Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-132/2025 30.10.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi : Əhmədova Nərgiz Bağır qızının katibliyi, N-cu Təhqiqat Bölməsinin təhqiqatçısı: X2 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxxx 1994-cü il tarixdə Şərur rayonunun Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,(FİN xxxxxxx), subay, ali hərbi təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, Şərur rayonunun Zeyvə kəndində qeydiyyatda olan,hal hazırda N nömrəli hərbi hissənin 2-ci taborunun qərargah rəisi vəzifəsində xidmət edən kapitan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin N-cu Təhqiqat Bölməsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Əsgər Zərərçəkmiş şəxs 05 sentyabr 2025-ci il tarixdə, saat 09:00 radələrındə N nömrəli hərbi hissənin 2-ci taborunun qərargah rəisi-tabor komandirinin müavini kapitan Şəxs şəxsi heyətə düzülüş verdiyini, sıraya yubandığı üçün kapitan Şəxs ona qarşı nalayiq ifadə işlətdiyini, bu səbəbdən həmin gün, saat 18:00 radələrındə yataqxanada olarkən “Bizon” energetik içkisinin metal qabını qırıb, sol qolunu bir neçə yerdən cızaraq özünə “sol saidin ön səthinin səthi cızılmış yaraları” diaqnozlu xəsarətini yetirmişdir. Kapitan Şəxs öz tabeliyində olan əsgər Zərərçəkmiş şəxs təhqir etməklə şərəf və ləyaqətini alçaltmışdır. Faktla bağlı kapitan Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olubolmamasının müəyyən edilməsi üçün 30 oktyabr 2025-ci il tarixdə Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin N-cu Təhqiqat Bölməsinin təhqiqatçısı, ədliyyə leytenantı X5 tərəfindən onun barəsində inzibati xəta haqqında iş üzrə ******* nömrəli protokol tərtib edilmiş, bununla bağlı protokol və müvafiq material baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan kapitan Şəxs 09 sentyabr 2011-ci il tarixdən Azərbaycan Ordusunda, hal-hazırda N nömrəli hərbi hissədə 2-ci taborun qərargah-rəisi vəzifəsində xidmət etdiyini, xidmət müddətində bütün növ təminatlarla təmin olunduğunu, hərbi xidmətə münasibətinin yaxşı olduğunu, əsgər Zərərçəkmiş şəxs hərbi xidmət dövründə tanıdığını, onunla arasında hər hansısa bir qohumluq, düşmənçilik və ədavətin olmadığını, 05 sentyabr 2025-ci il tarixdə, saat 09:00 radələrində 2-ci tabor mərkəzinin şəxsi heyətinə sıra meydanında səhər yerbəyeri üçün düzülüş verdiyini, şəxsi heyət düzüldükdən sonra kimin sırada olub-olmadığını yoxlamağa başladığını, əsgər Zərərçəkmiş şəxs sırada olmadığını görüb əsəbləşdiyini, bu səbəbdən də əsgərlərdən birini Zərərçəkmiş şəxs yataqxanadan çağırması ilə bağlı tapşırıq verdiyini, əsgər Zərərçəkmiş şəxs sıraya gəldikdən sonra ona yaxınlaşdığını, özünü təqdim etdiyini, onun nə səbəbə sıraya yubandığını soruşduğunu, onun isə müxtəlif bəhanələr dediyini, özünün psixioloji problemlərinin olduğunu bildirdiyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs “sən demisənki özümü öldürəcəm?” sualını verdiyini, onun da cavab olaraq həmin sözü daha əvvəl dediyini təsdiqlədiyini, ona qarşı həmin vaxt çox əsəbi olduğundan, eyni zamanda əsgər Zərərçəkmiş şəxs müxtəlif bəhanələr gətirərək onu vəzifə səlahiyyətlərini pozmağa vadar etdiyindən sıranın qarşısında əsgər Zərərçəkmiş şəxs “özüvü öldürməsən qəhbəsən” dediyini, bu hadisədən sonra saat 16:00 radələrində adını xatırlamadığı əsgərlərdən birinin yaxınlaşıb əsgər Zərərçəkmiş şəxs sanitar qovşaqda özünə xəsarət yetirmək istədiyini dediyini, əsgər Zərərçəkmiş şəxs yanına çağırdığını, onunla fərdi söhbət apardığını, fərdi söhbət zamanı onu bu əməldən çəkindirməyə çalışdığını, sıranın qabağında əsəbi olduğuna görə ona qarşı nalayiq ifadə işlətdiyini, buna görə də üzrxaqlığını bildirdiyini, onun isə fərdi söhbət zamanı heçnə demədiyini, bir neçə gün sonra N nömrəli hərbi hissənin briqadasından psixoloqun 2-ci tabor mərkəzinə gəldiyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs ona yaxınlaşaraq 05 sentyabr 2025-ci il tarixdə, saat 18:00-da sıranın qarşısında onun ünvanına nalayiq ifadə işlədildiyinə görə bu hadisəni özünə sığışdıra bilmədiyini, bu səbəbdən də yataqxanada heç kim olmayan zaman bizon energetik içkisinin dəmiri ilə sol qolunun içəri hissəsinə kəsiklər atdığını dediyini, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsdən üzr istədiyini göstərdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında 24 aprel 2025-ci il tarixdə SHXÇDX-nin Naxçıvan şəhər şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırıldığını, hal-hazırda N nömrəli hərbi hissədə tuşlayıcı vəzifəsində xidmət etdiyini, xidmət müddətində bütün növ təminatlarla təmin olunduğunu, hərbi xidmətə münasibətinin yaxşı olduğunu, hərbi xidmətə gəlməmişdən əvvəl əsəb problemlərinin olduğunu, tez-tez anidən səbəbsiz yerə əsəbi olduğunu, 24 aprel 2025-ci il tarixdə hərbi xidmətə gəldikdən sonrada əsəb problemlərinin yenədə qaldığını, 2025-ci ilin iyul ayında atası X4 şəhərində qəza keçirtdiyini, maşının atasını vurduğunu, bu qəza nəticəsində atasının ağır xəsarət aldığını, hal-hazırda da müalicəsinin davam etdiyini, hadisə baş verdikdən sonra atasını görməyi üçün 8 saatlıq buraxılış verildiyini, atasını görüb öz xidməti yerinə qayıtdıqdan sonra psixi problemlərin yaranmağa başladığını, əsasən gecələr yatanda beyninin içində səslər eşitdiyini, kiminsə özünə xəsarət etməyini dediyini, həmin vaxtlar anidən yuxudan oyanıb sanitar qovşağa gedib əl-üzünü yuyuduğunu, sadəcə qarabasma olduğunu düşündüyünü, lakin bu hal onda dəfələrlə baş verdiyini, hərbi xidmət dövründə təxmini 2025-ci ilin iyul aylarında özünü öldürmək istədiyini taqım komandirinə dediyini, onunda taborun qərargah rəisi kapitan Şəxs bu barədə məruzə etdiyini, “Zirvə” mövqeyində xidmət edərkən mövqeyə 26 avqust 2025-ci il tarixdə psixoloqun gəldiyini, fərdi söhbətləşmə apardığını, həmin vaxt ona yaşadığı əsəb və psixioloji problemlərini ətraflı şəkildə izah etdiyini, ondan sonra 2-ci tabor mərkəzinə endirildiyini, xidmətini orada davam elətdirməyə başladığını, 2-ci tabor mərkəzinədə düşdükdən sonra yenədə həmin əsəb və psixoloji problemlərə görə əziyyət çəkdiyini, 05 sentyabr 2025-ci il tarixdə anidən əsəbi olmağa başladığını, əsəbdən bədəninin titrədiyini, 2-ci taborun həkiminin sakitləşmiyi üçün dərman verdiyini, dərmanı içdikdən sonra uzanmağını tapşırdığını, həmin dərmanı içib yataqxanada uzandığını, daha sonra yerindən durub sanitar qovşağa əl üzünü yumağa getdiyini, saat 09:00 radələrində sanitar qovşaqdan çıxan zaman taborun gün növbətçisinin yanına qaça-qaça gəldiyini və 2-ci taborun qərargah rəisi kapitan Şəxs əsgərlərə sıra meydanında düzülüş verdiyini, onu çağırdığını bildirdiyini, bu səbəbdən də dərhal qaça-qaça sıra meydanına gedib kapitan Şəxs özünü təqdim etdiyini, sıraya yubandığı üçün kapitan Şəxs “sən demisənki özümü öldürəcəm?” dediyini, ona cavab olaraq həmin sözü dediyini təsdiqlədiyini, lakin “X6 fərdi söhbət etmişəm, xidmətimdə nizam-intizamlı olacağımı demişəm” dediyini, kapitan Şəxs isə ona “özüvü öldürməsən qəhbəsən” dediyini, onun həmin sözü əsgər heyətinin olduğu sıranın qabağında dediyinə görə bunu özünə sığışdıra bilmədiyini, şərəf və ləyaqətini alçalmış hiss etdiyini, daha sonra düzülüşün dağıldığını, 05 sentyabr 2025-ci ildə saat 16:00-da yataqxananın sanitar qovşağına daxil olub birdəfəlik üzqırxanın lezvası ilə sol qolunun iç hissəsini kəsmək istəyərkən taborun gün növbətçisinin sanitar qovşağa daxil olduğunu, öz qolunu kəsməyinə mane olduğunu, Şəxs bağışladığını, şikayət və tələbinin olmadığını göstərdi. N nömrəli hərbi hissənin N sentyabr 2025-ci il tarixli arayışında N nörəli hərbi hissənin 2-ci taborunun qərargah-rəisi, tabor komandirinin müavini kapitan Şəxs həmin taborun əsgəri Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olduğu, kapitan Şəxs əsgər Zərərçəkmiş şəxs rəis hesab edildiyi göstərilmişdir. Əsgər Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasından keçirilmiş, alınan 12 sentyabr 2025-ci il tarixli 520 nömrəli ekspert rəyində onda olan sol saidin ön səthinin səthi cızılmış yaraları tinli bərk küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, göstərilən tarixdə və şəraitdə törənməsinin istisna olunmadığı, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsinin təyin olunmadığı göstərilmişdir Əsgər Zərərçəkmiş şəxs hər hansı bir psixi xəstəliyin olub-olmamasını, hadisə zamanı və hazırda onun anlaqlı olub-olmamasını, baş vermiş hadisələri düzgün dərk edib yenidən təsvir etmək qabiliyyətinin olub-olmamasını aydınlaşdırmaq məqsədilə 19 sentyabr 2025-ci ildə məhkəmə-ambulator psixiatrik ekspertizası təyin edilmiş, alınan xx.xx.2025-ci il tarixli 3214 nömrəli ambulator-məhkəmə psixiatrik ekspertizasının rəyində əsgər Zərərçəkmiş şəxs hərbi xidmətə çağırıldığı zaman hər hansı bir ruhi-əsəb xəstəliyindən əziyyət çəkmədiyi, hərbi xidmətə çağırılana kimi Zərərçəkmiş şəxs anamnezində nüvrotik tipli reaksiyalar olduğu, əsgər Zərərçəkmiş şəxs özünə xəsarət yetirməsinin məqsədyönlü şəkildə deyil, onda hərbi xidmət dövründə yaranmış dissosiativ (istero-nevrotik) reaksiya ilə əlaqədar olduğu göstərilmişdir. N nömrəli hərbi hissənin 2-ci taborunun komandiri tərəfindən təqdim edilən xidməti xasiyyətnamədə kapitan Şəxs müsbət xarakterizə olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin izahatlarını, o cümlədən inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – Şəxs istinad edilən inzibati xətanın qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur. Həmin sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan kapitan Şəxs istinad edilən inzibati xətanın baş verməsi faktı və halları, onun həmin hadisə ilə əlaqəsi, törədilmiş xətanın əlamətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, inzibati xətanın törədilməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – kapitan Şəxs təqsirliliyi təsdiq olunur. Beləliklə, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, kapitan Şəxs öz tabeliyində olan əsgər Zərərçəkmiş şəxs təhqir etməklə şərəf və ləyaqətini alçaltmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq Şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəməsini iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə müddəalarına uyğun olaraq Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsinə əsasən hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsin şərəf və ləyaqətini alçaltması - on gündən iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ərazi üzrə-İdarənin tabeliyində olan 10-cu Hərbi Polis bölməsində mövcud olan qarnizon hauptvaxtının bina və otaqlarının quruluşu, habelə təminat və təchizatı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinin və Azərbaycan Respublikası müdafiə nazirinin 23 fevral 2023-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın tələblərinə uyğun olmadığından fəaliyyəti dayandırılmışdır. Tələblərə cavab verən yeni hauptvaxtın tikintisi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini - Baş direktora müraciət edilmişdir. 10-cu Hərbi Polis bölməsində yeni hauptvaxt binası tikilib istifadəyə verilənə qədər, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiklərinə görə Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi tərəfindən barələrində inzibati həbs tətbiq edilmiş hərbi qulluqçuların, müvafiq məhkəmə qərarlarında saxlanılma yeri konkret olaraq göstərilməklə, Hərbi Polis İdarəsinin tabeliyində fəaliyyət göstərən 1-ci (Bakı şəhəri), 2-ci (Sumqayıt şəhəri, Hacı Zeynallabdin qəsəbəsi) və 3-cü (Gəncə şəhəri) hərbi polis bölmələrinin hauptvaxtlarına göndərilməsi məqsədə uyğundur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, kapitan Şəxs barəsində bu qərarla təyin ediləcək inzibati həbs növündə tənbeh tədbirinin icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilməlidir. Həmçinin kapitan Şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi isə onun hazırda xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsini komandirinə həvalə edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, bu qərarla kapitan Şəxs barəsində təyin ediləcək inzibati həbsin əvvəli kapitan Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablanmalıdır. İş üzrə məhkəmə xərci Şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X1 göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğdən ibarətdir. Məhkəmə belə qənaətə gəlir ki, həmin məbləğ Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X1 təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
1. Kapitan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.
2. Qərarın icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilsin. 3.İnzibati həbsin əvvəli kapitan Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablansın.
4. Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi onun xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandirinə həvalə edilsin.
5. İş üzrə məhkəmə xərci kapitan Şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X1 göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğ Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X1 təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilsin.
6. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən Səxavət Hüseynov