Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-133/2024 26.12.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun köməkçisi, kiçik ədliyyə müşaviri X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: MAXHH HQ əsgər Şəxs iştirakları ilə xx xxxxxxx 1999-cu ildə Naxçıvan şəhərində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, Culfa rayonunun Yaycı kəndində qeydiyyatda olmaqla Naxçıvan şəhəri, İstiqlal küçəsi ev 124-də yaşayan, il ərzində inzibati xəta törətməmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci təlim taborunun 6-cı təlim bölüyünün komandirinin müavini-manqa komandiri vəzifəsində xidmət edən, MAXHH HQ əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında işin materiallarından görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Şəxs (AD №- ********) Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci təlim taborunun 6-cı təlim bölüyünün 13-cü taqım komandirinin müavinimanqa komandiri vəzifəsində xidmət edərkən, 30 sentyabr N4-cü il tarixdə saat 17:00-da hərbi hissənin 1-ci taborunun yataqxanasının qarşısında patrul növbətçiliyinə başlamazdan əvvəl patrul naryadlarına təlimat keçirilməsi ilə əlaqədar hərbi qulluqçularla birlikdə sırada dayanan zaman sağ ayağını diz nahiyəsini bükmüş, həmin vaxt patrul rəisi xidmətinə təyin olunmuş, tabelik münasibətlərində olan həmin hərbi hissənin 4-cü təlim taborunun 12-ci təlim bölük (kəşfiyyat ixtisası hazırlığı üzrə) komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət etmiş, hazırda N nömrəli hərbi hissədə xidmət edən baş leytenant Zərərçəkmiş şəxs ona yaxınlaşıb sırada düzgün dayanmadığını deyib irad bildirmiş, o, isə ayağını düzəldib baş leytenant Zərərçəkmiş şəxs düzgün dayandığını demiş, baş leytenant Zərərçəkmiş şəxs sırada düzgün dayanmadığına görə ona yenidən irad bildirdikdə aralarında sözlü mübahisə yaranmış, mübahisə zamanı baş leytenant Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməklə onun şərəf və ləyaqətini alçaltmışdır. Beləliklə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Şəxs, şahidlərin izahatları, iş üzrə zərərçəkmiş şəxs, baş leytenant Zərərçəkmiş şəxs elan olunaraq tədqiq edilmiş izahatı və materiala əlavə edilmiş zəruri sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ifadəsində 08 avqust N3-cü il tarixdən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmətə başladığını, həmin tarixdən N nömrəli hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün 3-cü taqım komandirinin müavini-manqa komandiri vəzifəsində, əsgər hərbi rütbəsində xidmətini davam etdirdiyini, xidmət müddətində baş leytenant Zərərçəkmiş şəxs görüb tanıdığını, 30 sentyabr N4-cü il tarixdən 01 oktyabr N4-cü il tarixədək hərbi hissənin ərazisində patrul növbətçiliyinə 2-ci posta patrul nəfəri təyin edildiyini, patrul rəisi isə baş leytenant Zərərçəkmiş şəxs təyin edildiyini, 30 sentyabr N4-cü il tarixdə saat 17:00-da hərbi hissənin 1-ci taborunun yataqxanasının qarşısında patrul növbətçiliyinə başlamazdan əvvəl patrul naryadlarına təlimat keçirilməsi zamanı sırada dayanan zaman sağ ayağını diz nahiyəsindən bükdüyünü, baş leytenant Zərərçəkmiş şəxs ayağını bükdüyünü soruşaraq irad bildirdiyini, ayağını düzəldib baş leytenant Dadaşova düzgün dayandığını dediyini, baş leytenant Zərərçəkmiş şəxs isə ona yenidən sırada düzgün dayanmadığını deyib irad bildirdiyini, həmin müddət telefonuna zəng gəldiyindən baş leytenant Zərərçəkmiş şəxs təkrar irad tutduğunu, onun əsəbi olduğundan icazə almadan sıradan çıxaraq kənara gedib telefona cavab verdiyini, təxminən bir dəqiqə sonra yenidən sıraya qayıtdığını, baş eytenant Zərərçəkmiş şəxs sıradan icazəsiz çıxdığı üçün ona iradını bildirdiyini, baş leytenant Dadaşova “siz mənlə prinsip aparırsız” dediyini, baş leytenant Zərərçəkmiş şəxs isə ona “sənlə heç bir prinsip aparmıram, sən məni zibilə salacaqsan” dediyini, onun, isə baş leytenant Zərərçəkmiş şəxs “zibil sənin özünsən” dediyini, baş leytenant Zərərçəkmiş şəxs əsəbi olduğundan ona qarşı təkrar irad bildirdikdə Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid1 fadəsində 30 sentyabr N4-cü il tarixdən saat 18:00-dan 01 oktyabr N4-cü il tarixə saat 18:00-dək xidmət etdiyi hərbi hissənin ərazisində patrul növbətçiliyinə 2-ci posta patrul nəfəri təyin edildiyini, patrul rəisi baş leytenant Zərərçəkmiş şəxs, 1 -ci postun ərazisinə isə MAHHX HQ əsgər Şəxs patrul nəfəri təyin olunduğunu, həmin gün saat 17 radələrində hərbi nissənin 1-ci taborunun yataqxana binasının qarşısında naryadın təlimatı keçirilmiş, təlimatda ondan və MAHHX HQ əsgər Şəxs başqa dörd nəfər patrul nəfəri dayandığını, təlimat zamanı patrul rəisi baş leytenant Zərərçəkmiş şəxs əsgər Şəxs sırada düzgün durmadığı üçün irad bildirdiyini, əsgər Şəxs isə baş leytenant Zərərçəkmiş şəxs sırada düzgün dayandığını dediyini, sonra əsgər Şəxs baş leytenant Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlətdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Şahid2 ifadəsində 30 sentyabr N4-cü il tarixdən saat 18:00dan 01 oktyabr N4-cü tarixə saat 18:00-dək xidmət etdiyi hərbi hissənin qərargah binasına qərargah növbətçisi təyin edildiyini, patrul növbətçiliyində isə patrul rəisi baş leytenant Zərərçəkmiş şəxs, 1-ci postun ərazisinə patrul nəfəri isə əsgər Şəxs təyin edildiyini, Şəxs baş leytenant Zərərçəkmiş şəxs təhqir etdiyini göstərmişdir. Məhkəmə iclasında üzrlü səbəbdən iştirak etməyən zərər çəkmiş şəxs baş leytenant Zərərçəkmiş şəxs təhqiqat orqanına vermiş olduğu izahatı məhkəmə iclasında elan olunaraq tədqiq edildi. Onun elan olunmuş izahatı ilə də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Şəxs əməli tam sübuta yetir. N nömrəli hərbi hissə komandirinin N iyul N3-cü il tarixli 213 nömrəli əmrindən çıxarışda MAHHX HQ əsgər H.İ.X2 X3 Heyət üzrə müavinin N iyul N3-cü il tarixli 067 əç nömrəli əmri ilə üç il müddətinə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə könüllü qəbul edilib N nömrəli hərbi hissənin 2-ci təlim taborunun 6-cı təlim bölüyünün 3-cü taqım komandirinin müavini-manqa komandiri vəzifəsinə təyin edildiyinə görə hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edildiyi göstərilmişdir. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdə baş leytenant Zərərçəkmiş şəxs müsbət, MAHHX HQ əsgər Şəxs isə mənfi xarakterizə edilmişlər. MAHHX HQ əsgər Şəxs hərbi-həkim komissiyasından keçirilmiş, təqdim olunmuş 29 noyabr N4-cü il tarixli 1010 №-li arayışda onun sağlam və hərbi xidmətə yararlı olduğu göstərilmişdir. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs MAHHX HQ əsgər Şəxs yuxarıda qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610cu maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə MAHHX HQ əsgər Şəxs inzibati tənbeh təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır, etdiyi əməldən peşman olmasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsinin sanksiyasında on gündən iyirmi günədək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Məhkəmə qanunun qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən MAHHX HQ əsgər Şəxs törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsinin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral N3-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi, polkovnik Elgün Əliyevin 09 dekabr N4-cü il tarixli məktubuna əsasən 10-cu Hərbi Polis bölməsində yeni hauptvaxt binası tikilib istifadəyə verilənə qədər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610- 618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiklərinə görə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi tərəfindən barələrində inzibati həbs tətbiq edilmiş hərbi qulluqçuların Bakı şəhəri, Sumqayıt şəhəri və Gəncə şəhəri ərazisində yerləşən hauptvaxtların adlarının göstərilməsi məqsədəuyğun hesab edilmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, MAHHX HQ əsgər Şəxs Bakı şəhəri 1-ci Hərbi Polis Bölməsinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. MAHHX HQ əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 10 (on) gün müddətində inzibati həbs tətbiq edilsin.
2. Həbs müddətinin əvvəli qərar icraya yönəldiyi vaxtdan hesablansın.
3. Qərarın icrası Bakı şəhəri 1-ci Hərbi Polis Bölməsinə həvalə edilsin.
4. MAHHX HQ əsgər Şəxs Bakı şəhəri 1-ci Hərbi Polis Bölməsinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilsin.
5. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protest verilə bilər.
Hakim İlham İbrahimov