istifadəyə verilənə qədər, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiklərinə görə Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi tərəfindən barələrində inzibati həbs tətbiq edilmiş hərbi qulluqçuların, müvafiq məhkəmə qərarlarında saxlanılma yeri konkret olaraq göstərilməklə, Hərbi Polis İdarəsinin tabeliyində fəaliyyət göstərən 1-ci (Bakı şəhəri), 2-ci (Sumqayıt şəhəri, Hacı Zeynallabdin qəsəbəsi) və 3-cü (Gəncə şəhəri) hərbi polis bölmələrinin hauptvaxtlarına göndərilməsi məqsədə uyğundur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, əsgər Şəxs barəsində bu qərarla təyin ediləcək inzibati həbs növündə tənbeh tədbirinin icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilməlidir. Həmçinin əsgər Şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi isə onun hazırda xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsini komandirinə həvalə edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, bu qərarla əsgər Şəxs barəsində təyin ediləcək inzibati həbsin əvvəli əsgər Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablanmalıdır. İş üzrə məhkəmə məsrəfi əsgər Şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğdən ibarətdir. Məhkəmə belə qənaətə gəlir ki, həmin məbləğ, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.
2. Qərarın icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilsin.
3. İnzibati həbsin əvvəli əsgər Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablansın.
4. Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi onun xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandirinə həvalə edilsin.
5. İş üzrə məhkəmə xərci əsgər Şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğ, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilsin.
6. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən: Səxavət Hüseynov